Zərdabın icra başçısı qazilərə qarşı niyə kin bəsləyir? -
Zərdabın icra başçısı qazilərə qarşı niyə kin bəsləyir? Şirvan şəhər icra hakimiyyətinin sabiq icra başçısı, Zərdab rayonunun indiki icra başçısı Mərdan Camalovun əməlləri barədə ölkə mediası, o cümlədən Gündəlik-Bakı xeyli sayda faktlara söykənən araşdırma yazılar dərc edib. Bütün o yazıları uzun-uzadı təkrar etməyə ehtiyac görmürük. Ümumiyyətlə, Mərdan Camalov bizim üçün maraqlı subyekt deyil ki, hər dəfə onun barəsində təkrar-təkrar nəsə yazaq. Mərdan Camalov barəsində bu yazını yazmağa bizi vicdanımızın səsi məcbur elədi. Bəlkə də bir az pafoslu səslənəcək. Amma… Əmması odur ki, Mərdan Camalov Qarabağ döyüşlərində canından, qanından keçmiş qaziyə çox üzr istəyirik, az qala küçə DİLƏNÇİSİ kimi yanaşır, onu sözün həqiqi mənasında təhqir edir.
Biz başa düşürük ki, icra başçılarının, ümumiyyətlə, məmurların sehrli çubuğu-zadı yoxdur ki, qazilərin, şəhid ailələrinin problemini bir andaca həll etsin. Amma ortada bir insanlıq məsələsi var dəə… Qarabağ qazisi səndən nə tələb edir ki..? Həm də döyüşlərdə aldığı travmalardan başqa, bu qazi onkoloji xəstədir. Əgər Mərdan Camalovun oğlu, yaxud doğması Qarabağda şəhid olsaydı, bəlkə də o bu problemi hiss edərdi. Sözün qısası, 16 il Xüsusi Təyinatlıda xidmət etmiş, sağlamlığını itirmiş və hazırda sosial ödənişlərlə ailəsini dolandıra bilməyən Zərdab sakini çox çətinliklə cənab Mərdan Camalovun qəbuluna düşə bilir. Və bütün problemlər bundan sonra başlayır. Qarabağ qazisi deyir ki, bu il avqustun 22-də Zərdab rayonunun icra başçısı Mərdan Camalovun qəbuluna getdim. Məni qəbul etdiyi üçün ona təşəkkür etdim və bildirdim ki, mənə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmasını xahiş edirəm. Mərdan Camalov Qarabağ qazisinin üstünə necə püskürüb, əə, mən burda pul paylayıram..? Qarabağ qazisi deyir ki, cənab Mərdan Camalov məni heç dinləmək də istəmədi və sözümü kobud şəkildə kəsib başladı deyinməyə. “Hamınız üstümə gəlirsiniz, elə bil bura bankdır, mən pul paylayanam?!” - bu cür sözlərlə məni acılamağa başladı. Daha sonra yanındakı köməkçisinə üz tutaraq bildirdi ki, bunun sənədlərini araşdırın, ümumiyyətlə bu kimdir, haranın qazisidir. Dedim ki, mən bura dilənməyə gəlməmişəm. 2 ildir müharibə bitib və mən həm əliləm, həm onkoloji xəstəyəm. Sosial ödənişlərlə ailəmi dolandıra bilmədiyim üçün torpaq götürüb əkin-biçinlə məşğul olmaq istəyirəm. Buna mənim haqqım var. İcra başçısı məni heç dinləmədi, torpaq-filan yoxdur, sənədlərini gətir 100-200 manat verərik - deyib otaqdan çıxdı. İcra başçısının qazi və şəhid ailələri ilə iş üzrə köməkçisi Zinnhar müəllim isə mənim 20 ilə yaxındır rayonda yaşamadığımı deyərək guya mənim haqsız olduğumu bildirdi. Dedim ki, mənim rayonda yaşamamağım təbiidir, çünki mən 16 il XTD8-də xidmət etmişəm. Siz rayon rəhbərliyi olaraq heç öz sakinləriniz olan qazilərlərlə maraqlanmısınız? Mən 2 ildir qaziyəm və yaralı, ağır vəziyyətdə olduğum zaman Zərdab rayonunun nə icra hakimiyyəti, nə deputatı mənimlə maraqlanmayıb. Yalnız rayonun polis şöbəsinin rəisi cənab Azər Əfəndiyev mənimlə danışıb, müəyyən köməklik göstərib. Bunları deyəndə icra başçısının köməkçisi dedi ki, sən gərək zəhmət çəkib sənədlərinlə bizə müraciət edərdin. Ona dedim ki, axı mən yataq xəstəsi olaraq necə gələ bilərdim bura? Mənimlə maraqlanmaq sizin işinizdir axı. Cənab Prezident bunu icra başçılarına dəfələrlə tapşırıb. Son olaraq icra başçısının köməkçisi dedi ki, sənə torpaq verə bilmərik, sənədlərini gətir sənə 100-200 manat yardım verərik. Mən sanki dilənçiyəm kimi davrandı və demək olar ki, məni qovdu. Dedim ki, mənə olan bu münasibətiniz doğru deyil və mən bununla bağlı cənab Prezidentə, ictimaiyyətə müraciət edəcəm. O heç narahat da olmadı və görüş beləcə bitdi. Bəli, hiss etdinizmi, nəinki icra başçısı Mərdan Camalov, hətta onun POMOŞNİKİ-köməkçisi Qarabağ qazisinin sözlərindən narahat olmur. Qarabağ qazisi öz müraciətində deyir ki, Zərdabın demək olar ki, bütün kəndlərində, eləcə də mənim qeydiyyatda olduğum Otmanoba kəndində torpaqları icra başçısı Mərdan Camalov və yaxınları zəbt edib, əkiblər. Qarabağ qazisi müraciətinin sonunda Cənab Prezident İlham Əliyevdən kömək istəyir və inanır ki, Zərdab rayonunda icra hakimiyyətinin bu özbaşınalığına son qoyulacaq və Cənab Prezidentin qazi və şəhid ailələrinə qayğı ilə bağlı verdiyi tapşırıqları heçə sayan məmurlar öz cəzasını alacaq.
Biz də Gündəlik-Bakı olaraq Qarabağ qazisinin bu problemini gündəmdə saxlayaraq onun həllinə yardımçı olmağa çalışacağıq.
P.S. Mərdan, Cordan, Cortdan, Cırtdan, Xortdan bu adların hamısı ad kimidir. İstəsələr bu adları hər bir kəsə qoyarlar. Qarabağ qaziləri gərək Mərdan Camalovun yanına getməsinlər, onlar rayon Memarlıq İdarəsinin qarşısında dayansınlar və Mərdan Camalovun satdığı torpaqların sənədləri ilə orada tanış olsunlar. //gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO

Dünyapress TV

Xəbər lenti