Şamaxı Poçt Filialında NƏLƏR BAŞ VERİR?
"Təzadlar"ın redaksiyasına "Azərpoçt" MMC-nin Şamaxı Poçt Filialında baş verən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə ünvanlı növbəti şikayət məktubu daxil olub.

Budəfəki şikayət məktubu Şamaxı Poçt Filialının kənd şöbələrinin rəislərindən gəlib.

Şikayətçi şöbə rəisləri yazır:

"Hörmətli cənab Baş Prokuror!

Sizə müraciət etməyimizin səbəbi Şamaxı Poçt Filialında baş verən qanunsuzluqlar, özbaşınalıq və xaosla bağlıdır. Bildirmək istəyirik ki, son zamanlar Şamaxı Poçt Filialında baş verənlərdə PF-nin Poçt Əməliyyatları üzrə mühəndisi Zamir Məmmədov və MXŞ-nin əməliyyatçısı Faizə Tağıyevanın birbaşa əli var.

Belə ki, Şamaxı Poçt Filialının yeni rəisi Mahir Babayevlə əvvəlcədən isti münasibət quran Zamir Məmmədov yaxın dost kimi hər gün onunla bir yerdə olmasından, gündəlik yeməyini, siqaretini və ev pulunu təmin etməyini öz üzərinə götürməsindən ağızdolusu danışaraq onun toxunulmaz olduğu mifi yaradıb. Mahir Babayevin ev, siqaret və yemək xərclərini ödəmək məqsədilə onun adından kənd şöbələrinin rəislərinə pul yığılması barədə xəbərdarlıq edib, imkan olmadıqda bahalı siqaret və ya telefonuna kontur yükləməyi tapşırıb. Əks təqdirdə, bir şeyi bəhanə edərək bizləri yeni rəisin əli ilə işdən çıxarılacağını bildirib.

Zamir Məmmədov Mahir Babayevlə olan dostluq münasibətlərindən yararlanaraq, onun vasitəsilə poçt müdiri təyin olunması üçün 10 min manat verəcəyinə söz verib. Qeyd edək ki, Mahir Babayevin arxasının "Azərpoçt"un baş direktorunun xüsusi nümayəndəsi Azər adlı şəxsə, Azərin isə arxasının şəkili nazir müavininə bağlı olduğu bildirilir. Hətta "Azərpoçt"un baş direktorunun Azərdən çəkindiyi söylənilir. Onu da bildirmək istəyirik ki, Azər rayon şöbələrinin rəislərindən "haqq" tələb edir, razılaşanlara himayədarlıq edir, etiraz edənləri isə şərləyərək Mahir Babayevin əli ilə işdən kənarlaşdırır. Necə ki, son üç ayda 2 şöbə rəisi bu yolla işdən azad ediliblər. Bundan başqa, Azərin arxası möhkəm olduğundan son zamanlar İsmayıllı Poçt Filialının rəisini belə işdən azad etdirmək istəyib. "Azərpoçt"un baş direktorunun xüsusi adamı olan Azər İsmayıllı Poçt Filialında yoxlama adı ilə olarkən pul müqabilində razılığa gəliblər. Və bu gün Azərin sayəsində İsmayıllı filialının rəisi meydan sulayır.

Hörmətli cənab Baş Prokuror!

Sizdən xahiş edirik, bu məsələ faktiki barələrində şikayət etdiyimiz şəxslərə bağlı olmayan nümayəndələriniz tərəfindən araşdırılsın.

Hörmətlə:

Zəhim Şükürov – Çuxuryurd PŞ-nin rəisi, Cilovlan Sadıqov – Qızmeydan PŞ-nin rəisi, Tağı Mirzəyev - Nağaraxana PŞ-nin rəisi, Rəna Salahova - Bağırlı PŞ-nin rəisi, Xatirə İbrahimova - 1 saylı PŞ-nin rəisi, Əlfin Heybətov – Quşçu PŞ-nin rəisi, Emin Salahov - Muğanlı PŞ-nin rəisi, Şahbaz Həmzəyev - Məlhəm PŞ-nin rəisi, Elçin Rəsulzadə - MXŞ-nin əməliyyatçısı, Umud Səməndərov – Mirikənd PŞ-nin rəisi və Asif Qəniyev – Cabanı PŞ-nin rəisi".

Xatırladaq ki, bu yaxınlarda "Azərpoçt" MMC-nin Şamaxı Poçt Filialında baş verən qanunsuzluqlarla bağlı Baş Prokuror Kamran Əliyevə və "Təzadlar"a ünvanlı şikayət məktubunu dərc etmişdik. Nəticədə, Şamaxı Poçt Filialının rəisi Rövşən Mirzəyev vəzifəsindən azad edildi…

Məsələ ilə bağlı bütün maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
 //tezadlar.az//
 

Bölmənin digər xəbərləri

01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO

Dünyapress TV

Xəbər lenti