Şöhrəddinin bütün ölkəyə yayılan ŞÖHRƏTİ... -
"DİA.AZ vasitəsilə “Azərsu”Açıq Səhmdar Cəmiyyətinin rəsmilərinə sual ünvanlayırıq. Gəncədə artezian quyularının qazılması nəzərdə tutulmursa nə üçün “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti Gəncə şəhərində subartezian quyularının əsaslı təmirini satınalma planlarına salır, tender keçirir və nəticələrini qanunun tələb etdiyi qaydada ictimaiyyətə açıqlamır? Hələ bizdə olan məlumatlara görə bir çox işləməyən subartezian quyularına elektrik enerjisinin sərf olunduğu göstərilir, sürtgü yağları yazılır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra bildirir: "Bütün bu qanunsuzluqların başında isə “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyev durur. Bu şəxs şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun kadrıdır. Sözügedən vəzifəyə Şöhrəddin Verdiyev 2019-cu ilin noyabr ayında təyin edilib. Onun yuxarıda qeyd etdiyimiz böyük işlərə aidiyyatı yoxdu. Şöhrəddin Verdiyevin işi “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətində abonentlərdən su və kanalizasiya haqqlarını yığmaqdan ibarətdir.

Şöhrəddin Verdiyev “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətin balansında olan nəqliyyat vasitələrindən də pul çıxarır. İdarədə onun göstərişi ilə xidməti minik və yük avtomobillərinə, xüsusi texnikalara gündəlik normadan artıq yanacaq yazılaraq silinir. Eyni zamanda sözügedən avtomobillərə və xüsusi texnikalara ehtiyyat hissələrinin alınmasından, təmirindən də pul çıxarır Şöhrəddin Verdiyev. Hansı yollarla? Satınalmalar yolu ilə. Şöhrəddin Verdiyev “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədr təyin olunduqdan sonra zəruri malların alınmasını satınalmalar yolu ilə deyil, bildiyi üsullarla həyata keçirir.

Məsələn “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 08.10.2019-cu il tarixdə açıqlanmış, 2020-ci il üzrə satınalma planlarına daxil edilmiş onlarla subartezian quyularının əsaslı təmiri, 29.01.2020-ci il tarixdə açıqlanmış, 2021-ci il üçün satınalma planına daxil edilmiş, nəqliyyat və xüsusi texnikaların təmiri üzrə keçirilməsi nəzərdə tutulan satınalmalar barədə ictimaiyyətə heç bir açıqlama verilməmişdir. Bu xidmətlərin həyata keçirilməsinə Gəncə Su Kanal nə qədər vəsait ayırıb bəlli deyil. Eləcə də digər xidmətlər üçün, nəqliyyat və xüsusi texnikalara ehtiyyat hissələrinin, digər avadanlıqların alınmasına da..."

Davamı var...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

QEYD: İddia olunanlar arasında bir fakt da var ki, bu barədə keçən günlərdə ictimaiyyəti məlumatlandırmışıq. DİA.AZ açıqlamışdı ki, Şöhrəddin Verdiyevin ali təhsil almasını sübutlayan diplomu saxtadır. Qeyd edək ki, bu iddia səslənsə də, qarşı tərəf susmağa üstünlük verib. Bizim araşrıdmalarımız isə davam edir...

Bölmənin digər xəbərləri

01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..

Dünyapress TV

Xəbər lenti