ABDİN FƏRZƏLİYEV NƏRİMANOVDAKI ÜSUL-İDARƏÇİLİYİ ABŞERONA DAŞIYIB: RÜŞVƏT, TİKİNTİ BİZNESİ VƏ…
Abşeron rayonuna yeni icra başçısı təyinatı köklü dəyişikliklər gətirmədi. Hazırkı icra başçısı Abdin Fərzəliyev Nərimanov rayonundan gətirdiyi üsul – idarəçiliyi davam etdirir, Abşeron rayonunda tətbiq edir. Bircə oradakı sabiq müavini Şahmar İbadov çatışmır ki, bu tandem yerini tutsun, hər istədiyi qanunsuzluğa imza atsın.
Gah yaşıllıq salınması, gah şəhid evinin olduğu küçəyə asfalt döşəməsi xəbərləri ilə gündəmə gələn, görülən bu kiçik işləri gözə soxaraq reklam edən A. Fərzəliyev, əslində qol qoyduğu özbaşınalıqları malalamağa, ört-basdır etməyə çalışır. İcra başçısı fikirləşir ki, yuxarıların, mətbuatın bu yolla xoşuna gələcək. Amma Abşeron rayonunda tikinti alverindən tutmuş torpaq satmağa qədər bütün rüşvətxorluq sistemini qüvvədə saxlayan icra başçısı keçmiş həmkarı İradə Gülməmmədovanın qoyub getdiyi qaydaları dəyişməyib. Sadəcə, dəyişən rəqəmlər, rüşvətin qiymətidir. Habelə, ötən müddətdə KİV-də yayımlanan xəbərlər də neqativ tondadır və məlum olur ki, icra başçısı hər hansı ciddi islahat aparmayıb. Misal üçün Abşeron rayonu, Xırdalan şəhərində “Köhnə statistika” adlandırılan ərazidə məskunlaşan məcburi köçkünlərbinadan çıxarılıb, yaşadıqları tikili və ərazi rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən “SAS 2015” MTK şirkətinə satılıb.
Başqa bir xəbərdə deyilir ki, Masazır və digər ərazilərdə torpaq satışı da, ev tikintisi rüşvət alınması da necə var davam edir. Sadəcə, indi 3 min yox, 5 min rüşvət tələb olunur.
Abdin Fərzəliyevin sahibkarlara qarşı olan tələbi rayonun idarə və müəssisələrinə də tətbiq olunmaqdadır. Son günlər rayonda məktəb direktorlarının vəzifələrindən heç bir səbəb olmadan çıxarılması və yeniləri ilə əvəzlənməsi Abdin müəllimin “alverinə” xeyli müsbət təsir göstərib.
təyin ediləndə ilk işdən çıxaracağı icra nümyəndələrindən birinin məhz Şahlar Həsənov olacağı deyilirdi. Ancaq başçı bir çox icra nümayəndəsi ilə vidalaşsa da, Şahlar Həsənov kreslosunda qalmaqda və köhnə “işini” davam etdirməkdədir.
Məlumata görə, Şahlar Həsənovun Masazır icra nümayəndəsi vəzifəsində başçının marağı var. Çünki bütün qara işləri ona gördürür. Ümumiyyətlə, Fərzəliyevin Abşeron sərgüzəştləri haqda onlarla məlumat var. Biz yalnız bir qismini açıqlayırıq, mövzunu davam etdirəcəyik. İH-nin mövqeyini dərc etməyə hazırıq.TİA.Az
 

Bölmənin digər xəbərləri

01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..

Dünyapress TV

Xəbər lenti