Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?
Əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Qeyd edək ki, ölkəmizdə 42 nəfərin plastik cərrah kimi fəaliyyət göstərməsinə icazə verilib. Ancaq sosial şəbəkələrdə hələ də bəzi həkimlərin fəaliyyətlərinə davam etmələri ilə bağlı xəbərlər yayılıb.

Belə şəxslərdən biri özünü sosial platformada həkim kimi tədim edən “shole-estetik” adı ilə məşhur olan Şölə Məmişovadır.

Aristokrat Tibb mərkəzində fəaliyyət göstərən Şölə Məmişova Blefaroplastika (Göz qapaqlarının plastikası), Browlift(Qaş qaldırma) prosedurları həyata keçirir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745389621_2.png
Qiymətlər isə pasiyentə görə dəyişir. Belə ki, 200-800 manat arasında pasiyenlərdən pul alaraq heç bir sertifaktı, lisenziyası olmadan bu əməliyyatlar icra edən Şölə Məmişova sosial platformadada bu barədə reklamlar verir,və pasiyent məmmnIniyyəti barədə çıxışlar yayımlayır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745389621_1.jpg
Araşdırmalarımız nəticəsində Şölə Məmişovanın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

Bununla bağlı Aristokrat tibb məkrəzində bildiriblər ki, Şölə Məmişovanı tanımırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745389621_3.jpg
Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik ekspertiza mərkəzinin mütəmadi xəbərdalıqlarına baxmayaraq qanunsuz fəaliyyət göstərən, estetik porosdeurları həyata keçirən, tibbi təhsili olmayan kosmetoloqlar gizlin fəaliyyətlərini davam etdirməkdədirlər.

Məsələ ilə bağlı Şölə Məmişova əlaqə saxlamaq mümkün olmadı.

Lakin Aristokrat tibb mərkəzindən bu məlumatları inkar etsələrdə videogörüntülərdə aydın olur ki, qanunvericiliyi heçə sayaraq özünü “həkim” “kosmetoloq” adlandırnlar üçün şərait yaradıb fəaliyyət göstərirlər.

Necə deyərlər “görününən dağa bələdçi lazım deyil”.

Həmçinin qeyd edək ki, sosial platformalarda “doktor” Şölə Rəfiyeva (Məmişova ) müxtəlif soyadlarla səhifələrdən istifadə edir və gizlin qanunsuz əməllərini davam etdirir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745389622_4.jpg
Qeyd edək ki, Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

Yazıda adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.

Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən estetik prosedurları həyata keçirən Şölə Məmişova ilə bağlı Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.

Araşdırmalarımız davam edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745389622_5.jpg
 
 

 


Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti