İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
Bakı şəhəri sakini Şahverənov Namik Natik oğlu Abşeron rayon icra və probasiya şöbəsinin Icra məmurunun qanunsuz hərəkətlərindən və ya hərəkətsizliyindən Azərbaycanın ədliyyə naziri FIərid Əhmədova şikayət məktubu ünvanlayıb. Surəti «Təzadlar» qəzetinə və tezadlar.az saytına ünvanlı şikayətdə deyilir:

“-Çox hörmətli cənab nazir! Bildirirəm ki, mən–Şahverənov Namik Natik oğlu, məhkəmə qətnaməsi ilə təsbit edilmiş hüquqlarımın icrasının icra məmurunun qanunsuz hərəkəti və hərəkətsizliyi səbəbindən uzun müddətdir təmin olunmur. İcra məmuru Vadim Əliyev hər dəfə bir bəhanə uydurur, qanuni məhkəmə qərarının icrasına imkan vermir.

Bildirirəm ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 22.08.2017-ci il tarixli qətnaməsi ilə övladımla ünsiyyət haqqım tanınmışdır. Abşeron Rayon Məhkəməsinin 08.01.2024 tarixlie-2(012)-95/2024 saylı qətnaməsi bu hüququ bir daha təsdiqləmiş və övladımla görüş müddətləri dəqiq müəyyən edilmişdir. Lakin borclu tərəf davamlı olaraq məhkəmə qətnaməsinin icrasına mane olmuş, icra məmuru Vadim Əliyev isə qanunun tələblərinə zidd olaraq bu qanunsuzluğa göz yummuşdur. Hətta dəfələrlə şahidiyəm ki, icra məmuru qəsdən bu problemə şərait yaradır. Bunun üçün Vadim Əliyev bir neçə dəfə mənə bildirib ki, qətnaməyə əlavə izahat tələb olunur. Lakin bu süni bəhanə də Abşeron Rayon Məhkəməsinin 07.05.2024-cü il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 27.06.2024-cü il tarixli qərardadları ilə təkzib edilib, birinci instansiya məhkəməsinin məlum qətnaməsinin icrası ilə bağlı əlavə izaha ehtiyac olmadığını açıq şəkildə təsdiqləmişdir.

Beləliklə, İcra məmuru Vadim Əliyev borclunun diqtəsi ilə və məqsədli şəkildə qətnamənin icraedilməsinə qəsdən mane olmaqla, əksinə, borcluya qarşı da heç bir inzibati tədbir görməmiş, indiyədək bir dəfə də olsun məcburi icra mexanizmlərini tətbiq etməmişdir.

Cənab nazir!

Onu da qeyd edim ki, 14 oktyabr 2024-cü il tarixdə icra məmurunun hərəkətsizliyi ilə bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmənin 28.11.2024-cü il tarixli, 8(012)-514/2024 saylıqətnaməsi ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Məhkəmə qərarında birdaha uşağımın mənə öyrəşməsi üçün psixoloji yardım göstərilməsinə şərait yaradılmalı olduğu bildirilsə də, icra məmuru Vadim Əliyev bu müddəanı qərəzli şəkildə yerinə yetirməmiş, öz təşəbbüsü ilə “Ümidli Gələcək” ictimai birliyinə müraciət etmiş, lakin iki ay sonra məlum olmuşdur ki, bu təşkilatda psixoloq yoxdur. Mən tanıdığım ixtisaslı psixoloqun yardım göstərə biləcəyini bildirsəm də, icra məmuru bu təklifimi də əsasız olaraq və qəsdən rədd etmişdir. Hesab edirəm ki, İcra məmurunun bu addımları qətnamənin icrasına mane olmaq məqsədi güdür və borclu tərəfin mənafeyinə uyğun hərəkət etdiyini göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmə qərarlarının icrası məcburidir. Eləcə də “İcra haqqında” Qanunun 12.1, 82.1, 82.3, 26-cı maddələrinə əsasən, icra məmuru məhkəmə qətnaməsinin icrasını təmin etməli və borclunun icranı pozması halında onu qanunda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb etməlidir. «İcra məmurları haqqında” Qanunun 11-ci maddəsinə əsasən, icra məmurları öz hərəkət və hərəkətsizliklərinə görəməsuliyyət daşıyırlar.

Cənab nazir, Sizdən xahiş edirəm, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin qanunsuz hərəkətləri və hərəkətsizliyi araşdırılsın və barəsində qanuni tədbirlər görülsün. Qətnamənin icrasını süni şəkildə uzadan və qanunsuz şəkildə borclunun mənafeyinə xidmət edən icra məmurunun barəsində intizam tədbiri görülsün. Eləcə də məhkəmə qətnaməsinin icrası üçün icra məmuru borclunun məcburi icra tədbirləri ilə üzləşməsini təmin etsin və qanunun bütün mexanizmlərini işə salsın.

Hörmətlə:

Şahverənov Namik Natik oğlu”.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti