Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
DogruXeber.az: - Xarici müğənnilərin Azərbaycanda konsertini təşkil edən “CAS GROUP”MMC ölkəmizdə fəaliyyət göstərən tur şirkətini və fiziki şəxsləri aldadaraq onların külli miqdarda pulunu mənimsəyib. Bu barədə zərərçəkmişlər məlumat verib.

“AVIA RISE” MMC-dən bildirilib ki, “CAS GROUP” MMC populyar xarici müğənnilərin Bakıda və digər ölkələrdə konsertini təşkil etmək adı altında onlara 21888 manat məbləğində ziyan vurub.

Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal

Turizm şirkətinin iddiasına görə, “CAS GROUP”MMC-nin nümayəndəsi kimi onlarla bütün danışıqları Fatimə Elşad qızı İmanzadə aparıb. F. İmanzadə “CAS GROUP”MMC-nin təsisçisi və direktoru Amil Malik oğlu Hacıyevin adından ölkəmizdə konsertini təşkil edəcəkləri əcnəbi müğənnilərin aviabilet xərclərinin alınması və qonaqlama xidmətinin göstərilməsi üçün turizm şirkəti ilə müqavilə bağlayıb.

Turizm şirkətindən bildiriblər ki, təşkilatçı şirkət onlara ödəməli olan 57 min manatın 35 min manatını ödəsə də, 2024-cü ilin iyun ayından məbləğin 21888 manatını ödəməkdən boyun qaçırır. Amma “CAS GROUP” MMC-nin qurbanı təkcə bu turizm şirkəti deyil. Onlar populyar rus və türk müğənnilərin ölkəmizdə konsertinin təşkilatçılığı adı altında daha iki fiziki şəxsi də aldadaraq onlarla bağladıqları investor müqaviləsini kobud şəkildə pozublar. “CAS GROUP” MMC- ümumi olaraq hüquqi və şəxsləri aldadaraq onlara 210 min manat zərər vurduğu bildirilir.

F. İmanzadə müqavilə bağladığı şəxsləri aldadaraq konsertin təşkilindən əldə edəcəyi puldan onların borcunu ödəyəcəyinə və əlavə qazanc əldə edəcəklərinə inandırıb. Amma sonra onun yalan vəd verdiyi, adlarını çəkdiyi bəzi müğənnilərin ümumiyyətlə ölkəmizdə konsertini təşkil etmədiyi məlum olub.

Belə ki, 2024-cü ilin iyun ayının 7-də Türkiyənin tanınmış sənətçisi – SEFO-nun konserti “Elektra Hall” konsert zalında ( indiki adi ile Jolly&Joker) baş tutsa da, borc verənlərə heç bir vəsait ödənilməyib. Eyni plan üzrə ötən ilin iyul ayının 14-də “Elektra Hall” da rus sənətçisi GUF-un konsertini təşkil etsələr də, konsert adı altında borc alınan şəxslərin pulu geri ödənilməyib.

Həmçinin ötən ilin oktyabr ayının 29-da türk sənətçisi MURDA- nın Özbəkistanın paytaxtinda yerləşən Sport Kompleks Unusadabda konsertini kecirəcəklərinə dair muqavilə bağlasalar da, investordan bu məqsədlə pul alsalar da, konserti təşkil etməyiblər. Müğənni ilə əlaqə saxlayan zərərçəkmişlərə isə bildirilib ki, təşkilatçı Fatimə və Amil tərəfindən onlara konsert üçün heç bir məbləğ ödənilməyib.

“CAS GROUP” ötən ilin sentyabr ayının 7-də Skriptonit adlı Qazaxıstan sənədçisinin Bakıda konsertini təşkil etmək adı ilə fiziki şəxslərdən pul alsalar da, bu konserti də təşkil etməyiblər. Nəhayət ötən ilin dekabr ayında dağıstanlı sənətçi Miyaginin konserti adı altında aldıqları pulu da konsert keçirməyərək mənimsəyiblər.

Zərərçəkmişlər bildirib ki, F. İmanzadə onları təşkil edəcəyi konsertlərin risksiz olduğuna, gəlir gətirdiyinə inandırıb. Onlarla buna dair müqavilə bağladığından, hətta gecikmələr olarsa o xərcləri də ödəyəcəklərini müqavilədə göstərdiyindən, onun şirin vədlərinə inanıblar. Bir ilə yaxındır ki, F. İmanzadə konsert təşkilatçılığı üçün pul aldıqları hüquqi və fiziki şəxslərə müxtəlif bəhanələr gətirərək məsuliyyəti öz üzərindən atır, maliyyə məsələlərinə Amil Hacıyevin məsul olduğunu söyləyir.

Zərərçəkmişlər F.İmanzadənin onları aldatdığından şübhələndiklərindən sonra onunla və Amil Hacıyevlə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Amma polis ortada müqavilə olduğundan onların bu əməlini dələduzluq kimi qiymətləndirməyib. Zərərçəkmişlərə məhkəməyə müraciət etməli olduqlarını bildirib.

“Onların məqsədi əvvəldən bizi aldatmaq olduğundan, bizimlə müqavilə bağlayıblar ki, iş məhkəmədə uzansın, onlar vaxt qazansın və beləcə özlərinə rahatlıqla digər qurbanlar tapa bilsinlər”, deyə zərərçəkmişlər bildirib.

Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal

Zərərçəkmişlər onu da əlavə ediblər ki, Fatimə İmanzadə və Amil Hacıyev barədə məhkəməyə şikayət etsələr də, indi də onlar başqa şəxslərin adına şirkət təsis edərək konsert təşil etməkdə davam edirlər.

Hətta F. İmanzadə may ayınln 11-də CAKAL&EBO adlı, iyunun 8-də isə BLOK 3 adlı türk sənətçilərinin Bakıda konsertlərinin təşkili ilə bağlı öz sosial şəbəkə hesablarında paylaşımlar edir. Onların bu qanuna zidd əməllərinin qarşısı alınmasa qurbanların sayı daha da artacaq ! // Qafqazinfo

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti