Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
İki gündür intensiv yağan yağışların dəhşətli fəsadları daha çox paytaxtın Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonlarında yaşanmaqdadır. Səbəbinə görə isə vətəndaşlar dövlət qurumlarını qınayır, qurumlar vətəndaşları.

"DogruXeber.az" qeyd edir ki, Xəzər rayonunun Binə qəsəbəsi Şah İsmayıl Xətai küçəsinin sakinləri evlərinin içinin belə çirkab sularla dolmasından gileylənir.

Videoda gördüyünüz kimi Xəzər sakinlərinin problemi dünən, bu gün yağan yağışlardan yaranmayıb, onlar ötən payızdan bəri bu cür əziyyətlərlə yaşamağa məhkumdurlar. Səbəbi odur ki, ərazidə kanalizasiya xətti olmadığı üçün qurunt və çirkab suları evlərinin zirzəmisinə, birmərtəbəli həyət evlərinin isə birbaşa içərisinə dolur. Özləri öz vəsaitləri hesabına nə qədər suları çəkib təmizləməyə çalışsalar da məsələ kökündən həll olunmadığı üçün hər dəfə yenidən təkrar olunur.

Ərazidə yaşayışın olması nəzərdə tutulmadığından orada kanalizasiya xətti çəkilməyib. Elə qurumlar da çox vaxt vətəndaşların bu kimi çətinliklərlə üzləşdikləri zaman, məhz onların özünü günahlandırıb, qanunsuz olaraq orada yerləşməkdə qınayır, həmin ərazidəki yaşayış evlərini "gecəqondu" adlandırırlar. Halbuki, birinci növbədə yerli icra hakimiyyətinin, daha sonra isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəhərsalma və Arxitektura Komitəsinin (ARXKOM) və Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xəbəri olmadan haradasa nə gecə qonmaq mümkündür, nə də gündüz. Bunu vətəndaşların özləri də gözəl bilirlər.

Yeri gəlmişkən siravi vətəndaşlardan biri - Xəzər rayon Buzovna qəsəbəsinin sakini Seyfulla Azər adlı şəxs öz "TikTok" sosial hesabında paylaşdığı videosunda ona mane olmağa çalışsalar da İcra başçısı Elşən Salahovun "gizlin" keçirdiyi vətəndaş qəbulunda demək olar ki, zorla iştirak etdiyini deyir.

Vətəndaşın sözlərinə görə, Elşən Salahovun qarşısında əyləşənlərə verdiyi, "Sualı olan varmı?" sualı ona biraz baha başa gəlib. Belə ki, o, Seyfulla Azərin qanunsuz tikintilərin qarşısının niyə alınmadığı barəsindəki sualına cavab verə bilmədiyi üçün, hətta, "Sən otur, başqaları sual versin" ifadəsini işlədib.

Vətəndaş sualının qarşısında aciz qaldığı, dili topuq vurduğu deyilən Elşən Salahovun, Xəzər rayonu ərazisində aparılan qanunsuz tikintilərlə bağlı bizim göndərdiyimiz rəsmi sorğuları niyə cavabsız qoyduğu tam bəlli oldu.

Hamının makler kimi tanıdığı, yerli icra hakimiyyətində "xüsusi hörməti" olan bəzi şəxslər qeyri-yaşayış sahələrini "dəvə belində olan qiymətlərlə" bələdiyyə sənədi, yaxud 99 illik icarə müqaviləsi ilə insanlara satırlar.

Həmin ərazilərdə yaşayış evləri inşa edib yaşayan insanlar demək olar ki, rayon icra hakimiyyəti tərəfindən taleyin ümidinə buraxılmışlardırlar.

Normal yaşam üçün vacib olan kommunal xidmətlərə gəldikdə isə ya ötən yazılarımızda təqdim etdiyimiz Binə qəsəbə sakinlərinin bəziləri kimi məhrum olurlar, ya da özləri min bir əziyyətlə, özü də qanunlardan xəbərsiz kustar üsulla hardansa çəkib gətirmək məcburiyyətində qalırlar. Amma normal təbiət hadisələri zamanı daha da qabaran problemlərin qarşısını heç nə ilə almaq mümkün deyil. Günahkarsa "gecəqondu" kürsülü, yaxud ikimərtəbəli evlər tikən vətəndaşların özləri olur.

Elşən Salahovun "boğazını qurudan" sual deyil, sualın cavabı - daha dəqiq desək, "gecəqondu" salınmış əsaslı tikintilərin onun oliqarx həyatındakı roludur. Vətəndaşa dediyi, "öz problemindən danış" ifadəsinin arxasında isə, "kimsəyə dəxli yoxdur, rayon mənimdir, mən bilərəm" iç səsi dayanır.

Bəli, Elşən Salahov Xəzər rayonundan məhz öz şəxsi mülkü kimi yararlanır. Qanunlardan kənar saxlanılan qanunsuz tikintilər və rayonda rəhbər vəzifələrdə çalışan yaxınlar, tanışlar bunun bariz nümunəsidir.

Elşən Salahovun bu idarəçilik üsulunu, onun gəncliyinə və potensialına güvənib, ona etimad göstərən ölkə başçısına xəyanəti kimi dəyərləndirmək olar.

Bunun başqa adı yoxdur.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti