“DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnfrastrktur Departamentinin böyük mexaniki Eldar Güləliyev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Rəhbərlikdən şikayətçi olan E.Güləliyevin məktubunu olduğu kimi dərc edirik:

“Diqqətinizə çatdırım ki, mən “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin XAZ sexinin böyük mexaniki işləyirdim. Tərəfimdən istifadə olunması üçün mühafizə olunan dəmir yolu keçidi üçün 900 metr kabel lazım idi. Bu barədə idarənin rəisi Elxan İsmayılova müraciət etdim. O bildirdi ki, kabel yoxdur. Halbuki idarə dövlətimiz tərəfindən izolyasiya olunmuş külli miqdarda qiyməti olan kabellərlə təmin olunub.

İnsanların həyatı təhlükədə olduğu üçün, məcbur qalıb, bu barədə ölkə başçısına şikayət ünvanladım. Bundan sonra Elxan İsmayılov məni kabellərlə təmin etdi. Lakin iclasda dedi ki, “nə olsun Prezidentə şikayət etmisən, istəyirsən lap Səddam Hüseynə şikayət et, burda qanun mənəm...”. Bundan sonra şikayət etdiyim üçün məni işdən azad etdilər. Üstəlik, mənə düşən əmək haqqımın 5 misli miqdarında kompensasiyanı da vermədilər.

Bununla əlaqədar müraciət etdikdə, İnsan Resursları şöbəsinin əməkdaşları Sevinc Məmmədova və Nahid Bədirov mənə dedilər ki, get hara istəyirən şikayət et, sənə kompensasiya verilməyəcək.

Hətta 2 ay ərzində mənim əmək kitabçamı da qaytarmadılar. Halbuki, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin Sevinc Məmmədovanın bu sahədə savadı çatmadığı üçün və ya digər səbəblərdən əmri təqdim etmiş, lakin əmək kitabçasını 2 ay təqdim etməmişdir. Mən Əmək Müfəttişliyinə şikayət etdikdən sonra əmək kitabçam qaytarıldı.

Bildirim ki, 42 il iş stajı olan dəmiryolçulayam, işim daimi olsa da, məcburiyyət qarşısında mənə müddətli müqavilə imzalatdırmışdılar. Və işəgötürən Elxan İsmayılovun yaxın dostu Qəzənfər Abduləzimov bundan sui-istifadə edərək, mənim müqaviləmə xitam verdi.

31.01.2025-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin qəbuluna getdim, ona hər şeyi izah etdim. Cənab nazir mənə bildirdi ki, sizin kompensasiyanız ödəniləcək və bu iş nazirliyin insan resursları şöbəsinin rəisi Renat Rüstəmova tapşırıldı. Həmin şəxs mənimlə əlaqə saxlayıb soruşdu ki, sizə nə qədər pul ödənilməlidir? Mən də dedim ki, əmək haqqımın 5 misli, yəni 5000 manat. Dedi yaxşı, Elxanla danışaram. 2 gündən sonra isə mən ondan məktub aldım. Məktubda qeyd olunurdu ki, bunun bizə aidiyyatı yoxdur, get məhkəməyə müraciət et(Həmin məktubu da sizə təqdim edirəm).

Mən ona zəng edib soruşdum ki, bu nə məktubdu mənə göndərmisiz, bəyəm nazir bilmir bunun kimə aidiyyatı var, axı o, mənə camaatın içində söz verdi ki, pulun ödəniləcək. Renat Rüstəmov dedi ki, o məktubu ele-belə göndərmişəm, sənin pulun ödəniləcək.

Qeyd edim ki, 03.02.2025-ci il tarixində Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun qəbulunda da olmuşam. O da mənə söz verdi ki, 42 il stajlı dəmiryolçu olduğun üçün biz tərəfədən sənə 1000 manat ödəniləcək. Deyildiyi kimi, mənə 1000 mənə ödənildi və bildirildi ki, bu, sırf AHİK tərəfindən ödənilir və nazirin vəd etdiyi 5 misli əməkhaqqı ilə əlaqəsi yoxdur.

Sonradan Renat Rüstəmov AHİK-dən verilən pula şərik çıxmaq istədi. Zəng edib məndən soruşdu ki, nə oldu ,sənə pul ödənildi? Dedim, o pul 1000 manatdır, AHİK tərəfindən ödənilib, onun sizə aidiyyatı yoxdur. Dedi ki, yox, əslində sənə heç o da düşmür, müraciət etmisən deyə sənə onu veriblər. Dedim ki, nazir özü mənə söz verib, siz adi işçisiniz, necə qərar verə bilərsiniz ? Həm də əgər mənə pul düşmürdüsə, göndərdiyiniz məktubda elə yazardınız da, niyə yazırsınız ki, bizə aidiyyatı yoxdur?! Həm də əgər qanunla mənə o pul düşmürsə, bəs 1000 manat niyə verilib?! O, sualıma cavab verə bilmədi. Ondan sonra mənim zənglərimi də cavabsız qoydu. Görünür, nazirin sözünə əhəmiyyət verən yoxdur, onun tapşırıqları yerinə yetirilmir. Bu səbəbdən, istəyirəm məsələni işiqlandırım ki, söhbət cənab Rəşad Nəbiyevə çatsın. O, nə cür işçiləri olduğunu görsün”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti