ŞƏHİD QIZI TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİNDƏN ŞİKAYƏTÇİDİR - Prezidentə müraciət
Samux rayonu, Sərkar kənd sakini Bağırova Aytən Çingiz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Cənab Nazir!

Mən, Bağırova Aytən Çingiz qızı, yazaraq diqqətinizə çatdırıram ki, keçən ilin iyul ayında işlə bağlı Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənovaya müraciət etmişdim. O, sənədlərimi təqdim etməyimi istədi. Sənədlərimi verən zaman isə bildirdi ki, iş olan kimi sizə xəbər verəcəyik.

Bir müddət sonra, yəni sentyabr ayında Samux rayonu, Ziyadlı kəndində dayə işi olduğunu öyrəndim. Gedib maraqlandım, niyə iş üçün çağırılmadığımı öyrənməyə çalışdım. Mənim bu sorğu-sualım müdirin xoşuna gəlmədi. Mənə bildirdi ki, həmin işi şəhidin qardaşı yoldaşına vermişik. Bu zaman mən də dedim ki, "şəhidin qızı deyil, yoldaşı deyil, qardaşının yoldaşına iş vermək məcbur idi?". Əlavə etdim ki, mən də şəhid qızıyam, onlardan daha çətin vəziyyətdə olan insanlar var... Nurlana xanım isə "yaxşı edib işi ona vermişəm, ürəyim kimə istəyir, ona da verəcəm", - dedi.

Keçən ilin oktyabr ayında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevun qəbulunda oldum. Anar müəllim dərhal Nurlana xanımla danışdı, bildirdi ki, "baxçada iş olan kimi şəhid qızını işlə təmin edin".

Noyabr ayında yenidən iş oldu. Amma bu dəfə də Nurlana xanım qərəzli şəkildə məni yox, digər vətəndaşı işlə təmin etdi. Yenidən Nurlana xanımın qəbuluna getdim. Bu dəfə də bildirdi ki, "əcəb edib götürmüşəm, kimi istəyirəm, onu da götürəcəm, hara istəyirsən, kimə istəyirsən get şikayət et. Dedi ki, hətta istəyirsən Prezidentə şikayət et".

Cənab Prezident!

Cənab Nazir!

Mən şəhid qızıyam və təcili iş axtarıram. Lakin Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana xanım mənə qarşı qərəzli yanaşaraq, işlə təmin olunmağıma imkan vermir.

Qeyd edim ki, artıq 2-ci dəfədir məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edirəm. İlk müraciətimdən sonra mənə zəng gəldi, şikayətimi dinlədilər. Sonradan Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova ilə danışılandan sonra mənə dedilər ki, "Nurlana xanım sizdən qabaq olduqları üçün o xanımları işlə təmin edib".

Belə çıxır ki, Nurlana xanım Prezidentin sərancamını heçə sayır? Mən şəhid qızıyam, mənim müraciətimə növbədən kənar baxılmalı deyildimi?!

Mən heç kəsdən pul, yaxud da yardım istəmirəm. Öz əziyyətimlə pul qazanıb, ailəmin yanında olmaq istəyirəm. Xahiş edirəm, vəziyyətimi nəzərə alıb göstəriş verəsiniz. Məndən əvvəl işə götürülən adamlar niyə şəhid ailəsindən qabaq işlə təmin olunub, onun araşdırılması üçün də tapşırıq verin.

Bir daha deyirəm, səbəbini bilmirəm, amma Nurlana xanım qərəzli şəkildə məni işlə təmin etmir".

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi dərc edirik:

 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti