“Fuad Hacıyev evimizi satdırdı, 50 min manatımızı aldı” - SƏNƏD
Fuad Hacıyevin vətəndaşı aldatdığı iddia olunur.

TEREF xəbər verir ki, belə bir iddia ilə Musavat.com-a Bəşirli Nərmin Xaqani qızı müraciət edib.

Şikayətçi bildirib ki, Fuad Hacıyev onu və ailəsini Kanadaya işçi vizası ilə göndərmək üçün 2019-cu ildə onlardan 50 min manat alıb:

“Fuad xaricdə təhsil almağa imkan yaratmaq və işçi vizası ilə başqa ölkələrə göndərmək adı ilə onlarla insanı aldadıb. Onlar arasında mənim də ailəm var.

Biz əvvəlcə pulun yarısını ödədik. Fuad dedi ki, yarısını da ödəməliyik. Əks halda əvvəlcə ödədiyimiz pul batacaq. Bizi qorxuya saldı. Məcbur qalıb evimizi satdıq və pulu ödədik. Hətta işdən belə çıxdıq ki, bir aya artıq Kanadaya köçəcəyik. Beləliklə, həm işimizdən olduq, həm də evimizdən. Vaxt gəlib çatanda bu adamı tapa bilmədik. Xeyli söz-söhbətdən sonra bizə sənəd göndərdi ki, bir ay ərzində bizdən aldığı pulları geri qaytaracaq, amma etmədi. Hər dəfə bir bəhanə ilə yoxa çıxırdı.

2020-ci ildə Daxili İşlər Nazirliyinə müraciət etdik, nazirin qəbulundə olduq. Bundan sonra iş başladıldı və Fuadın həbsinə qərar verildi. O, həbsə girəndən sonra anası və bacısı bizə yalvardı ki, ailədə başqa işləyən yoxdur, şikayəti geri götürsək, bu pulu bizə hər ay 3 min olmaqla geri qaytaracaqlar. Fuadın ailəsi və vəkili öz adlarından sənəd gətirdilər ki, zamin dururlar və pulun qaytarılmasında məsuliyyət onların üzərinə düşür. Biz razılaşdıq, lakin o, həbsxanadan çıxandan sonra ailəsinə zəng çatmadı, Fuad isə bizi təhqir etdi və hədə-qorxu gəldi. Dedi ki, hara istəyirsinizsə, gedib şikayət edin.

Bu insan televiziyalarda hələ də reklam olunur. Yəqin ki, başqa insanları da aldadır”.

Şikayətlə bağlı Musavat.com Fuad Hacıyevlə əlaqə saxlayıb.

O, məsələyə belə aydınlıq gətirib: “2019-cu ildə Kanadada işə qəbul aparan bir şirkətin Bakı nümayəndəliyi kimi satış həyata keçirirdik. Xəqani Ağalarov bizə müraciət etdi, ona endirim etməyəcəyimizi bildirdim. Daha sonra satış mütəxəssisləri şəxsi faizlərindən endirim etdi və onun ailəsi ilə müqavilə bağlandı.

Müqavilədən bir müddət sonra qarşı tərəflə böyük problemlər yarandı. Belə ki, 2019-cu ilin yay aylarında Dövlət Təhlükəsizliyi Xidməti Kanadada işi görən birinci əl bir çox şirkət sahibinin ev və ofisində əməliyyat apardı, yay aylarında bu işi görən əsas şəxslərin bir çoxu ya həbs edildi, ya da ölkədən qaçdı.

Xəqanigilin müqaviləsi də daxil olmaqla bir çoxunun işi üzrə məsul şəxs kimi mən yük altında qaldım.

Buna baxmayaraq, hər kəsə söz verdim ki, onların ödənişləri ediləcək. Yəni bir çoxları kimi məsuliyyətdən haqqından qaçmadım. Evimi, maşınımı, ata evimizi satıb ödənişlərin bir hissəsini etdim.

Xəqanigil isə məni dövlət quurmlarına şikayət edib təhdid edirdilər. Başa düşdüm ki, əmlakımı satmaqla bu işin altından çıxa bilməyəcəyəm. Buna görə də həbs olunmağı gözə aldım. İstintaq dövrünü həbsdə keçirdim. Daha sonra şikayətçilərin hamısının “yazılı və notarial borcunu ödəyib” sənədilə həbsdən məhkəmə qərarı ilə azadlığa buraxıldım.

Həbsdən sonra daim şikayətçilərlə danışıb görüşürdüm. Öncəliyim insanların haqqını bərpa etmək olduğu üçün gecə-gündüz işləyirdim.

2023-cü ilin əvvəlinə kimi mütəmadi olaraq ödəniş edirdim. Daha sonra Nərmin Ağalarova (qızlıq soyadı belədir – red.) çalışdığım Ostim Teknik Universiteti başda olmaqla hər yerə yazıb bildirirdi ki, guya mən onlara ödəniş etmirəm.

Onun bu cür çoxsaylı fəaliyyəti nəticəsində işlər zəiflədi və mən böyük məbləğdə ödəniş edə bilmədim.

2025-ci ilin yanvar ayında ailənin üzvü Tural Ağalarova yazdım ki, yeni müqaviləm var, mart ayından etibarən ödəmələr bərpa olunacaq. Lakin fevral ayında ailə gedib polisə şikayət etdi ki, guya mənim anam (70 yaşlı qadın) bunları hədələyib. Heç bir sübut olmadığından polis əlbəttə ki, ədalətli qərarla bu şikayətə rədd cavabı verdi.

Beləliklə, Ağalarovlar ailəsinə bu günə qədər 35 mindən çox ödəniş edilib. Hədə-qorxu ilə tələb etmə, şər və böhtan atmaq bir cinayət işidir. Hər şey gözəllik və halallıqla davam etməlidir. Mən ödənişi etməkdən qaçmıram”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744132894_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744132894_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744132894_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744132894_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1744132894_5.jpg
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..
30 Aprel 2025 TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...

Dünyapress TV

Xəbər lenti