Fərzəliyev bütün tenderləri Mehbalıyevin kürəkəninə verib
“PROQRESS İNŞAAT EN”ə 5 milyonluq jest

Ötən il ərazində Abşeron rayon İcra Hakimiyyəti toplam 7 tender keçirib. Tribunainfo.az xəbər verir ki, bu tenderlər üzrə 5 milyon 314 min 41 manat pul xərclənib.

Bildirək ki, bu müsabiqələrə yolların təmiri, bina fondunun yenilənməsi, park tikintisi, Xırdalan şəhərinin işıqlandırılması və digər işlər daxildir.

Məsələnin maraqlı tərəfi odur ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərəzliyev bütün bu tenderləri bir şirkətə verib. Söhbət “PROQRESS İNŞAAT EN” MMC-dən gedir. Abşeronda hər işi görən bu şirkətlə İcra Hakimiyyəti arasında o qədər dərin bağlar var ki, Fərəzliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü” ilə əlaqədar tədbirin təşkili işlərini də bu şirkətə etibar eib. Bunun üçün də 190 min 331 manat pul da alıb.

“PROQRESS İNŞAAT EN” MMC ümumilikdə 2024-cü il ərazində cəmi 15 tenderə qatılıb. Onun 7-si Abşeron rayon İcra Hakimiyyətinin, 2-si Sumqayıt İcra Hakimiyyətinin (toplam 2 milyon manata yaxın), ikisi isə Beləqan İcra Hakimiyyətinin (toplam 637 min manat) keçirdiyi tenderlər olub. Bundan başqa, MMC “AZƏRİSTİLİKTƏCHİZAT” ASC 250 minlik, AMEA-nın 120 minlik, Biləsuvar İC-in 33.5 minlik, SDU-nun 83.2 minlik müsabiqələrini də ala bilib.

Nəzərinizə çatdıraq ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlunun barəsində kifayət qədər geniş məlumatlar var.Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu göstərilir.

Bu məlumatın mövcudluğu onu deməyə əsas verir ki, Abidin Fərzəliyevlə şirkət arasındakı simsarlıq elə bu yeznə-kürəkən məsələsinə bağlıdır. Yəni, Abşeronun icra başçısı kənar adama deyil, elə Mehbalıyevin kürəkəninə tenderləri verməklə, lazım olanda bu odioz məmurun əli ilə işlər görməyə çalışır.

Yazıda adı keçən qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video
30 Aprel 2025 Gözdən əlilin pensiyası Ədliyyə Nazirliyinin sərəncamı ilə kəsilib?!
30 Aprel 2025 Qaradağda tenderleri udan “Qara Qaya” şirkəti…..

Dünyapress TV

Xəbər lenti