Milyonçu "Tender kralı" Hacı Ramazan Mirzəyevlə bağlı məlumat yayıldı -
İllərdir Bakıda demək olar bütün tenderlərin qalibi kimi məşhurlaşan iş adamı haqqında mediada tənqidi yazılar yazılır, fikirlər səslənir.

Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Bakı şəhər İcra hakimiyyətinin və nazirliklərin dəstəyi ilə iri layihələrə ayrılan vəsait məhz həmin iş adamına həvalə edilir. Görülən işlərlə bağlı dəqiq olan məlumat odur ki, dövlət büdcəsindən ayrılan milyonların böyük faizi mənimsənilir.

Bəs hamının tanıdığı dövlət büdcəsini saxta adlarla talayan bu milyonçu iş adamı kimdir?
Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən illər ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri “tender kralı” kimi tanınan iş adamı Hacı Ramazan Mirzəyev hesab olunur. Ölkə mətbuatında Ramazan Mirzəyevin müxtəlif sahələrdə tenderləri udan onlarla, bəlkə də yüzlərlə şirkətinin adı açıqlanıb və bu şirkətlərin tenderləri udması bir qayda olaraq qanun pozuntusu ilə müşahidə olunub. Buna baxmayaraq Ramazan Mirzəyev hələ də ölkənin ən çox tender udan sahibkarı olmaqda davam edir.

Bir qayda olaraq dövlət satınalmalarında iştirak edib. Qalib gələn MMC-ləri heç kimin tanımadığı adamların adına açır. Bəzən isə həmin adamlar özləri də bizneslə məşğul olduqlarını və bahalı tenderlərin qalibi olduqlarını bilmirlər. Bəzən isə Ramazan Mirzəyevə məxsus olan onlarla şirkət eyni ünvanda fəaliyyət göstərir.
Nə hikmətdirsə, illərdir dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış aparılan zaman da hansısa ciddi bir məlumata rast gəlmək mümkün deyil. Bu şirkətlərin nə rəsmi ünvanları, ofisləri, nə də sosial şəbəkələrdə hesabları var. On minlərlə manat dəyərində tenderlərin qalibi olan şirkətlərlə isə əlaqə saxlamaq mümkün deyil. Çünki heç yerdə bu şirkətlərin əlaqə məlumatıarı yoxdur.

İş adamı böyük tenderləri “VEST-LTD” QSC ilə “İnpeks.N.” MMC şirkətləri ilə udsa da, digər kiçik satınalmalarda isə, əsasən, 10 manatlıq MMC-lərini işə qoşur.
Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə sahib olması ilə bağlıdır.

Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2024 cü illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.
Sual olunur - Ramazan Mirzəyevə niyə bu qədər şərait yaradılır və dövlət vəsaitlərini mənimsəyən bu şəxs barədə niyə tədbirlər görülmür? Cavab sadədir - Ramazan Mirzəyev yuxarılar tərəfindən himayə olunmaqla yanaşı ona tender qazandıran qurumlarla şərikli mənimsəmələrdə iştirak edir. Əks təqdirdə bu şəxsin qara gözü, qara qaşı digərlərindən fərqlənmir. Reallıq. Tv - araşdırmalarından məlum olur ki, Ramazan Mirzəyevə məxsus şirkətlər son 10 il ərzində milyardlarla vəsaiti tenderlərdə qazanıb. Bu vəsaitlərin çox hissəsi isə iş adamı tərəfindən mənimsənilib. Onu da qeyd edək ki, Ramazan Mirzəyev Neftçala, Masallı və digər rayonlarda böyük biznes şəbəkəsinə sahibdir.
Ramazan Mirzəyevin digər qanunsuz əməlləri ilə bağlı araşdırmalarımız davam edir.
Yuxarıda qeyd olunan iddialarla bağlı Ramazan Mirzəyevlə və ona bağlı olan şirkətlərlə əlaqə saxlamağa çalışsaq da heç bir əlaqə məlumatı tapa bilmədik. İddialarla bağlı Ramazan Mirzəyevin və ona bağlı olduğu iddia edilən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.(Reallıq. Tv)

 
 
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti