“Kontakt Home“da lotereya müəmması: Minlərlə müştəri necə aldadılıb?
"Kontakt Home” mağazalar şəbəkəsi (hüquqi adı "ABC Telecom” MMC) əvvəlcədən borucunu ödəyən müştərilərlə bağlı keçirilən lotereya oyununu müəmmalı səbəblərdən təxirə salıb.

Qaynarinfo-nun məlumatına görə, bir neçə aydır "Kontakt Home” mağazalar şəbəkəsi müştərilərə "əvvəlcədən borucunu bağla, Novruz bayramında avtomobil və digər elektorun avadanlıqların udulması üçün lotereyaya qoşul” kompaniyasına start verib. Minlərlə müştəri Novruz bayramı günü keçirilməsi nəzərdə tutulan lotereya oyununa qoşulmaq üçün kredit borclarını ödəyib.

Amma bayram günü sözügedən lotereya oyunun keçirilməsi müəmmalı səbəblərdən təxirə salınıb.

Müştərilər isə lotereya oyunun təxirə salınması ilə bağlı "Kontakt Home”la əlaqə saxlayıblar. Mağazanın qaynar xəttindən sözügedən lotereya oyunun nə vaxt keçirilməsi ilə bağlı dəqiq məlumat verilmir.

Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı da "Kontakt Home” mağazalar şəxəsinin qaynar xətti ilə əlaqə saxlayıb. Bildirilib ki, oyunun nə vaxt keçiriləcəti ilə bağlı onlarda da dəqiq məlumat yoxdur: "Səbəbini özümüz də bilmirik. Amma lotereya oyunun yenidən bərpa edilməsi ilə bağlı bizə məlumat verilib”.

"Kontakt Home”un "Facebook" səhifəsində Elmin Bayandır adlı müştəri də sözügedən oyunun baş tutmamasına görə iradını yazıb və öz etirazını bildirib: "Sizin bir lotereya var idi. Ödənişi bir neçə ay əvvəl ödəyib, sözügedən lotereyaya qoşulurduq. Ödədik və qoşulduq. Hazırda həmin lotereyanın nə izi var, nə tozu. Məlumat mərkəzinin də bundan xəbəri yoxdur. İddia edilir ki, sözügedən lotereya keçirilib. Amma nəticələri açıqlanmır...”
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1742836145_1.jpg
Qeyd edək ki, "Kontakt Home” mağazalar şəbəsində hər gün gecikdirilən ödənişlərə görə müştərilərdən faiz tutulur. Maraqlısı budur ki, lotereyaya görə əvvəlcədən ödəniş edən müştərilərə "Kontakt Home” rəhbərliyi hansı cəriməni ödəyəcək?
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti