"Yeni Klinika"da qanunsuzluq və neqativ hallar haqqında - ŞİKAYƏT VAR
Mətbuatda dəfələrlə “Yeni Klinika“da baş verən neqativ hallar haqqında şikayətlər dərc edilib. Daha bir şikayət bloqumuzun poçtuna daxil olub.
TEREF xəbər verir ki, poçtumuza daxil olan məqalədə müəllif yazır:
Bildirirəm ki, "Yeni Klinika"nın yeni rəhbərliyi təyin olunduqdan sonra müəssisədə ciddi idarəetmə problemləri yaranmış və bu, həm işçi heyətinə, həm də xəstələrə mənfi təsir göstərmişdir. Aşağıda sadalanan hallar müəssisədə hökm sürən qanunsuzluqlar və neqativ tendensiyalar haqqında məlumat vermək məqsədi daşıyır.
1. Peşəkar olmayan kadr siyasəti və pasiyentlərə qarşı kobud münasibət
Yeni baş həkim tərəfindən qeyri-peşəkar kadr heyəti formalaşdırılmışdır. Bu səbəbdən xəstələr həkimlərin davranışı və müalicə prosesindəki ciddi nöqsanlardan şikayətlənirlər. Xəstələrin bildirdiyinə görə, bəzi həkimlər onlarla kobud rəftar edir və düzgün müalicə təyin etmir. Əməliyyatdan sonra isə bəzi həkimlər xəstələrdən müxtəlif bəhanələrlə əlavə ödəniş tələb edirlər.
2. Əməkhaqqı gecikmələri və işçilərin hüquqlarının pozulması
Klinikanın əməkdaşları əməkhaqqı ödənişlərini vaxtında ala bilmirlər. Məsələn, fevral ayının əməkhaqqısı 5 mart tarixində ödənilməli olduğu halda, yalnız 13 mart tarixində verilmişdir. Əməkhaqqının gecikdirilməsi ilə bağlı rəhbərlik tərəfindən heç bir izahat və əvvəlcədən xəbərdarlıq olunmamışdır. Maliyyə şöbəsinin rəhbəri həmin dövrdə əməkdaşlarla əlaqədən qaçmış, suallara cavab verməmişdir.
3. Klinikada qeyri-ciddi idarəetmə yanaşması
Baş həkim işçi heyətinin problemləri ilə maraqlanmaq əvəzinə, klinikanın ehtiyaclarına uyğun olmayan tədbirlərin təşkili ilə məşğuldur. O, lazımsız tədbirlər təşkil etməyi prioritet hesab edir və bu tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Hətta rəhbərliyə klinikada kino festivalı keçirilməsi təklif olunsa, bunun da dəstəklənəcəyini düşünmək olar.
TEREF xəbər verir ki, müəllif daha sonra xəstəxanada baş verən hadisələr barədə aşağıdakıları yazır:
4. Həmkarlar İttifaqının qeyri-şəffaf fəaliyyəti
Klinikanın Həmkarlar İttifaqının sədri işçilərə məxsus sanatoriya və istirahət putyovkalarını yalnız öz yaxınlarına paylayır. 24 dekabr tarixində keçirilmiş Yeni İl tədbiri üçün klinikanın 400-ə yaxın əməkdaşından hər birindən 100 AZN məcburi şəkildə toplanmış, lakin tədbirdə təqdim olunan yemək və xidmətlərin dəyəri toplanmış məbləğə uyğun olmamışdır. Bununla yanaşı, tədbiri təşkil edən şöbə əməkdaşları və rəhbər şəxslər klinikanın vəsaiti hesabına orada ödənişsiz iştirak etmişlər.
5. Şübhəli maliyyə əməliyyatları və vəzifədən sui-istifadə halları
• Daha əvvəl "EGE Hospital"da fəaliyyət göstərmiş bir şəxs klinikamızda Təchizat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və qısa müddət ərzində özünə bahalı avtomobil almışdır.
• Satınalma şöbəsinin müdiri də yeni baş həkimin təyinindən sonra bahalı avtomobil əldə etmişdir.
• SƏTTƏM şöbəsinin müdiri isə iş qrafikinə əməl etmir, işə yalnız bir-iki saatlıq gəlir və gedir. Lakin buna baxmayaraq, rəhbərlik tərəfindən heç bir nəzarət və tədbir görülmür.
6. Klinikada təhlükəsizlik və psixoloji təzyiqlər
Baş həkim klinika ərazisində yalnız mühafizəçilərin müşayiəti ilə hərəkət edir ki, bu da müəssisədə qeyri-sağlam və qorxu atmosferi yaradır. Eyni zamanda, aldığımız məlumatlara əsasən, bəzi işçilər məlum olmayan şərtlər əsasında işə qəbul edilirlər.
7. Nəzarətsizlik və sistemsizlik
TƏBİB tərəfindən yuxarıda qeyd edilən və digər məlum olmayan hallar üzərində heç bir nəzarət aparılmır. Klinika daxilində baş verən neqativ və qanunsuz halların qarşısının alınması üçün heç bir tədbir görülmür.
Bildiyimizə görə, klinikada başqa qanunsuz hallar da mövcuddur, lakin onları tam şəkildə açıqlamaq mümkün olmur. Xahiş edirik ki, bu müraciət aidiyyəti qurumlara çatdırılsın və məsələyə operativ şəkildə müdaxilə edilsin. Qanunsuzluqlara qarşı ciddi tədbirlər görülməli və bu cür hallara son qoyulmalıdır.
TEREF olaraq qarşı tərəfin mövqeyini öyrənmək üçün “Yeni Klinika“ilə əlaqə saxladıq.Bizimlə əlaqə saxlayacaqlarını desələrdə heç kim əlaqə saxlamadı.
Lakin qarşı tərəfin mövqeyini dərc etməyə hər zaman hazırıq!
TEREF
 

Bölmənin digər xəbərləri

01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO
30 Aprel 2025 HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO
30 Aprel 2025 “İnvest M.Construction” şirkət həkimlərlə münaqişələri bitmir-Video

Dünyapress TV

Xəbər lenti