İlqar Abbasov Şirvan şəhərini belə “yaşıllaşdırır” –
Uzun müdət Bakının Suraxanı və Nərimanov kimi böyük rayonlarının icra başçısı olmuş İlqar Abbasov artıq 6 ilə yaxındır ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısıdır. İnternet axtarış sistemlərinə onun ad və soyadını yazmaq kifayətdir ki, Şirvan şəhər sakinlərinin saysız-hesabsız şikayətləri ortaya çıxsın. Bu şikayətlərdə narazılıqlar ən çox İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri barədədi.

Aktualinfo.org İlqar Abbasovun kadrlarından sayılan, Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi Ağalar Soltanovun rəhbərlik etdiyi qurumun dövlət satınalmalarında işbirliyi qurduğu şirkətlər ətrafında araşdırma aparıb. Araşdırmalarda Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası tərəfindən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi, keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə ciddi qanun pozuntularına yol verildiyi məlum olmuşdur. Bunlar nələrdən ibarətdir?

Əkin materiallarının satın alınması üzrə 09.05.2024-cü ildə başlamış müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 6.467,58 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 12.07.2024-cü ildə dərc edilmişdir.

Xüsusi geyim və təsərrüfat alətlərinin satın alınması üzrə 06.04.2024-cü ildə başlamış müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 6.875,15 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 12.07.2024-cü ildə dərc edilmişdir.

Nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə bir mənbədən satınalma metodu olə keçirilmiş müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 11.186,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 05.11.2024-cü ildə dərc edilmişdir.

Sürtkü materiallarının satın alınması üzrə bir mənbədən satınalma metodu olə keçirilmiş müsabiqədə “KRİSTAL-LM” MMC qalib seçilmiş və 2.736,42 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 05.11.2024-cü ildə dərc edilmişdir.

Qeyd edək ki, “KRİSTAL-LM” MMC 2024-cü ildə Şirvan şəhərində bir neçə dövlət qurumları tərəfindən keçirilmiş ayrı ayrı lotlar üzrə 9 müqavilə bağlamışdır. Bu da MMC-nin müvafiq sahədə peşəkarlığında, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, təcrübəsində, bir sıra şübhəli məqamların olduğu ehtimalı artırır.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “KRİSTAL-LM” MMC (VÖEN 2100694871 ) Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində 13.01.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, 1 MAY, ev 112 A -da yerləşir. MMC-nin qanuni təmsilçisi İbrəhimova Könül Balaeyvaz qızıdır. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Rütəmov Əlibala Cəfər oğlu olub.

Qeyd edək ki, Rütəmov Əlibala Cəfər oğlu həm də Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin 2023-cü ildə satınalma müqaviləsi bağladığı “TƏCHİZAT-24” MMC-nin qanuni təmsilçisidir.

Bundan əlavə Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin 2022-ci ildə iki satınalma müqaviləsi bağladığı “TƏCHİZAT CİTY” MMC Şirvan şəhərində “KRİSTAL-LM” MMC ilə eyni ünvanda 1 MAY, ev 112 A -da yerləşir ki, bu MMC-lərin də bir nəfər, Rütəmov Əlibala Cəfər oğlu tərəfindən idarə olunması ehtimalını artırır.

Göründüyü kimi Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin Satınalma Komissiyası 2022-ci ildən sonra dövlət satınalmalarında Şirvan şəhərində bir nəfər tərəfindən idarə olunan MMC-ləri qalib seçmişdir. Bu isə satınalmadan çox işbirliyi anlamına gəlir. Belə ki, Təsərrüfat İdarə kotirovka sorğularının keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, MMC-lərin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və ödəmə qabiliyyətini, etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Bu şübhələrin başında da təbii ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dayanır. Çünki, Rütəmov Əlibala Cəfər oğlunun qanuni təmsilçiləri olan bir neçə MMC-yə Şirvan şəhərində keç kim eninə-boluna şərait yaratmazdı. Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi Ağalar Soltanova buradan nə qədər pay çatır baş mühasibi Oqtay Əliyev daha yaxşı bilər. Çünki, maliyyə işlərinə o baxır. Qurumun Satınalma Komissiyasının rəhbəri kimi mətbuatın sorğusuna da cavab verməyi lüzum bilmir.

Aktualinfo.org
 
 
 

Bölmənin digər xəbərləri

01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO

Dünyapress TV

Xəbər lenti