Saatlı Xəstəxanasında nə BAŞ VERİR? - İTTİHAM VAR...
Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovun qanun pozuntularına yol verdiyi iddia olunur.

Bu barədə Bizim.Media-ya xəstəxananın hüquqşünası Habil Ağayev məlumat verib.

“Saatlı Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovla bir yerdə 3 ildir işləsək də, daim mənə təzyiq edir. Müəssisədə baş verən qanun pozuntuları ilə bağlı dəfələrlə etdiyim müraciətlərə cavab vermir”, - deyə hüquqşünas bildirib.

Şikayətçi iddia edir ki, baş direktor əmək intizamını ciddi şəkildə pozur:

“İş saatı 09.00-da başlasa da, o, saat 10.00-dan tez işə gəlmir. Müəssisədə əmək qanunvericiliyinə əməl olunmur. Çox zaman da Pərvin Məmmədov işçiləri qanunları pozmağa vadar edir. Onun dediklərinə əməl etməyənlərə isə psixoloji təsir göstərir, şərləyir. Onun haqsızlığı ilə üzləşənlərdən biri də mənəm. Əsassız yerə mənə töhmət verib. Üstəlik, Saatlı rayon Məhkəməsinə də şərəf və ləyaqətinə, işgüzar nüfuza “xələl gətirdiyimə” görə məni məhkəməyə verib.

O heç bir şikayətçini qəbul etmir. İş otağı əla vəziyyətdə olsa da, xəstəxananın vəsaitindən 20 min manatdan yuxarı vəsait xərcləyərək onu yüksək səviyyədə təmir etdirib. Giriş qapısı işcilərdən yığılan pul hesabına təmir edilib”.

Şikayətçinin sözlərinə görə, baş direktor vəzifə səlahiyyətlərini aşaraq qanunsuz işlər görür:

“Əmr, sərəncam və digər hüquqi sənədlər məndən gizlədilir. Bunun da obyektiv səbəbləri var. 200-dən yuxarı insanı işə götürüb, lakin hüquqşünasın dərkənarı yoxdur. Maliyyə, alqı-satqı müqavilələri hüquqşünasla razılaşdırılmadan həyata keçirilir. Özü üçün ayrıca giriş qapısı qoydurub və müşahidə kamerası ilə təchiz edilib. Halbuki, qaydaya görə kamera təhlükəsizlik bölməsinin rəisinin otağında olmalıdır. Baş verən qanunsuzluğa səsimi qaldıranda da deyir ki, “göz yum, maaşını al”.

Habil Ağayev məsələ ilə bağlı TƏBİB-ə müraciət etdiyini, lakin heç bir tədbir görülmədiyini bildirib.

Sözügedən iddialarla bağlı Pərvin Məmmədovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Bölmənin digər xəbərləri

01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO

Dünyapress TV

Xəbər lenti