“Banka qoyduğum 300 min dollar yoxa çıxıb”
Bakı şəhər sakini Rüfət Razim oğlu Əsgərov 2008-ci ilin iyun ayında “MuğanBank”a (lisenziyası 2023-cü ildə ləğv edilib) yerləşdirdiyi əmanətin yoxa çıxdığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən R.Əsgərov illər əvvəl banka qoyduğu 300 min dollar pulu və faizlərini geri ala bilmədiyini deyir.

Şikayətçi bildirir ki, həmin il bankın Gəncə filialında fiziki şəxs kimi uzunmuddətli və sığortalanmış depozit hesabı açıb: “Əmanəti və faizini müddət bitəndən sonra götürəcəkdim. Yeddi müqavilə bağlayaraq əmanət yerləşdirdim və həmin gün Azərbaycandan çıxıb başqa ölkəyə getdim. İldə bir-iki dəfə Gəncəyə gedərkən “MuğanBank”a baş çəkərək müqaviləm haqqında maraqlanırdım, hər dəfə mənə heç bir problemin olmadığı deyilirdi. 2019-cu ilə qədər bu formada davam etdi”.

R.Əsgərovun sözlərinə görə, 2020-ci ildə “MuğanBank”dakı əmanətini götürmək istəyib: “Banka zəng edib bildirdim ki, bir həftəyə Gəncəyə gələcəyəm, əmanətimi hazırlasınlar, gəlib götürəcəyəm. Həmin vaxt mənə dedilər ki, “sizin bank hesabınız yoxdur”. Hesab nömrəmi təqdim etdikdə həmin hesabın Gəncədə deyil, bankın Goranboy filialında olduğunu dedilər. Dərhal Gəncə filialına, həm də “MuğanBank”ın Bakıdakı baş ofisinə məktub göndərdim. Cavab gəldi ki, hesabımın Gəncə filialına aid olduğu doğrudur. Lakin guya mən şəxsən gedib əmanəti tam şəkildə çıxarmışam. Onlar göstərdiyi tarixdə isə mən Azərbaycanda olmamışam”.

Bundan sonra vətəndaş məhkəmələrə üz tutmalı olub: “Məhkəmədə qalib gəldim. Lakin bank Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə də Dövlət Arxiv İdarəsindən sənədin başqa cür formasını istədiyi üçün iş yenidən Apellyasiya Məhkəməsinə göndərildi. Dövlət Arxiv İdarəsindən və Mərkəzi Bankdan Apellyasiya Məhkəməsinə cavab gəldi. Cavabda mənim haqlı olduğum, bankın isə yalan dediyi bir daha sübut olundu. Lakin sabahı gün “MuğanBank”ın lisenziyası ləğv olundu”.

Bank bağlanandan sonra R.Əsgərov Əmanətlərin Sığortalanması Fonduna müraciət edib: “Bütün məhkəmə sənədlərinin surətini onlara təqdim etdim. 59 gün sonra fonda getdim ki, bir məlumat əldə edim. Oradan mənə bildirdilər ki, siz bizə müraciət etməmisiniz. Lakin sonra fonddan bildirildi ki, “siz sığortalı əmanətçilərin siyahısına düşməmisiniz və sizə pul verilməyəcək”. Mənə adi qaydada, şablon cavab verdilər. Lakin mənim məsələm şablon cavab tələb etmir, bu iş məhkəmə müstəvisində sübuta yetirilib.

Ekspertiza müəyyən edib ki, mənə ümumilikdə faizlərlə birgə 537 min dollar qaytarılmalıdır”.

O, məsələni yenidən məhkəmə müstəvisinə daşıdığını əlavə edib: “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş vaxtı bankın lisenziyası müflisləşmə ilə bağlı ləğv edildiyindən işə mülki icraatda baxılması mümkün olmadı və icraata xitam verildi. Mən kreditor tələbimi Əmanətlərin Sığortalanması Fondunda qeydiyyatdan keçirdim və 2024-cü ildə kreditor tələbimi qəbuledilməzlər siyahısına salınmasına dair Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası qərardad qəbul edib. İndi mənim tələbimə mülki qaydada baxılması mümkün deyil, inzibati icraat qaydasında da bankın ƏSF-yə təhvil verdiyi sənədlər arasında mənim pul vəsaitimlə bağlı sənəd olmadığından inzibati icraat qaydasında da kreditor tələbim təmin olunmur. İndi mən neyləyim? Qanunsuz olaraq illərlə məhkəmə çəkişməm gedir. Hazırda da Ali Məhkəməyə hər iki məhkəmə aktından şikayət vermişəm”.

Məsələ ilə əlaqədar Əmanətlərin Sığortalanması Fonduna sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hazırda məsələ ilə bağlı məhkəmə çəkişməsi davam edir: “Vətəndaş Əsgərov Rüfət Razim oğlunun özünün də bildirdiyi kimi, hazırda bankla sonuncu arasında məhkəmə mübahisəsi davam edir. Kreditorun mübahisələndirdiyi tələb üzrə məhkəmə yekun aktı qanuni qüvvəsini aldığı təqdirdə tərəfimizdən qərarla bağlı ətraflı məlumat təqdim edilə bilər”.
 

Bölmənin digər xəbərləri

01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"
30 Aprel 2025 "Yeni Klinika"da hökm sürən qanunsuzluqlar: 400-ə yaxın əməkdaşından hər birindən məcburi 100 AZN/MÜRACİƏT
30 Aprel 2025 Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevə ETİRAZ
30 Aprel 2025 Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
30 Aprel 2025 “MedAura”nın həkimi Yaqub Asadidən şikayət... - Burnum çürüyür, iltihab axır kömək edin....FOİTO/VİDEO

Dünyapress TV

Xəbər lenti