Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB
Bir zamanlar, "Hələ mən deputat ola-ola bir qapı açmaq üçün icra başçısı məndən 30 min manat rüşvət istəyirsə, gör vətəndaşlar nə çəkir" deyə, mətbuata gileylənən Adil Əliyev barəsində narazılıqlar bu gün davam edir. Amma biraz fərqli formada.

Adil Əliyev indi özü də icra başçısıdır və bir neçə vətəndaşlar tikinti aparmağa icazə vermək üçün Suraxanı icra hakimiyyəti əməkdaşlarının onlardan rüşvət tələb etdiyini deyirlər.

"DogruXeber.az" xatırladır ki, tikinti apara bilməsi üçün yerli icra hakimiyyəti işçisinin ondan rüşvət tələb etdiyini, bir neçə il əvvəl tikdirdiyi hasarı, "qanunsuzdur" deyə, icra hakimiyyətinin uçurtduğunu deyən şəhid qardaşı İlqar Şahmurovun və bu kimi problemlər içində çırpınan digər Suraxanı sakinlərinin məlumatlarını yayımlamışdıq.

Təəssüf ki, narazı Suraxanı sakinlərinin çoxu da da ailə başçısı olmayan qadınlar, eləcə də qazi və şəhid ailələrindən ibarətdir.

Yuxarıda şəhid qardaşı - Suraxanı sakini İlqar Şahmurovun adını çəkdik.

Xatırlayırsınızsa, İlqar Şahmurov mediada yayılan səs yazısında 2016-cı ildə 18 min manat pul ödəyərək satın aldığı və ətrafını üst-üstə qoyulmuş tikinti daşları ilə hasara aldığını, Adil Əliyev sözügedən rayona icra başçısı təyin edildikdən sonra onun torpağının əlindən alındığını və hasarının dağıdıldığını iddia edirdi. Bu səs yazısı yayıldıqdan sonra o, icra hakimiyyəti tərəfindən torpağının özünə qaytarıldığını, hətta tikinti üçün qum və daş köməkliyi olunduğunu dedi. Amma, nə hikmətsə Suraxanı icra hakimiyyəti onun bu sevincini yenə qursağında qoydu. O, jurnalist Veysəl Əylisli ilə telefonla danışarkən, yenə tikintisinin qarşısının alındığını deyib.

Onu da vurğulayaq ki, şəhid qardaşı onun icra hakimiyyəti tərəfindən əlindən alınan torpaq sahəsinin Adil Əliyevin dayısının istifadəsində olduğunu bildirib.

Yeri gəlmişkən, jurnalist Veysəl Əylisli özü də Suraxanı rayonunda tikinti aparmaq istədikdə İcra hakimiyyəti işçisinin ondan 12 min manat pul tələb etdiyini iddia edir. Hətta, bildirir ki, buna etiraz etdiyinə, sosial platformada yayımladığına görə Adil Əliyev onu xüsusi ittiham qaydasında məhkəməyə verib.

Qeyd edək ki, Adil Əliyevin onu məhkəməyə verdiyini deyən daha bir suraxanı sakini də qazi Ceyhun Ağayevdir. Ceyhun Ağayev isə iddia edir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində apardığı tikintisi pul vermədiyinə görə Suraxanı rayon icra hakimiyyəti tərəfindən dağıdılıb. Halbuki, həmin ərazidə hazırda 10-larla tikintilər aparılmaqdadır.

Qazinin sözlərinə görə, o, həmin tikintilərin də görüntüsünü şəxsi sosial hesabında paylaşdıqdan sonra Adil Əliyev onun da barəsində xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıb.

Belə yerdə deyiblər, "oğru elə bağırdı, doğrunun bağrı yarıldı".

Gördüyünüz kimi, Adil Əliyevin adını çəkmək kifayət edir ki, Suraxanı sakinlərinin dərdi açılsın. Elə, adlarını qeyd etdiyimiz Veysəl Əylisli və Ceyhun Ağayevin Adil Əliyev barəsində paylaşdlqları videoların şərh bölməsində yazan istifadəçilər də müxtəlif məlumatlar qeyd ediblər.

Kimisi Adil Əliyevin Hövsan qəsəbəsində də xeyli ərazini zəbt etdiyini, kimisi Bülbülədə yaşıllıq ərazini məhv edərək, özü üçün şərait yaratdığını, kimisi də Binə qəsəbəsində ev tikməyə icazə verməsi üçün hər kəsin yerli icra hakimiyyətinə 7000 (yeddi min) manat rüşvət verdiyini və sair qeyd ediblər.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1740984263_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1740984264_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1740984264_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1740984264_4.jpg
Heyrətləndirən məqamlardan biri də budur ki, yazanlar arasında "Suraxanının tası 20 mindir", "Sənə hörmət edib 12 min deyiblər, orda ev tikmək 20 mindir" deyə cümlələr qeyd ediblər.

Hətta, şərh bölməsində müxtəlif şəxslər tərəfindən "qoçular idarəçiliyi"nə də toxunulub ki, bu da təsadüfi deyil. Adil Əliyev idarəçiliyindən narazı olan Veysəl Əylisli də, Ceyhun Ağayev də, İlqar Şahmurov da paylaşılan videoçıxışlarında "qoçular"la təhdid edildiklərini deyirlər.

"Qoçu" mövzusu da illərdir Adil Əliyevdən bəhs edən məlumatların demək olar ki, sujet xəttini təşkil edir.

P.S: Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində aparılan qanunsuz tikintilərlə bağlı göndərdiyimiz rəsmi sorğular nə Suraxanı rayonu icra hakimiyyəti, nə Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, nə də Şəhərsalma və Arxitektura komitəsi tərəfindən bugünə qədər də cavablandırılmayıb, hər hansı bir qanuni tədbir görülüb-görülmədiyinə dair redaksiyamıza heç bir məlumat verilməyib.

Mövzunu davam etdirəcəyik.
 

Bölmənin digər xəbərləri

02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"

Dünyapress TV

Xəbər lenti