Mətin Eynullayev sahibkarın BAŞINA OYUN AÇIR... - Prezidentə MÜRACİƏT OLUNDU
Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 3 övlad atası, təqaüdçü, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin qanunsuz hərəkətlərindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Cənab Prezident! Sizin daxili və xarici siyasətinizi hər zaman bəyənərək, daima dəstəkləməyə hazırıq. Siz hər zaman vətəndaşların üzləşdiyiyi məmur özbaşınalığı barədə signal verməyi tövsiyyə edirsiniz.Mən bir təqaüdçü, ali təhsilli ziyalı, Qusar şəhər sakini kimi üzləşdiyim məmur özbaşınalığından Sizə signal və məlumat verirəm :
— Mən, Qusar şəhər sakini, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu 2003-cü ildə, Qusar rayonun Samur qəsəbəsi ərazisindən 12 ( on iki ) milyon pul ödəməklə 02 hektar torpaq sahə almışam. Həmin torpaq sahə 2003-cü ildən etibarən Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında hal-hazıra qədər mülkiyyətimdə olmaqla istifadəmdədir.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev cənabları 2024-ci ildə, 22 il ərzidə dövlət aktı əsasında mülkiyyətimdə, istifadəmdə olan 02 hektar torpaq sahəni təkrarən, 2-ci dəfə pul ödəməklə, həmin torpaq sahəni satın almağımı məndən tələb edir.
Mən bir şeyi anlaya bilmirəm, hansı əsasla, hansı Qanuna, qanunvericilik tələblərinə əsasən və nəyə görə, eyni bir torpaq sahəni 2-ci dəfə pul ödəməklə Əmlak Məsələləri Dövlət Xidmətindən satın almalıyam ?
Azərbaycan Respublikasının belə bir Qanunu, qanunvericilik tələbləri mövcuddurmu ?
Mən bir vətəndaş, ali təhsilli ziyalı kimi hesab edirəm ki, eyni bir torpaq sahənin 2 dəfə pul ödənilməklə satın alınması barədə Azərbaycan Respublikasının belə bir Qanunu və qanunvericilik tələbləri mövcud deyildir.
Hörmətli cənab prezdent !
Üzləşdiyim məmur özbaşınalığının araşdırılması, hüquqi cəhətdən qiymətləndirilməsi, vətəndaşların Qanunla qorunan Konstitusiya hüquqlarını bilərəkdən, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə məhdudlaşdıran məmurlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi və problemimin həlli məqsədiə aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən dönə-dönə xahiş edirəm".
 
 

 


Bölmənin digər xəbərləri

02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT
30 Aprel 2025 Binəqədinin icra başçısı deməsin ki, `BUNU DA BİLMİRƏM...` - BU NƏDİ BELƏ?..
30 Aprel 2025 'Medihol' klinikasında başına oyun açdılar - Foto-fakt
30 Aprel 2025 Salyanda bir idarədə adı olub özü olmayanlar "işləyir"

Dünyapress TV

Xəbər lenti