“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… -
Son günlər Biləcəri qəsəbəsində yerləşən 301 saylı tam orta məktəbdə ağlasığmaz hadisələrin baş verməsi ilə bağlı “Yeni Çağ”ın redaksiyasına şikayət daxil olub.

Şikayət məktubu göndərən müəllimlərin sözlərinə görə, onlar məktəbin direktoru Sevda Sarıyeva tərəfindən təhqir olunur, incidilirlər. Hətta kollektivdən açıq formada rüşvətin tələb olunduğu və saatların satıldığı da iddia olunur.

“Bizdən dərs saatına görə yüksək məbləğdə pul – 500-600-700 manat tələb edir. Əlimizdə səs yazısı da var. Müəllimləri şagirdlərin və valideynlərin yanında “armudbaş”, “hinduşkabaş”, “qabiliyyətsiz”, “həşərat” kimi sözlərlə təhqir edir, kollektivi DTX ilə hədələyir”, – deyə müəllimlərdən biri əməkdaşımızla söhbətində vurğulayıb.

Kimya müəllimi Ruhəngiz Bədirovanın dedikləri isə lap maraq doğurur:

“Sevda Sarıyeva bu il məktəbdə 5 yaşlılar üçün qrup açmadı. Bu da növbəti tədris ilində bizim məktəbdə 1-ci sinfin olmayacağı deməkdir, yəni bazamız yoxdur. Bəhanə isə odur ki, məktəbin ibtidai sinif korpusu qəzalı vəziyyətdir. Halbuki, bu “qəzalı vəziyyəti” Sevda Sarıyevadan başqa heç kim görmür. Hətta FHN-nin belə bundan xəbəri yoxdur. Bizdə olan məlumata görə, məktəbin ərazisi kimlərinsə marağındadır və burada bina inşa ediləcək və bundan da direktor özü də maraqlıdır. Biz Sevda Sarıyevanın özbaşınalığı və “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə etdiyi idarəçilikdən boğaza yığılmışıq”.

Digər müəllim R. Gülnarənin sözlərinə görə, onların şikayət etmədiyi qurum yoxdur:

“Amma Sevda Sarıyeva haqqında heç bir ölçü götürülmür, eləcə “ xəbərdarlıq edildi” deyə cavab alırıq. Bizim ingilis dili müəllimimiz Mətanət Qafurzadə baş verənlərə dözməyib insult keçirtdi. Sevda Sarıyeva isə gülərək bizə deyir ki, “mənə bata bilməyəcəksiniz, mənim güclü dayağım var”.

Məktəbin digər müəllimləri A. Gülüyeva, N. Aslanova, Z. Əhmədova, S. Kərimova, F. Dəmirova ,S. Cəlilova ,G. Rəsulova və digərləri də həmkarlarının fikirlərini təsdiqləyərək, aidiyyəti qurumlardan 301 saylı məktəbdə baş verən özbaşınalıq və xaos şəraitinə qarşı bir ölçü götürülməsini xahiş edirlər. Müəllimlərin ən böyük narahatlığı isə odur ki, hər il onlarla şagirdi ən yüksək balla ali məktəbə qəbul olan bu məktəbin taleyini Sevda Sarıyevanın ədalətinə etibar etmək olmaz.
 

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti