Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb -
10 AZN-lik Şirkətlər Milyonluq Tenderləri Necə Qazanır?

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin keçirdiyi tenderlər suallar doğurur

32gun.az xəbər verir ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi bu ay ərzində iki iri məbləğli tender keçirib. Maraqlıdır ki, hər iki tenderin qalibi olan şirkətlərin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir.

İlk tenderin qalibi "DİRECT LİNE TRADİNG" MMC olub. Şirkətlə 1.109.884,4 AZN məbləğində müqavilə bağlanıb. Müqaviləyə əsasən, şirkət qurumu aşağıdakı materiallarla təmin etməlidir:

Mişar daşı (400x200x200mm) – 10.000 ədəd
Mişar daşı qırıntısı (40x70mm, karbonat) – 15.000 m³
Qum-qırmadaş qarışığı (optimal tərkibli) – 20.000 m³
Qum-çınqıl qarışığı – 5.000 m³
Çınqıl (15x25mm) – 7.000 m³
İnşaat qumu (suvaq üçün) – 2.000 m³
Məlumat üçün bildirək ki, "DİRECT LİNE TRADİNG" MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Sənan Məmmədov Vaqif oğludur.

Digər tender isə kartriclərin satın alınması ilə bağlı olub və qalib "CASPİAN SUPPLİES AZE" MMC seçilib. Şirkətlə 560.002,98 AZN məbləğində müqavilə bağlanması gözlənilir. Bu şirkətin də nizamnamə kapitalı cəmi 10 AZN-dir və qanuni təmsilçisi Tariyel Vahabov Tofiq oğludur.

İctimaiyyət arasında belə suallar yaranır: İri məbləğli tenderlərdə maliyyə dayanıqlılığı və texniki imkanları şübhə doğuran şirkətlər necə qalib seçilib? Onların bu həcmdə öhdəlikləri yerinə yetirmək üçün real resursları varmı?

Bu cür müqavilələrdə əsas risklərdən biri, şirkətlərin maliyyə dayanıqlılığının şübhə doğurmasıdır. Cəmi 10 AZN nizamnamə kapitalına sahib olan bu şirkətlərin böyük tenderləri icra etmək üçün kifayət qədər maddi və texniki imkanlara malik olmamaları mümkündür. İcra gücü olmayan şirkətlərin müqavilələri yerinə yetirə bilməməsi hallarında, bu, tenderin ləğv edilməsi və əlavə maliyyə itkisi ilə nəticələnə bilər. Həmçinin, müqavilə şərtlərinin yerinə yetirilməməsi, şirkətlərin öhdəliklərini yerinə yetirə bilməməsi və dövlət resurslarının itirilməsi kimi ciddi risklər yaranır.

Xatırladaq ki, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədrlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub
 

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti