İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Paytaxtın Nizami rayonunda qanunsuz tikintilər tez-tez medianın gündəminə gəlir. Rayon sakinləri qanunsuz tikintilərin artıq səkiləri belə zəbet etməsinə etiraz etməyə başlayıblar. Onlar iddia edir ki, rayonda qanunsuz tikintilər keçmiş icra başçısı Arif Qasımovun dövründə genişlənib: “Lakin xələfi Coşqun Cəbrayılovun dövründə bu qanunsuzluqla pik hədd çatıb. Artıq Qara Qarayevdən ta Xalqalar Dostluğuna qədər uzanan massiv boyu o gözəl şam ağacları yoxa çıxıb, yerində elə sabiq və indiki icra başçılarına, deputatlardan birinə və başqa vəzifə sahiblərinə məxsus yüzlərlə tiklilər peyda olub. Dəhşətli hallardan biri də budur ki, artıq tiklilərin çoxu hətta magistral yola bitişikdir, səkilər yoxa çıxıb. Nəticədə piyadaların hərəkəti də məhdudlaşdırılıb”.

Mia.az-a fotolar da göndərən sakinlər deyir ki, bu məsələdə icra başçısının əsas “adamı” Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov və daha bir neçə nəfərdir: “Bu adamlar Kamil Balakişiyev küçəsini artıq elə günə qoyublar ki, dünyada belə analoqlu qanunsuzluq ola bilməz. Çox istərdik ki, elə bu və digər küçələrdəki bir gecədə tikilən bütün tikintilərin sənədləri və normativlərə uyğunluğu yoxlanılsın.

Onda görəcəksiniz ki, bu qanunsuz tikililər yaşayış binalarına çox yaxın məsafədə, sakinlərin istirahət zonasında, gediş-gəliş yollarında, hətta olan-qalan bir neçə ağacın məhvinə hesablanmış formada tikilib. Maraqlıdır, bu boyda həngaməni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi də görmür? Yoxsa onlara da “haqqı”nı verib “ədaləti” satın alırlar? Yaxud Nizami rayonu Elşən Süleymanov küçəsinə baxın. Sizə göndərdiyimiz fotoda hazırda tikilməkdə olan dəmir konstruksiyalı obyektin maketinə baxın. Bunların sənədləri doğrudan varmı? Bu tikinti normativə və ərazinin planlanmasına uyğundur? Bunları Bakının icra başçısı Eldar Əzizov da görmür? Bəlkə onun rayon üzrə kuratoru da belə qanunsuzluqla şərikdir? Şərik olmasa, yəqin ki, Eldar Əzizova məruzə edərdi, deyilmi? Yaxşı olar ki, tək Eldar Əzizov deyil, DTX da Coşqun Cəbrayılov və onun yaxın ətrafının tikinti biznesini diqqətdə saxlasınlar…”

Sakinlər bir neçə gün əvvə dövlət başçısının Balı və ətraf ərazilərin inşikafı ilə baş planın qəbulu ərəfəsində Nizami İcra Hakimiyyətinin bu özbaşınalıqlarını anlaya bilmədikərini deyir: “Bu, cənəb Prezidentə meydan oxumaqdırmı?”.

Mövzu ilə bağlı cumhuriyyet.az olaraq bildirək ki, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Firdovsi Cəbrayılov korrupsiya və rüşvətə görə bir neçə dəfə məhşər ayağına çəkilib. Lakin hansısa sehirli vasitələrlə “içəriyə” düşməkdən yayınmağı bacarıb. Burada bir vacib məqama da diqqət yetirilməlidir. Firdovsi Cəbrayılov 2014-cü ildə Səbail bələdiyyəsinə üzv seçilib, 2015-ci ilə qədər isə bələdiyyənin sədri olub. Cəbrayılov bu vəzifəsindən öz ərizəsi ilə istefa verib.Səbəb isə belə olub. Həmin dövrdə Səbail rayonu İcra Hakimiyyətinin başçısı olmuş Eldar Əzizov bələdiyyə sədrinin qanunsuz əməllərindən xəbər tutaraq, onun bu kimi fəaliyyətini məhdudlaşdırmağa başlayıb, yəni qısaca olaraq deyə ki, icra başçısı Cəbrayılovun “bazarını” bağlayıb.

Artıq əvvəlki kimi qanunsuz torpaq sata və digər bu kimi qanunazidd davranışlarını davam etdirə bilməyən bələdiyyə sədri istefa ərizəsi yazmaq məcburiyyətində qalıb. Digəl, adam hazırkı vəzifəsində də köhnə vərdişlərini davam etdirir, üstəlik həyasız bir şəkildə Eldar Əzizovun adından yararlanmağa çalışır. Yəni Cəbrayılov Nizami rayonu İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun Eldar Əzizovla yaxınlığından da saxtakarlıqla öz mənfəəti naminə yararlanır.

Halbuki, bunu çoxları bilir , Firdovsi Cəbrayılov yaxasını Eldar Əzizovdan güc-bəla ilə qurtarıb…
 

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti