İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi 2025-ci ilin fevral ayının 18 günündə dəyəri milyon manatdan çox olan 4 satınalma müqaviləsi bağlayıb. İlk baxışdan adı satınalma müqaviləsinə oxşayır. Amma bir az diqqətlə araşdırdıqda nə qədər qanun pozuntusuna yol verildiyi dərhal görsənir.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” polad fitinqlərin satın alınması üzrə “BORUAVADANLIG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.284.102,9 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 06.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.900.496,79 manat müəyyən edilib.

Generatorların əsaslı təmir və servis olunmasının satın alınması üzrə “SENTRA” MMC ilə 1.011.815,78 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 10.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 2.085.313,70 manat müəyyən edilib.

Tikinti sahəsi və yol döşəməsi üçün lazım olan mal-materialların satın alınması üzrə “DİRECT LİNE TRADİNG” MMC ilə 1.109.884,4 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 13.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.941.261,27 manat müəyyən edilib.

Nəqliyyat vasitələri üçün avtoşinlərin satın alınması üzrə “TS MOTORS” MMC ilə 655.665,35 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat dövlət satınalmalarının vahid internet portalında 17.02.2025-cü il tarixdə dərc edilib. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş malların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.230.957,18 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında 40-50 faiz fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “BORUAVADANLIG”, “SENTRA” “DİRECT LİNE TRADİNG” “TS MOTORS” MMC-lərlə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Şirkətlərə gəlincə. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 50 faiz aşağı qiymətlə qalib olmuş “TS MOTORS” MMC Almaniya və Amerikadan müxtəlif avtomobil idxalatçısı olaraq ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır. Elektron medianın 3-02-2025-ci ildə yaydığı məlumata görə “TS Motors” şirkəti İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Avtomobil şirkəti ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. , “TS Motors” MMC-nin region üzrə rəhbəri Fərid Seyidov Asif oğludur.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 40 faiz aşağı qiymətlə qalib olmuş “DİRECT LİNE TRADİNG” MMC daha əvvəl “Azərsu”ASC ilə də işbirliyində olub. Şirkətin adı şübhəli satınalmalarda hallanır.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 30 faiz aşağı qiymətlə qalib olmuş “BORUAVADANLIG” MMC daha əvvəl “Azərsu”ASC ilə də işbirliyində olub. “Azərsu”ASC çirkətlə 2021-2023-cü illərdə ümumi dəyəri 4 milyon manatdan çox olan iki müqavilə bağlayıb. Mediada yer alan məlumatlara görə 2022-ci ildə MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib. Protokollara Suraxanı Rayon Məhkəməsində baxılıb.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin müəyyən etdiyi ehtimal qiymətindən 50 faiz aşağı qiymətlə qalib olmuş “SENTRA” MMC-nin rəsmi saytındakı məlumatlara görə 2011-ci ildə qurulan Sentra QSC Avtomatika İnformasiya Texnologiyaları və Neft Qaz qurğularının istehsalı sahəsində ölkəmizdə qabaqcıl şirkətlərdən biridir. Elektron mediada yayılan məlumatlara görə MMC vaxtılə Dövlət Neft Şirkətinin vitse-prezidenti və əsas fiqurlarından biri olmuş Mikayıl İsmayılova məxsusdur.

Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin satınalma müqaviləsi bağladığı şirkətlərin hər biri ayrı-ayrılıqda müxtəlif maliyyə pozuntularına yol vermişlər. Üstəlik qazandıqları tenderləri də ehtimal olunan qiymətlərdən dəfələrlə aşağı qiymətə udurlar.

Qeyd edək ki, bu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin keçirdiyi satınalmalarda yol verdiyi ilk hal deyil. Daha əvvəlllər də bu mövzuya toxunmuşduq və bir daha xatırlatmaq istərdik ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən energetika sahəsi üçün lazım olan mal-materialların və avadanlıqların satın alınması üzrə 01.10.2024-cü ildə başlanılmış açıq tenderə yekun vurulub və “DELUXE ELECTRİC AZERBAİJAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.493.349,64 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat dövlət satınalmalarının vahid internet portalında 01.11.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş mal-materialların və avadanlıqların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 2.444.151,46 manat müəyyən edilib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən tikinti mal-materiallarının satın alınması üzrə 13.09.2024-cü ildə başlanılmış açıq tenderə yekun vurulub və “GRAVİTY LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 639.999,31 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 15.11.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən nəzərdə tutulmuş mal-materialların və avadanlıqların satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.181.789,63 manat müəyyən edilib.

Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin bağladığı satınalma müqavilələrinin əksəriyyətində ciddi qanun pozuntularına yol verilir. Təbii ki, malların və xidmətlərin satın alınması zamanı dövlət vəsaitlərinə qənaət etmək əsas şərtlərdən biridir. Lakin qanunda göstərildiyi kimi bu 20-25 faizdən aşağı olduqda alınan malların keyfiyyətində ciddi şübhələr yaradır. Burada suallar yaranır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” dövlət vəsaitinə qənaət edir, yoxsa keyfiyyətsiz mal alıb, keyfiyyətsiz işlər görür?

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti