"Evlərin kvadratları təxminən 20-25 kvadratmetr az yazılıb..." - ÖZBAŞINALIQ!
Müğənni Nura Suri yaşadığı binanın Mənzil-Tikinti Kooperativindən (“Yapı İnşaat” MTK) narazıdır.

"DİA-AZ" xəbər verir ki, bu barədə danışan Nura Suri açıqlamasında deyir ki, MTK kommunal xərcləri ödəməyən bir neçə qonşuya görə digər bina sakinlərini də kommunal xidmətlərdən məhrum edir.

“Kommunal xidmətləri ödəməyənlərə görə biz, ödəyən sakinlər əziyyət çəkirik. Tez-tez suyu kəsirlər. Artıq bir həftədir ki, lift bağlıdır. Komendant da deyir ki, liftin platası yanıb, təmir üçün 900 manat lazımdır”, – Nura Suri deyir.

Onun sözlərinə görə, kommunal xərclər, liftdən istifadə və bu kimi məsələlərə daha sonra biri də əlavə olunub:

“Bir gün xəbər tutduq ki, binamızın qarajını satıblar. Halbuki qaraja görə hər ay pul ödəyirdik. MTK uşaq meydançası üçün nəzərdə tutulan ərazini ödənişli dayanacaq etdi. Artıq 16 ildir ki, bu binada yaşayıram. İllərdir bu kimi problemlərlə üzləşirik”.

Binanın problemlərdindən danışan Nura Suri dərdlərini kimə danışacaqlarını bilmədiyini deyir:

“Sadaladığım problemlərlə əlaqədar MTK-ya zəng edirəm, məni komendanta yönəldirlər. Firdovsi adlı komendant da deyir ki, sənədlə binanı təhvil almamışam. Bizi axmaq yerinə qoyurlar. Davamlı olaraq pul alırlar. Lakin binanın istismarı, həyətin abadlaşdırılması və s. kimi işləri görmürlər. Kommunal ödənişlərdən əlavə bizdən müxtəlif bəhanələrlə pul yığırlar. Kommunalı ödəməyən qonşulara görə gah suyu kəsirlər, ya da lifti bağlayırlar. Başımıza oyun açırlar. MTK iş adamı Şahmar Vəliyevindir. Heç kim ona nəsə deyə bilmir. Hamı qorxur ki, başına bir iş gələr, ya da nəsə olar”.

Müğənni daha bir məsələyə toxunub, bildirib ki, mənzili MTK-dan müqavilə əsasında alıb. Sonradan əmlak çıxarışı alarkən görüb ki, sənəddə mənzilin kvadratı az göstərilib:

“Bütün çıxarışlarda evlərin kvadratları təxminən 20-25 kvadratmetr az yazılıb. Əlimdə bunu sübut edəcək sənəd- müqavilə də var. Belə çıxır ki, mən evimi satanda, 20-25 kvadratmetrə görə pul itirəcəyəm. Hüquqşünaslarla danışdım, dedilər ki, bu hal məhkəmə predmetidir”.

Nura Suri deyir ki, bina sakinləri mövcud problemlərlə əlaqədar məhkəməyə müraciət edəcəklər:

“Bəzi qonşularla danışıb, məhkəməyə müraciət etməyi təklif etdim. Onlar da razıdırlar. Sadəcə, bizə yaxşı hüquqşünas lazımdır. Elə bir hüquqşünas olsun ki, sabah kimsə ona zəng edib, qorxudanda geri çəkilməsin, işi yaxşı aparsın, ört-basdır etməsin”.

“Yapı İnşaat” MTK-dan isə KİV-ə bildirilib ki, binanın mülkiyyətçiliyi artıq onlarda deyil.

“Bina sakinləri özlərinin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıblar. Mənzillərin çıxarışlarında sahənin az göstərilməsinə gəlincə, bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etsinlər”, – MTK-dan bildirilib.

Binanın komendantı ilə əlaqə saxlamaq mümkün olmayıb.
 

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti