Zakir Fərəcovun bacısı oğlu və qohumu Sumqayıtda “fironluq” edir – Şikayət
Qarabağ muharibəsi veteranı, polkovnik-leytenant Mustafayev Zeydulla Müqabil oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Ölkə rəhbərliyinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Qarabağ uğrunda Ağdarə, Laçın və Fizuli istiqamətində gedən döyuşlərdə iştirak etmişəm. İki dəfə kontuziya almışam, bir dəfə yaralanmışam.

İndi isə yoldaşımın başına gələnlər haqqında yazmaq istəyirəm. Belə ki, yoldaşım Mustafayeva Sevinc Hacıbəy qızı Sumqayıt “Nəqliyyat MMC-1”-də işləyirdi. 9 iyun 2023-cü ildə “öz arzusu ilə” işdən çıxması üçün ərizə yazmaq haqda göstəriş verdilər. O, da ərzəni yazdı. Mən həmin vaxt gəlib Kadrlar Şöbəsində ərizəni oxudum, düzgün yazıb-yazmadığını öyrəndim.

İş tapmaq üçün yoldaşıma 1 (bir) ay vaxt verdilər. 12 iyun 2023-cü ildə yoldaşım iş tapdıqdan sonra maaşını almaq üçün mühasib işləyən Vüsalə Hüseynovaya (kassaya çavabdeh) müraciət etmişdir və ona maaş verilməyəcəyini bildirmişdir.

Vüsalə Hüseynova icra başçısı Zakir Fərəcovun qohumudur və onun göstərişi ilə yoldaşımı işdə azad ediblər. Yoldaşım həm fiziki, həm də söz təhqirinə məzur qaldığı üçün DİN-in 102 qaynar xəttinə zəng etmişdir. Polis gəldikdən sonra Vusaləni sakit edə bilmişdilər.

Onu da qeyd edim ki, bütün otaqlarda video-çəkiliş var. Polis əməkdaşı video-görüntünü istəyəndə, müəssisənin rəisi Elgiz Fərəcov kameranın işləmədiyini bildirmişdir. Yəni videodan aydın olur ki, kim kimə təcavuz etmişdir.

İş instintaqa göndərilir. İntintaqda Şamil Məmmədov yoldaşımın azərbaycanca yaxşı danışmadığından istifadə edərək, ona verilən göstərişlər əsasında cinayət işi qaldırmışdır. Müstəntiq həyat yoldaşıma psixoloji təzyiq göstərmişdir.

İş Azərbaycan Prosessual və Konstitusiya Məcəlləsi pozulmaqla, birtərəfli qaydada aparılıb. Həyat yoldaşımın polisə müraciət etməsi, ertəsi gün Məhkəmə Tibbi Ekspertizadan keçməsi və hamının buna göz yumması bir yana, müəssisənin rəhbəri Elgiz Fərəcov videonu gizlədərək, instintaqa öz işçilərindən 3 nəfər yalançı üzəduran gətirmişdir.

Müstəntiq birbaşa sübutu olmadan və həyat yoldaşıma şiddətli təzyiqlərdən sonra, prokurorun göstərişi ilə iş məhkəməyə göndərildi. Məhkəmədə yenə də eyni hərəkətlər təkrar olundu. Bizim vəkilin və yoldaşımın göstərdiyi dəlillər, şahidlərin yalan danışmasını təsdiq edən sənədlərə baxmayaraq, hakim Zaur Hacıyev xuliqanlıq maddəsini təsdiq etdi.

Siz fikirləşin, Kadrlar Şöbəsində Dildar xanımın mənə göstərdiyi ərizə yoxa çıxdı. Məhkəmədə Dildar xanımın yalanları üzə çıxdı. Onun yoldaşı şahid olmuşdur, ona hörmətim var idi. Lakin o, şahid yoldaşı kimi hərəkət etmədi.

Hakim heç bir dəlilə fikir vermədən, notarius kimi 221-ci maddəni təsdiq etdi. Bundan sonra yoldaşım Məhkəmə Hüquq Şurasına, Baş Prokurorluğa, DİN-ə müraciət etdi ki, işınə düzgün baxılsın. Hamısı standart cavablar göstərdilər.

Apellyasiya Məhkəməsində hakim Elman Əhmədov da heç bir dəlili araşdırmadan, 1 saat içində eyni vəzifəni yerinə yetirdi. Mən bilmirəm, icra başçısı Zakir Fərəcovun bu işlərdən xəbər var, yoxsa yox. Amma bacısı oğlu Elgiz Fərəcov və Vüsalə Huseynova onun adına istifadə edərək, Sumqayıtda fironluq edirlər.

Onu da qeyd etmək istəyirəm ki, yeni işə qabul olunmuş qadına qarşı da Vüsalə Huseynova eyni hərəkəti etmiş, məcbur olub onu işdən azad etmişlər.

Mən də məcbur olub Prezidentə müraciət etmişəm. Məmur özbaşınalığının, məhkəmələrin göstərişlə işləməsinin insanlar arasında hakimiyyətə qarşi nifrət yaratdığını başa düşmürlər. Mən isə həmişə dövlətimizin tərəfində olmuşam”./hurriyyet.az

Bölmənin digər xəbərləri

02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ
01 May 2025 Məktəbə yoxlama gəldi: şagird direktoru İFŞA ETDİ... - BUNA GÖRƏ DƏ...
01 May 2025 Samux Mərkəzi Xəstəxanasında tender oyunu
01 May 2025 Bərdədə genefondumuza divan tutulur
01 May 2025 Buralarda təhsil yoxdur... amma YEYİNTİ VAR! - İLGİNC İDDİA
01 May 2025 İZMİR` klinikasında pasiyenti bu hala saldılar - FOTOFAKT
01 May 2025  Dövlət qurumları başıbəlalı şirkətlə anlaşıb - TƏFƏRRÜAT
01 May 2025 “Ailə Park” MTK Nərimanov rayonunda "Yasıl Terror" törədir -ANBAAN VİDEO
30 Aprel 2025 Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
30 Aprel 2025 İcra məmurunun oğluna verilən milyonluq tenderlər -TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti