Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialından 2023-2024-cü illərdə məzun olmuş tələbələr hələ də diplomlarını ala bilmirlər.
Mətbuatda ADİU-nun Dərbənd filialının məzunlarına diplomların verilməməsi və bu problemin Elm və Təhsil naziri Emin Əmrullayev ilə UNEC rektoru Ədalət Muradov arasında cərəyan edən sərin münasibətlərdən qaynaqlandığı da vurğulanıb.Uzun müddətdir ki,universitet rəhbərliyi yaranmış problemin kökündə təhsil nazirliyini göstərib tələbələri nazirliyə,nazirlik isə əksinə, Azərbaycan Dövlət İqtisad Universitetinə yönləndirməsi informasiya resurslarında müzakirə olunan mövzulardandır. Ötən həftə isə yaranmış ziddiyyətli vəziyyətə münasibət bildirən UNEC rəsmisi Elm və Təhsil nazirliyinə məktub ünvanlandığını, nazirlikdən diplom blankları alacaqları təqdirdə məzunların diplomlarını verəcəklərini bildirdi.

Faktinfo.az saytı olaraq, bir müddət əvvəl yaranmış vəziyyətlə bağlı xəbər vermişdik. Qeyd etmişdik ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Dərbənd filialının məzunlarına diplomların verilməsi ilə bağlı qanuni tərəfdən problemi olmamalıdır. Eləcə də, məsələnin mahiyyətini bilmədən,Dərbənd filialının bir qrup tələbəsinə diplomların verilməməsinə görə, Elm və Təhsil naziri Emin Əmrullayevi qınamağın yersiz olduğunu yazmışdıq. O cümlədən, Elm və Təhsil naziri ADİU-nun Dərbənd filialı ilə bağlı məsələnin qanuni tərəfindən yayına, diplomları verməyə bilməz, fikirini irəli sürmüşdük.Hətta vurğulamışdıq ki,görünür diplomu verilməyən tələbələrlə bağlı müəyyən problemlər mövcuddur.Məsələn,ola bilər ki, diplomlarını ala bilməyən tələbələr ADİU-nun Dərbənd filialına bir neçə il bundan qabaq hansısa şərtlər daxilində qəbul olunublar.O da ola bilər ki, diplomu verilməyən məzunlar filiala ümumi plan yerindən artıq (kənar)qəbul olunan tələbələr ola bilər,fikirini irəli sürmüşdük.Bu hallarda naziri və ya nazirliyi məzunlara diplom verilməməsinə görə qınamaq yersizdir,qənaətini sərgiləmişdik.

Göründüyü kimi, Elm və Təhsil naziri Emin Əmrullayev 06.02.2025-cil tarixində keçirdiyi brifinqində çıxışı zamanı Dərbənd filialının məzunlarına diplomların verilməməsi səbəbinə səmimi şəkildə aydınlıq gətirdi.Nazirin jurnalistin sualına cavabından belə aydın oldu ki,50 bal toplayanla,550 bal toplayıb universitetə qəbul olan tələbəyə fərq qoyulmalıdır,fərq qoymadan hər ikisinə diplom verəcəyiksə, burada ədalət meyyarı pozulmuş olacaq.Hərə əlinə bir kağız alıb üstümüzə gələcəksə,biz onlara heç də diplom vermək məcburiyyətində deyilik,vəs.

ADİU-nun Dərbənd filialının tələbələrinə nazirlik olaraq,diplom verə bilmirlər,ona görə ki, bunun hüquqi əsası yoxdur.Heç o tələbələr Dərbənd filialında normal dərsdə olmayıblar,ora qanuni tərəfdən qəbul olunmalarına dair nazirlik olaraq, əllərində bir əsas yoxdur.Məzunlar məhkəməyə müraciət etsinlər,əgər məhkəmə bu barədə onların xeyrinə qərar qəbul edərsə, heç olmasa bunu əsas götürüb,2023-2024-cü il,ADİU-nun Dərbənd filialından "məzun olmuş" tələbələrə diplom verilməsinə zəmin yaranmış olsun.Yəni, Elm və Təhsil naziri Emin Əmrullayev ona ünvanlanan suala cavabı zamanı açıq formada deməsə də,sətiraltı vurğuladı ki,hazırda diplomu verilməyən məzunların ADİU-nun Dərbənd filialına qəbul siyahısı nazirliyin elektron baza sistemində yoxdur. Onlar başqa yollarla ADİU-nun Dərbənd filialına qəbul ediliblər,bundan bəlkə də heç tələbələrin xəbəri olmayıb. Mən belə saxtakarlığa göz yumub onlara diplom verə bilmərəm, vicdanımda qəbul eləmir,kim verə bilir buyurub versin. Vəssalam, şüttamam!

Qısası belə anlaşılır,2023-2024-cü il,ADİU-nun Dərbənd filialından məzun olmuş tələbələrə diplom verilməməsi problem olaraq get-gedə UNEC rektoru Ədalət Muradov üçün başağrısına çevrilir.Yaranmış vəziyyətə ötən ay Hesablama Palatasının 2022-2024-cü il üçün iş planına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetində dövlət maliyyə nəzarəti tədbiri həyata keçirdiyi zamanı aşkarlanan nöqsanları və bunların aradan qaldırılması məqsədilə dövlət büdcəsindən artıq ödənilmiş milyonlarla manat vəsaitin geri qaytarılmasını,təmir işlərində artıq icra edilmiş məbləğlərin geri ödənişinin təmin edilməsini tələb kimi qarşıya qoyması Ədalət Muradovun vəziyyətini bir az da ağırlaşdırır.

Düzdür, o rektor təyin edildiyi son 10 il ərzində Azərbaycan Dövlət İqtisad Universitetində yaranmış bütün xoşagəlməz halların ört-basdır edilməsində çətinliyi olmayıb.Amma belə görünür,hazırkı xına o xınadan deyil, qiymətləndirmə də artıq onun əleyhinə işləyir.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu
03 May 2025 Bakıda vəzifəli şəxsin nəvəsi ondan ayrılan qıza BIÇAQLA HÜCUM ETDİ - VİDEO
03 May 2025 “Laser Beauty Klinikası“ müğənni Xatunu şikəst etdi: “Ölə bilərdim“
03 May 2025 Tapançalı direktorun məktəbində bıçaqlı manyak 249 nömrəli məktəbdə nə baş verir? AUDİO
03 May 2025 Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA
03 May 2025  Təhsli Nazirliyinin əsas büdcə "şəriki"- Bir ildə 6 milyonluq anlaşma
02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ

Dünyapress TV

Xəbər lenti