Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi ötən ilin son günlərində daha bir tenderi yekunlaşdırıb. 20.12.2024-cü il tarixdə Nümayəndəlik "Vedibasar İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Yardımlı şəhərində bir sıra yaşayış binalarında aparılacaq əsaslı təmir qarışılığında "Vedibasar İnşaat" MMC-nə 51.743 manat ödəməli olacaq.

İlk baxışdan heç bir qeyri-adilik müşahidə edilməsə də, Yenixeber.org-a daxil olmuş məlumatlar müəyyən araşdırmaları zərurətə çevirir...

Əvvəla, Yardımlının rayon mərkəzini (İndiki halda Yardımlı şəhəri. Red.) görənlər həm də, onu bilirlər ki, burada yaşayış binalarından danışmaq yumşaq desək çətin məsələdir. Müxtəlif səbəblərdən rayon mərkəzində kütləvi yaşayış müşahidə edilmir ki, yaşayış binalarıda sıralansın. Və bu binaların təmirinə də, vaxtaşırı dövlətin pulu xərclənsin...

Bu əməkdaşlıqda diqqət çəkən digər faktor Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin heç də az olmayan dövlət vəsaitini etbar etdiyi "Vedibasar İnşaat" MMC ilə bağlıdır. Heç də az olmayan dövlətin pulunun etibar edildiyi bu şirkətin nəinki Veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən hansısa əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür(?)

İnternet üzərindən apardığımız araşdırmalarla yalnız önu öyrənə bildik ki, “Vedibasar İnşaat” MMC-nin hüquqi ünvanı Samux rayonu, Seyidlər, qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur. Şirkət 15.11.2022 tarixində dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 50 manatdır.

Ünvanı Samux rayonunda olan və məlum potensiallara malik olması şübhə doğuran bir şirkətin Yardımlı rayonunda yaşayış binalarını əsaslı edəcəyinə kimsə inanırsa, əmindirsə özü bilər...

Məlum olduğu kimi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qaununda (maddə:23) təchizatçı tərəfin üzərinə müvafiq sahədə peşəkarlıq və təcrübə, maliyyə imkanları və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi öhdəliklər qoyulur.

Belə olan halda yumşaq desək “Vedibasar İnşaat” MMC-nin fəaliyyəti ciddi şübhələrə yol açır, suallar doğurur... Necə olur ki, “izi-tozu bilinməyən” bir şirkətə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi İlham Rzayev dövlətin pulunu etibar edir? Əlaqə telefonu belə olmayan şirkətin, yuxarıda sadaladığımız imkanlara malik olması nə dərəcədə mümkündür? İlham Rzayevin bu şirkəti “gündüz çıraqla tapması” hansı səbəb və maraqlardan qaynaqlanır? Və s.

Bəzən elə belə olur, dövlətin pulu şəxsi maraqların predmetinə çevriləndə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlər “yada düşür”...

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?)

***

Biz Yenixeber.org olaraq hər iki tərəfdən – həm Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlikdən, həm də “Vedibasar İnşaat” MMC-dən müəyyən suallarımıza cavab almaq istədik.

“Vedibasar İnşaat” MMC ilə bağlı durum məlumdur: qeyd etdiyimiz kimi, bu şirkətin hansısa bir əlaqə vasitəsinə rast gəlmək mümkünsüzdür.

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının Yardımlı Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi cənab İlham Rzayevəisə7 sualdan ibarət online sorğu ünvanladıq... Ötən ayın 20-sində göndərdiyimiz online sorğumuza hələ ki, cavab ala bilməmişik(?) Baxmayaraq ki, İlham müəllim bizimlə telefon danışığında sorğumuza tezliklə cavab verəcəklərini bildirdi.

Cənab İlham Rzayevə xatırlatmaqda fayda var ki,hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi də, hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin...

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

/Yenixeber.org
 

Bölmənin digər xəbərləri

03 May 2025 Əmrah Mehdiyev pis günə qoyduğu pasientini məhkəmə ilə hədələyir... - TƏFƏRRÜAT
03 May 2025 Nərimanov rayon icra hakimiyyətinin vəzifəli şəxsi obyekt inşa etdirib? FAKT
03 May 2025 Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevi saymır - Binəqədidə qanunsuz obyekt yenidən tikilir? - FOTOLAR
03 May 2025 İcra hakimiyyətinin Nurlan adlı işçisinin şok videosu
03 May 2025 Bakıda vəzifəli şəxsin nəvəsi ondan ayrılan qıza BIÇAQLA HÜCUM ETDİ - VİDEO
03 May 2025 “Laser Beauty Klinikası“ müğənni Xatunu şikəst etdi: “Ölə bilərdim“
03 May 2025 Tapançalı direktorun məktəbində bıçaqlı manyak 249 nömrəli məktəbdə nə baş verir? AUDİO
03 May 2025 Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir - İDDİA
03 May 2025  Təhsli Nazirliyinin əsas büdcə "şəriki"- Bir ildə 6 milyonluq anlaşma
02 May 2025 Əmrullayevin 240 saylı PROBLEMİ - NAZIRIN NƏZƏRİNƏ...
02 May 2025 Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir
02 May 2025 BAŞSIZ YEVLAX: Vətəndaş Allahın ümidinə qalıb... - YAZIQDIR CAMAAT..
02 May 2025 Bombeyi xatırladan Nərimanov rayonu - Səkilər zəbt edilib (VİDEO)
02 May 2025 FHN-dən iki qəribə tender: 550 minlik kompyüter və 2 milyonluq istinad divarı
02 May 2025 Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı... - FOTO
02 May 2025 “Bolt Azərbaycan”ın Şuşanı azad etməyimizdən xəbəri yoxdur - Şuşada küçə adlarını erməni adları ilə qeyd edir
01 May 2025 Daha bir həkim qalmaqalı: “14 min manat verdim, geyimsiz fotomu paylaşdı” - VİDEO
01 May 2025  İsmayıllıda BAĞIROVŞİNA: Camaat nə deyir?.. - İLGİNC...
01 May 2025 Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova - 151 saylı bağçada nə baş verir?
01 May 2025 ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA CÜTLÜYÜN ƏMƏLLƏRİ

Dünyapress TV

Xəbər lenti