PİYADA KEÇİDİNDƏ AZYAŞLI OĞLANI VURDU, “PUL VERİB HƏBSDƏN XİLAS OLDU”... - Övladı avtomobil qəzasında ölən Qusar sakini fəryad edir / FOTO
Qusar şəhəri, Yeni yaşayış massivi, Ziya Bünyadov küçüəsi, ev 25 A ünvanından yaşayan Xamədov Kamran Xalıq oğlu (Eləcə də qızı Xamədova Yeganə – red.) tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, rayon sakini İsrafilov Ruslan Natiq oğlu azyaşlı övladını maşınla vuraraq öldürüb, məhkəmə işə ədalətli baxmır. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Xamədov Kamran Xalıq oğlu, yazaraq sizdən xahiş edirik ki, bizim dərdimizi ictimailəşdirəsiniz.
Ailəli olmuşam, həmin nigahdan 1 qızım və 1 oğlum olub. Müəyyən səbəblərdən boşanmışıq. Məhkəmənin qərarı ilə qızım mənimlə, oğlum isə anası ilə qalırdı. Amma oğlumu hər zaman görürdüm.
18.06.2024-cü il tarixində oğlum bizimlə görüşə gələrkən yolda maşın vurması nəticəsində dünyasını dəyişdi. Hadisə gözümüzün qabağında oldu.
Maşını sürən yaxınlıqdakı kafenin sahibi İsrafilov Ruslan Natiq oğlu idi. O, qabağındakı maşını ötmək üçün yolu dəyişdi və oğlumu vəhşicəsinə öldürdü.
Hadisə günü polis çağırıb izahatı alındıqdan sonra atası tərəfindən zamin pulu verilib, azadlığa buraxılıb. Körpə uşaq ölüb, amma onların pulu var deyə polis və məhkəmə tərəfindən cəzalandırılmırlar.
Oğlum ölən gündən heç nə olmamış kimi, öz işlərində, güclərində oldular. Düzdür, dəfələrlə gəlib xeyli miqdarda pul təklif etsələr də, qəbul etməmişik. Mənim dünyam dağılıb, mən o pulu nə edirəm?!
Uşağımın qırxı belə çıxmamışdı, gördüm ki, oğlumu öldürən şəxs işlətdiyi kafenin qabağında özü üçün kef məclisi qurub. Bu, mənə ağır təsir etdi və özümü saxlaya bilməyib gedib dalaşdım. Bunun üstündə polis bizi get-gələ saldı ki, adamın kafesində gedib dava salmısan. Bəs, mənim canım yanır, oğlumu öldürən şəxs gərək gözümün qabağında özünə kef məclisi qura?! Onun kafedə kef çəkməsi bizə təsir edir...
Belə çıxır ki, piyada keçidi yalandan çəkilir. Yüksək surətlə uşaq vurulub öldürülür, lakin cinayəti törədən azadlıqdadır. Hətta özləri bir neçə nəfərə deyiblər ki, külli miqdarda pul verib canımızı qutardıq.
Kamera görüntüsündə də var, qabaqda olan maşın oğluma yol verir ki, keç, bu isə arxadan “avqon” edərək, uşağı vurub.
Cinayəti törədən şəxsin atası deyir ki, “get kimə, hara istəyirsən şikayət et, mənim oğlumu heç kəs cəzalandıra bilməz”.
Daha sonra işə oğlumun anası qarışır və gedir polisə bildirir ki, şikayətçi deyiləm. Yəqin ki, mənə təklif olunan məbləği uşağın anası götürüb. Mən və qızım pul istəmirik, yeganə istəyimiz odur ki, oğlumun qanı yerdə qalmasın, cinayəti törədən şəxs həbs olunsun, cəzasını çəksin.
4 aydan çox keçməsinə baxmayaraq, hələ məhkəmə prosesləri təxirə salınır. Niyə bu qədər insafsız davranırlar? Əlimdə hadisə ilə bağlı çoxlu videolar var. İşimə baxılmasa, məcbur qalıb Prezident Aparatına qəbula yazılacam. Yəqin ki, övladı ilə sınanmış biri çıxar qarşıma və məni başa düşər. Mən kimsədən artıq-əskik heç nə istəmirəm, oğlumu öldürən şəxsə cəza verilməsini istəyirəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-11_1731255085_2.jpg
 

Bölmənin digər xəbərləri

15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video

Dünyapress TV

Xəbər lenti