“Papanin” sakinləri həyəcan təbili çalır:
Adı mütəmadi olaraq, mediada müxtəlif qalmaqallarda hallanan “Pilot 16” MMC ilə bağlı şikayətlər davam edir. Şirkətin “Elevan Park” yaşayış kompleksini inşa etdiyi Novruzov qardaşları küçəsinin(“Papanin” deyilən ərazi) bir qrup sakini Editor.az-a müraciət edərək, həyatlarının və əmlaklarının təhlükədə olduğunu bildirirlər.

Onların sözlərinə görə, on illərdir yaşadıqları Nəsimi rayonu, Novruzov qardaşları küçəsində “Pilot 16” MMC inşaat işlərinə başladığı gündən ərazidə yaşayan sakinlər əsl cəhənnəmlə üz-üzədirlər: “”Pilot-16” şirkəti 4 ildir ki, nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti yüzlərlə insanın yaşadığı ərazidə gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda ağır tikinti və betonlama işlərini davam etdirir. Bu şirkətin əlindən insanların gecə evində yatması, istirahət etməsi mümkünsüz hala gəlib. İnsanların faktiki yaşadığı evlərin 5-10 metrliyində aparılan ağır qazıntı işləri mənzilləri ağır qəzalı vəziyyətə salıb”.

Sakinlərin sözlərinə görə, onlar illərdir ki, şirkətin ağır kranının altından hər gün ölüm qorxusu ilə keçməyə məcbur qalıb: “Düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların və avtomobillərin keçdiyi yola, insanların avtomobillərinə, evlərinin damlarına və həyətlərinə tökülür. Bütün bu faktlar FHN-nin müxtəlif struktur qurumlarının ərazidə apardığı araşdırmalar zamanı təsdiq edilmiş və bizə rəsmi məktublar göndərilmişdir”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_1730214016_2.jpg
Novruzov qardaşları küçəsinin sakinlərinin sözlərinə görə, əgər əvvəllər “Pilot 16” şirkəti evlərin 5-10 metrliyində ağır inşaat işləri aparırdısa, artıq bu işlər sakinlərin evlərinə bitişik mənzillərdə və həyətlərdə aparılır: “Şirkət insanların faktiki yaşadığı evlərin divarlarının bitişik olduğu mənzil və həyətləri sökməklə evləri məqsədli şəkildə qəzalı vəziyyətə salmağa çalışır. Evlərin zəmin qatından torpaq sürüşməsi baş verir. “Pilot-16” MMC və onun direktoru Aslan Quliyevin birbaşa göstərişi ilə hazırda bizə qarşı xüsusi plan hazırlanmaqdadır. Onun qanunsuz əməllərinə göz yummadığımız üçün Aslan Quliyev və himayədarları evimizin zorla əlimizdən alınması, bu mümkün olmadıqda bilərəkdən dağıdılması üçün fəaliyyətə keçib. Artıq üç gündür ki, evimizin arxa divarına bitişik həyətdə ağır söküntü işlərinə start verib. Söküntü hələ yüngül alətlər vasitəsi ilə getməsinə baxmayaraq, artıq evin divarları və tavanı silkələnməyə başlayıb. Yaranmış dəhşətli səs-küy 2 yaşlı körpə başda olmaqla, bütün ailəmizi qorxu altında saxlayır.

“Pilot-16” MMC və onun direktoru Aslan Quliyev yaxın günlərdə evimizə bitişik həyətə ağır texnika yeritməyə və söküntü işləri aparmağa hazırlaşır. Bu baş verərsə, evimizin divarı üstümüzə uçacaq. Ən yaxşı halda isə evimizi çirkli qrunt suları basacaq. Aslan Quliyev bu formada fəaliyyəti dəfələrlə müxtəlif qonşulara qarşı tətbiq edib. O, ağır texnikanı əraziyə yeritmək və guya təsadüfən toxunmaqla əslində qəsdən evimizi dağıtmağa çalışır. Bu baş verərsə uçan divarın altında qalan ailəmiz fiziki məhv olmaq təhlükəsi ilə üz-üzədir. Məqsəd nə olursa olsun, zorla bizi yeganə ata-baba yurdumuzdan çıxarmaqdır. Özləri hər gün fərqli bahalı maşınlarda əraziyə gəlir, bizə göz dağı verirlər. Bu qədər vəsaiti hansı yolla, hansı imkanlarla əldə ediblər, bizə bəlli deyil. Biz isə üfunət içində, ölmək təhlükəsi ilə yaşayırıq. Buna baxmayaraq, şirkət bizi ədalətsiz formada şəhərin mərkəzindəki evimizdən didərgin salmaq istəyir”.

Sakinlər qeyd ediblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı Baş prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət ediblər.

Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyevdir. Ancaq mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin faktiki sahibi keçmiş oliqarx deputat Əsabil Qasımov və onun ailə üzvləridir.
Editor.az
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti