BƏLƏDİYYƏ SƏDRİ DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR –
Qazax rayonu, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ağköynək və Qarapapaq kəndlərinin Bələdiyyə sədri Nəzakət Mansurova ondan torpaq üçün 3700 manat pul alıb, lakin satmayıb:

“Mən, Qazax rayonu, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlu yazaraq bildirirəm ki, kirayədə qalıram və yolum hər gün Ağköynək kəndindən keçir.

2020-ci ildə Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət Mansurova torpaq sahəsi verəcəyi adı ilə məni aldadaraq 3700 manat, əlavə olaraq da 50 manat və 120 manat pulumu mənimsəmişdir.

Bu işi dövlət qurumları biləndən sonra, mənim həmin kənddə yaşamadığımı bəhanə gətirərək, torpağı mənim adıma sənədləşdirmədi. Halbuki, Bələdiyyə sədrinin öz qardaşı 10 ildən çoxdur Bakı şəhərində məskunlaşsa da, ona və həyat yodaşına 2022-ci ildə 0.12 ha torpaq sahəsi vermişdir. Mən isə, faktiki olaraq 2020-ci ildən bu kənddə yaşayıram.

Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət Mansurova keçən ilin qışında öz çirkin əməllərindən əl cəkməyərək, torpaq sahəsinin icarəsi üçün məndən illik icarə haqqı olaraq 50 manat ödəniş tələb etdi. Mən həmin məbləği ödədim. O, bildirdi ki, bir neçə gün sonra ödəniş sistemə oturacaq və həmin vaxt çek verəcəm

Sonra, 2024-cu ilin yay ayında “icarə haqqı”nı ödətdirdiyi torpaq sahəsinin ölçülməsi üçün kadastra pul ödəməli olduğunu bildirib, özünün iştirakı ilə Qazax rayonunda “Kapital Bank”a 120 (yüz iyirmi) manat ödəniş etmişəm.

Onu da qeyd edim ki, mən Ağköynək kəndində doğulsam da, indiyə qədər heç yerdə adıma torpaq sahəsi olmayıb. Bələdiyyə sədri Nəzakət Mənsurova pulsuz olaraq oğlu Musayev Ələddin Şəmsəddin oğluna 0.12 ha torpaq sahəsi ayırmışdır. Bundan əlavə, Bələdiyyənin 10.08.2022-ci tarixli, 27 nömrəli iclas qərarına əsasən, qardaşı və onun həyat yoldaşının adına, hərəsinə 0.12 ha olmaqla, həyətyanı torpaq sahəsi ayrılmışdır. Hətta Nəzakət Mənsurovanın qardaşı maddi vəziyyətinin ağır olması barədə Bələdiyyəyə müraciət edib, Bələdiyyə vətəndaşa 300 (üç yüz) manat, yoldaşına 300 (üç yüz) manat və başqa qohumuna 600 manat vəsaitin ayrılması barədə qərar qəbul etmişdir. Bir sözlə, bu Bələdiyyə sədri ancaq öz qohum-əqrabası üçün çalışır.

İllərlə Qazax rayonunda kirayə yaşadığım təqdirdə mən öz adıma torpaq sahəsi ala bilmirəm və indiyə qədər də ala bilmək üçün həm maddi, həm mənəvi olaraq əziyyət çəkirəm.

Sübut olaraq bildirim ki, Bələdiyyə sədri Nəzakət Mənsurovanın guya, ayrılacaq torpaq sahəsinin mənim olduğunu bildirməsi sayəsində mən orada abadlıq işləri aparmış və bir neçə meyvə ağacı, şam ağacı əkmişəm. Halbuki, o, məni aldadırmış.

Sizin sayt vasitəsilə səlahiyyətli qurumlara müraciət edərək xahiş edirəm ki, şikayətimə ciddi yanaşıb, mənə ayrılan və pulunu ödədiyim torpaq sahəsinin alıb mənə verilməsinə kömək edilsin və Bələdiyyə sədrinin məni aldatması ilə bağlı tədbir görülsün”.

Qeyd edək ki, məsələ ilə bağlı Bələdiyyə sədri Nəzakət Mənsurova ilə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə çalışacağıq.

Hazırladı: Jalə FAMİLQIZI

Şikayətçinin redaksiyamıza göndərdiyi gizli çəkilişi də olduğu kimi təqdim edirik:
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti