O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Sabunçu tunelində yağışda iki nəfərin ölümü ilə bağlı rayon prokurorluğunda araşdırmalar gedir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"DİA-AZ" xəbər verir ki, hadisənin səbəbləri sırasında tunel çəkilərkən orada tikinti normativlərinə əməl olunmaması ilə bağlı iddialar da yer alır. Asəf Əsədullayev küçəsindəki tunelin inşasına 2019-cu ildə başlanılıb. Azərbaycan Dəmir Yollarının sifarişi ilə “Körpü Bina Tikinti” MMC işə start verib. Təxminən bir il sonra tunelin inşası başa çatıb, açılış həyata keçirilib.

Açılış mərasimində deyilmişdi ki, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana inşa olunub. Üç nasosun olmasından, irihəcmli transformatordan, generator quraşdırılmasından danışılmışdı. Tuneldə insanlar öləndə bunların heç birini görmədik...

“Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis olunub, rəhbəri Xəlil Göyüşovdur. Onun “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyinə yaxın şəxs olması istisna deyil. Amma başqa dövlət qurumları da bu şirkətə az iş gördürməyib. Adıçəkilən şirkət dövlət orqanlarının xeyli tenderlərinin qalibi elan olunub. Təbii ki, burada söhbət Dəmir Yollarının o zamankı rəhbəri Cavid Qurbanovdan gedir...

Nizamnamə kapitalı cəmi 300 min manat olan “Körpü Bina Tikinti” MMC-yə Əlicançay su anbarının tikintisi üçün keçən ilin dekabrında Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 45 milyon manatdan çox ödəmişdi. Maraqlıdır ki, məhz bu qurum bir neçə ay əvvəl başqa bir tenderin nəticəsi kimi Xəlil Göyüşovun şirkətinə 19,4 milyon manat ayırıb.

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 2022-ci ildə də “Körpü Bina Tikinti”ni qalib elan etmişdi. Özü də ardıcıl iki tenderdə.

Xətaidə və Abşeronda müxtəlif istiqamətli sovxozların layihələndirilməsi məlum sevimli şirkətə həvalə olunmuşdu. Onda “Körpü Bina Tikinti”yə 8 milyon manat verilmişdi.

“Körpü Bina Tikinti” dövlət tenderlərinin qalibi olaraq Ağdam, Füzuli, Cəbrayıl, Suqovuşanda irimiqyaslı layihələr həyata keçirir. Şirkət yol, körpü, tunel tikintiləri ilə yanaşı, bir sıra obyektlərin inşasını üzərinə götürüb.

Siyahı çox uzundur. “Körpü Bina Tikinti” haqda qısa danışmalı olsaq, şirkəti dövlət qurumlarının tenderlərinin daimi qalibi kimi xarakterizə etməliyik. Nizamnamə kapitalı yetərincə az olan quruma yüzmilyonlarla vəsait ayrılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tikinti zamanı noqsanlara yol verilmə ehtimalını dilə gətirib. Eldar Əzizovun bu açıqlaması yerli icra qurumlarının da məsuliyyət yükündən xəbər verir. Amma nədənsə bu işə daha çox aidiyyatı olan Sabunçu RİH "centlmencəsinə" susur... Halbuki körpü tikilən zaman da və elə indi də Sabunçu RİH başçısı Adil Vəliyevdir. Yəni onu məsuliyyətə dəvət etmək o qədər də çətin deyil...

“Körpü Bina Tikinti” MMC-yə gəlincə isə, şirkətin özü tuneldə iki nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı açıqlama verməyə tələsmir. Heç jurnalistlərin də bu haqda suallarına cavab vermək istəmirlər.

Xəlil Göyüşovun oğlu Ramiz Göyüşovun bir neçə il əvvəl Hamburqda 40 milyon avroya otel aldığı məlumdur. Bunlar Hamburqun mərkəzində - Borgfelder küçəsi 1-9 ünvanındakı dörd ulduzlu PARK HOTEL BERLİNER TOR və KIELER STR. 333 ünvanındakı üç ulduzlu PARK HOTEL ARENA-dır.

Sahibkarın və ya onun övladının xaricdə əmlak alması normal haldır. Lakin bu qədər vəsaitin Azərbaycandan necə, hansı yollarla çıxarılması ilə bağlı suallar var.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti