Tikinti maqnatının ağılgəlməz “oyunu“... -
Bakının Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun yaxınlığında yerləşən “EuroHome” tikinti bazarının sahibi Azay Möhnətov 5 il əvvəl baş vermiş yanğından sonra zərərçəkmişlərə kompensasiya ödəməmək üçün özünü “müflis” elan edib.

TEREF "Haqqin.az"-a istinadla xəbər verir ki, bu fakt Möhnətovla zərərçəkmişlər arasında məhkəmə prosesi zamanı açıqlanıb.

"EuroHome" tikinti materialları bazarında yanğın 2019-cu il dekabrın 10-da baş verib və təxminən üç saat davam edib. Nəticədə on nəfər insan xəsarət alıb və yüzə yaxın tikinti ləvazimatları mağazası yanıb.

Qeyd edək ki, Azay Möhnətov kifayət qədər iri biznesmen və demək olar ki, oliqarx hesab olunur, çünki o, qeyd olunan bazarla yanaşı, “AF Holding” şirkətlər qrupunun və “Uğur-97” MMC-nin prezidenti, habelə AF Hotel Aqua Parkın sahibidir.

"EuroHome"-da baş verən yanğın ticarət mərkəzindəki kirayəçilərə milyonlarla dollar ziyan vurub. Bir neçə il əvvəl çıxarılan məhkəmə qərarına əsasən, "EuroHome" şirkətinin yanğından zərər çəkmiş 5 sahibkara bir milyon yarım manat ödəməli olduğu qeyd edilib. Lakin zərərçəkmişlər bu günə kimi bir manat da almadıqları üçün bu qərar kağız üzərində qalıb.

Bu yaxınlarda keçmiş kirayəçilər "EuroHome" MMC-nin əmlakı vasitəsilə dəymiş ziyanın ödənilməsini tələb edərək məhkəməyə müraciət ediblər. Amma məhkəmə zamanı məlum oldu ki, yanğının baş vermə şəraitinin araşdırılması zamanı "EuroHome" şirkətinin bütün əmlakı Azay Möhnətovun özünə və bazar qiymətindən xeyli aşağı qiymətə satılıb.

Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarının icrası Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilib. Lakin bu strukturun rəhbəri İlham Həsənov və icraçı Məhəmməd Qaragəzovun qətnaməsində “EuroHome” MMC-nin müflis olduğu və hazırda şirkətin zərərçəkmişlərə kompensasiya ödənilməsi üçün istifadə oluna biləcək hər hansı əmlakının olmadığı bildirilir.

İstintaq sənədlərinə görə, “EuroHome” şirkətinin təsisçisi olan Azay Möhnətov Binəqədi Rayon Məhkəməsinə müqavilə təqdim edib ki, hələ yanğından əvvəl öz şirkətinə 500 min manat borc verib. Üstəlik, borc məbləğinin 200 minini almayıb və buna görə də onların qaytarılmasını tələb edib.

Bu yaxınlarda Binəqədi Rayon Məhkəməsinin hakimi Günel Abbasova qərar çıxarıb ki, şirkət Möhnətova olan borcunu qaytarmalıdır. Bundan sonra Azay Möhnətov və onun şəxsi şirkəti olan “EuroHome” MMC arasında barışıq sazişi imzalanıb və bu müqavilə çərçivəsində sahibkar 200 min manat borc müqabilində 4 hektara yaxın ərazisi olan torpaq sahəsi alıb. Həmçinin ticarət mərkəzinin yerləşdiyi 4000 kvadratmetr sahəsi olan əmlak kompleksii əldə edib

Belə ki, yanğına görə yalnız bazar sahibi kompensasiya alıb, zərər çəkmiş sahibkarlara isə obrazlı desək, yanğından yalnız tüsütü qalıb.

Zərərçəkmişlər apelyasiya şikayəti verərək, məhkəmələrdən on milyonlarla manat dəyərində olan dörd hektar ərazinin niyə cəmi 200 min dəyərində qiymətləndirilməsinin aydınlaşdırılmasını tələb ediblər.

Həmçinin bu ilin əvvəlində “Azsığorta” MMC Azay Möhnətov ovə onun oğlu Aqil Möhnətovu məhkəməyə verib. İddia bəzi hüquq pozuntularına görə məsuliyyəti nəzərdə tutur, təfərrüatları hələ açıqlanmır.

Sadəcə məlumdur ki, “Azsığorta”nın iddiasına səbəb bir sıra hüquqi və fiziki şəxslərin müflis elan edilməsi ilə bağlı mübahisələr olub.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti