Cəbrayılı YEYƏ-YEYƏ TİKİRİK... - BU NƏDİ BELƏ?!
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı tender keçirib. Tenderin qalibi “Tunel-Metro İnşaat” MMC seçilib. Şirkət 14.6 milyon manata 93 ev tikib təhvil verməlidir. 14.6 milyon manatı 93-ə böldükdə 156 min 989 manat edir. Yəni, bir mənzil az qala 157 min manata başa gəlir. Bununla bağlı ictimaiyyətdə narazılıq yaranıb. Bildirilir ki, bu qiymətə Qarabağda indiyə qədər tikilən fərdi evlərdən azı 3-nü tikmək olar, özü də yüksək keyfiyyətlə.

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, həmin fərdi yaşayış evlərinin tikintisi ilə bağlı açıq məlumatlar olsa, daha yaxşı olardı.

Onun sözlərinə görə, fərdi yaşayış evinin tikintisi məlumatlandırma icraatı qaydasında Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir:

“Evlər neçə mərtəbəlidir, kvadratı, kürsünün hündürlüyü nə qədərdir və s. haqda məlumatlar olsa, yaxşı olardı. Artıq iki gündür məsələ müzakirəyə çıxarılıb, ayrı-ayrı ekspertlər, iqtisaqdçılar, jurnalistlər bununla bağlı ortaya yanaşmalar qoyur. Hesab edirəm ki, proseslə bağlı nəzarət gücləndirilməlidir. Çünki bir fərdi yaşayış evinin (xüsusilə də əgər bir mərtəbəli olacaqsa) tikintisinə bu qədər vəsaitin ayrılması çoxdur. Lakin bütün hallarda ev tikilib başa çatdıqdan sonra dəqiq demək olar ki, rəqəmlər nə dərəcə üst-üstə düşür”.

İqtisadçı Natiq Cəfərli deyib ki, bu sualı cavablandırmaq bir qədər çətindir:

“Populizm xatirinə demək olar ki, çox bahadır, bundan ucuz etmək olar və s. Amma əlimizdə faktlar yoxdur. Səhv onda oldu ki, həmin bölgələrdə tikinti materialları istehsalı müəssisələri yaratmadan, böyük tikinti işlərinə start verildi. Bütün tikinti materialları isə Bakıdan, Qubadan, Qusardan və digər bölgələrdən daşınır. Təsəvvür edin ki, bu rayonlardan Xankəndiyə, Laçına, Kəlbəcərə daşınan tikinti materialları neçəyə başa gəlir. Burada yanlışlıq qiymətlərin hesablanmasının şişirdilməsi deyil. Onsuz da belə şeylər Azərbaycanda hər zaman olub. Əsas məsələ strateji planlama səhvidir”.

İqtisadçının fikrincə, həmin ərazilərdə tikinti materialları müəssisələri yaradılsa idi, insanların iş yerləri ilə təminatına da xidmət etmiş olardı:

“O ərazilərdə tikinti materialları müəssisəsi olardısa, bəli, həmin bölgələrdə tikinti işlərinin maya dəyəri də xeyli dərəcədə ucuzlaşa bilərdi”.

Globalinfo.az xatırladır ki, işğaldan azad edilən ərazilərdə aparılan tikinti quruculuq işlərində yol verilən neqativ hallarla bağlı son vaxtlar məlumatlar intensiv hal alır. Əsasən də fərdi yaşayış evlərinin tikintisi istiqamətində müzakirələr gedir. Mümkündür ki, dövlət bu məsələlərə həssaslığı artırsın. Yeyinti və korrupsiya faktları aşkarlanarsa, həbslərin olacağı istisna deyil.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti