Dövlət Su Ehtiyatları Agentliyində müəmmalı “kadr islahatı“ – Asəf Quliyev necə idarə rəisi oldu?
Son aylar Dövlət Su Ehtiyatları Agentliyində böyük kadr islahatları həyata keçirilib və Agentliyin sədri demək olar ki, 90% idarə müdirlərini dəyişib…

Poliqon xəbər verir ki, son günlər Dövlət Su Ehtiyatları Agentliyində aparılan kadr islahatlarında qurumun nəzdində fəaliyyət göstərən 100-lə idarənin rəhbər şəxslərinin böyük hissəsi işdən çıxarılıb, bir hissəsinin isə yeri dəyişdirilib.

Normalda Zaur Mikayılovun apardığı bu kadr islahatlarını alqışlamaq gərəkir, çünki Dövlət Su Ehtiyatları Agentliyinin nəzdindəki çox saylı idarələrdə əsasən Əhməd Əhmədzadənin, Qorxmaz Hüseynovun və hətta sabiq spiker Oqtay Əsədovun dönəmindən qalan və bəziləri bu sistemdə 25-30 ildən artıq çalışan idarə müdirlər çalışırdılar. Yaşadığımız son 25-30 ildə isə bu müdirlərin əsas işi dövlətin ayırdığı büdcə pullarını mənimsəmək olub.

Ona görə də ilk baxışda Zaur Mikayılovun bu kadr islahatları əsasən təqdirə layiqdir. Lakin bu isalahatların nə qədər nöqsansız olması da vacib məsələdir ki, rayonlardan aldığımız məlumatlara görə, bu islahatlar daha çox nöqsanları ilə diqqəti cəlb edir.

Hər şeydən əvvəl, əldə etdiyimiz məlumatlara görə Zaur Mikayılov kadr islahatı zamanı peşəkarlığa deyil, ona və yaxın ətrafında olan adamlarla münasibətdə olan insanlara üstünlük verir. Son təyinatlardan görünən odur ki, Dövlət Su Ehtiyatları Agentliyində vəzifəyə gətirilənlərin böyük əksəriyyəti sahəyə yad olan və sektorda heç bir zaman çalışmayan adamlardır. Onların arasında hətta orta məktəb müəllimləri də var.

Əslində bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. İndi isə Zaur Mikayılovun ən son təyinatlarından biri haqqında danışacağıq. Söhbət Ağcabədi Suvarma Siastemləri İdarəsinin rəisi təyin edilən Asəf Quliyevdən gedir.

Poliqon-nun əldə etdiyi məlumata görə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mİkayılovun əmri ilə Ağcabədi Suvarma Sistemlərinə rəis təyin edilən Asəf Quliyevdə kənardan gəlmə kadrlardan biridir. Aldığımız məlumata görə Asəf Quliyev uzun müddət Ağcabədi şəhər Yaşıllaşdırma Sahəsinin rəisi işləyib. 2023-cü ildə işində yol verdiyi nöqsanlara görə vəzifəsindən çıxarılıbb və daha sonra “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi filialında rəhbər işləyib. Rəis vəzifəsinə tyəyinat almamışdan 2 ay qabaq isə Dövlət Su Ehtiyatları Agentliyində işləməyə başlayıb. Su meliorasiya sisteminə yad bir şəxs olan Asəf Quliyevin qəflətən Ağcabədi Suvarma Sistemlərinə rəis təyin edilməsində maraqlı şəxslərin olduğu bildirilir. Belə ki, Asəf Quliyevin Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə həmyerlisi olan və hazırda Dövlət Su Ehtiyatları Agentliyinin “Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti” Publik Hüquqi Şəxsin direktoru Samir Məmmədovun köməyi ilə təyin edilib. Qeyd edək ki, Samir Məmmədov Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mİkayılovun ən yaxın adamlarından biri hesab olunur.
1729093212_1.jpg
Məlumatda bildirilir ki, Asəf Quliyev idarə rəisi təyin edildikdən sonra idarənin çoxlu sayda işçisinin işdən azad edib. Əldə etdiyimiz məlumata görə işə gəlməyən işçilərin (ölü can) işdən çıxarılması ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən idarələrə 22 faizlik kovata qoyulub. Hazırda Ağcabədi Suvarma Sistemləri İdarəsinin 800-ə yaxın işçisi var. Asəf Quliyev isə 22 faizlik kvotanı keçərək 250-yə qədər şəxsi işdən azad edib.

Bu barədə idarədə çalışan işçilərin bir neçəsi şikayətində bildiriblər ki, pensiya yaşlarına az qalmış bir zamanda işdən azad ediliblər. Səbəb isə mərkəzdən gələn ““ölü can”ların ixtisar olunması” ilə bağlı tapşırıq göstərilir. Yuxarıda da qeyd etdiyimiz kimi, yeni təyin olunan müdir Asəf Quliyev rəhbərliyin qoyduğu kvotanı aşıb. Bunda məqsəd isə işdən çıxarılan adamların yerinə yenilərini götürməkdir. Rayonlarda isə insanların işə necə götürüldükləri sirr deyil.

Qeyd edək ki, bütün bu iddialarla bağlı Poliqon Ağcabədi Suvarma Siastemləri İdarəsinə sorğu ilə müraciət etsə də, sorğumuza cavab ala bilməmişik.

Bütün halalrda Dövlət Su Ehtiyatları Agentliyinin də bu iddilarla bağlı mövqeyini dərc etməyə hazırıq…
 
 
 

Bölmənin digər xəbərləri

15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?

Dünyapress TV

Xəbər lenti