“Nikah haqqında şəhadətnaməni istədilər. Dedim ki, mən bura evlənməyə yox, işləməyə gəlmişəm”
Kimya müəllimi Tamerlan Əliyev Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmovadan şikayətçidir.

Müəllim Meydan TV-yə deyib ki, müddətli müqavilə əsasında sosial məzuniyyət yerinə işə qəbul olunub.

Sənədlərini toplayaraq 2024-cü il sentyabrın 6-da həmin məktəbə gedib.

“Mən 10 saatlıq dərs üçün getmişdim. Məktəbin direktoru dedi ki, dərs saatınız 18 saat olacaq. Mən də bildirdim ki, yeri biz standart olaraq özümüzə görə seçirik ki, planlarımıza uyğun olsun. Mən 10 saata işləməyə gəlmişəm. Direktor etiraz etdi, mən də cavabında bildirdim ki, bu şərtləri qəbul etmirəm. O dedi ki, müəllimin vəzifəsi məktəb rəhbərliyinin tədris prosesi ilə bağlı dediklərinə əməl etməkdir. Mən isə cavabında bildirdim ki, siz deyəsən, vəzifənizi doğru bilmirsiniz. Bu o demək deyil ki, sizin hər dediyinizi mən etməliyəm”, – Tamerlan Əliyev deyir.

O əlavə edib ki, nazirliyin işə qəbulla bağlı göstərdiyi sənədləri təqdim etsə də, məktəb rəhbərliyi qəbul etməyib:

“Altı il iş stajım var, başqa-başqa məktəblərdə işləmişəm. İşə götürülən zaman Elm və Təhsil Nazirliyinin göstərdiyi sənədlər – diplomumun və şəxsiyyət vəsiqəmin sürətini, kadrlar uçotunu, sağlamlıq haqqında arayışı aparmışdım. Direktora sənədlərimi verəndə götürmədi. Dedi ki, katibəyə ver. Katibə isə nazirliyin göstərdiyi sənədlərdən əlavə 5 sənəd istədi. Bunlar nikah haqqında şəhadətnamə, tərcümeyi-hal və s idi. Mən də dedim ki, onsuz da kadrlar uçotunda tərcümeyi-halım yazılıb. Mən bura evlənməyə yox, işləməyə gəlirəm. Nikah haqqında şəhadətnamənin sürəti sizin nəyinizə lazımdır? Katibə dedi ki, sənədləri yığıb, gələrsən. Sənədlərimi qəbul etmədi”.

113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmova Meydan TV-nin suallarını cavablandırmayıb.

Bakı şəhəri üzrə Təhsil idarəsindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Tamerlan Əliyev məktəbə şəxsi işini təqdim etmədən yalnız çıxarışı ilə gedib.

“Bununla belə, direktor onu qəbul edib. Ona məktəb və iş rejimi barədə məlumat verib. Tamerlan Əliyev isə tələb edib ki, dərsləri həftənin 2 gününə salınsın. Ona izah olunub ki, dərsləri həftənin 3 gününə salına bilər. O, başqa yerdə də işlədiyi üçün 10 saatdan az dərs saatı istədiyini bildirib”, – Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib.

İdarənin cavabından görünür ki, müəllim Tamerlan Əliyevin mövqeyi öyrənilməyib.

Yalnız məktəb direktorunun dedikləri əsasında sorğu cavablandırılıb.

Müəllimin həmin işə götürülüb-götürülməyəcəyi barədə isə heç bir məlumat verilməyib.

Tamerlan Əliyev Meydan TV-yə bildirib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib.

Onu Bakı şəhəri üzrə Təhsil idarəsinə yönləndirsələr də, hələ də onun müraciəti ilə maraqlanılmayıb.

Bölmənin digər xəbərləri

17 May 2025 İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir

Dünyapress TV

Xəbər lenti