“İti də özümlə poliklinikaya gətirməliydim?” –
Mütəxəssislər it dişləmələri zamanı vətəndaşların mütləq şəkildə ixtisaslaşmış tibb müəssisəsinə müraciət etməsini və quduzluq əleyhinə peyvəndlər vurdurmasını tövsiyə edirlər.

KONKRET.az-a şikayət məktubu göndərmiş vətəndaşın başına gələnlər isə bu sahədə kifayət qədər boşluqların olduğundan xəbər verir.

Hadisə 30 mart tarixində Ucar rayonunda baş verib. Küçə iti onu dişlədikdən sonra icbari tibbi sığortası olan vətəndaşımız Ucar rayonu TƏBİB-in təcili tibbi yardım stansiyasına müraciət edib.

"Məni qeydiyyata alıb, iynə vurdular. Növbəti profilaktik doza olan iki iynəni 3 gün sonra vurdurmalı olduğumu dedilər və mənə cədvəl verdilər”, – deyə şikayətçi vurğulayıb.

Bakıya qayıdacağını deyən pasiyent paytaxtdakı tibb işçilərinin növbəti iynə vurulan zaman istəyə biləcəyi arayışın yazılmasını xahiş edib. Ucardakı tibbi personal arayış zəmanəsinin geridə qaldığını söyləyərək, xəstənin adının məlumat bazasına düşdüyünü və TƏBİB-in istənilən müəssisəsində iynənin vurulacağına onu arxayın ediblər.

Mərəkə bundan sonra qopub. TƏBİB sisteminin "mükəmməlliyi”ndən vəcdə gələn və özünü az qala Avropadakı kimi hiss edən şikayətçi 3 aprel tarixində Bakının Xəzər rayonundakı 14 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikasına müraciət edib. Amma Ucardan fərqli olaraq paytaxt Bakıda ondan "kartoçka” və arayış tələb ediblər.

Pasiyent "hamısı bazada qeyd olunub” sözünə "nə baza? Biz bilməliyik sizi hansı it tutub, ağ-qara, quduz, quyruqlu, qulaqlı və sair” cavabını eşidib.

Müasir texnologiyalar dövründə Bakıda eşitdiyi cavabdan şoka düşən pasiyent bu gülünc durumla bağlı TƏBİB-in qaynar xəttinə 2 dəfə zəng vuraraq ətraflı məlumat verib. Amma bunun da köməyi olmayıb. Bir saat poliklinikada gözlədikdən sonra işə gecikdiyindən zəruri hesab edilən ikinci iynəni vurdurmadan çıxıb getməli olub.

"Bir vətəndaş kimi xəcalət çəkirəm ki, TƏBİB-ə müraciət edib, bu cür halla qarşılaşdım. Axı söhbət insan həyatından gedir. Məndən soruşulanların cavabları məlumat bazasında olmalı idi. Pasiyent hər iynə vurduranda eyni suallarla qarşılaşmalı deyil. Belə çıxır ki, adam özü ilə iti də poliklinikaya gətirib deməlidir ki, baiskar budur. Çox gülməli, ağlamalı və acınacaqlı vəziyyətdir”, – şikayətçi əlavə edib.

Şikayətçi bildirib ki, müvafiq orqanlar TƏBİB-in hansı mərkəzləşmiş bazadan istifadə etdiyini, vətəndaşlara bu istiqamətdə niyə narahatlıq yaradıldığını, müasir dövrün tələblərinə uyğun kompüter texnologiyalarından niyə istifadə etmədiyini araşdırmalıdır: "Kütləvi informasiya vasitələrinin əksəriyyəti TƏBİB-in yeni müasir texnologiyalara malik olduğundan, bu sahəyə investisiyalar qoyulduğundan yazır. Hanı o sistem? Çox təəssüf edirəm”.

Qeyd edək ki, mütəxəssislər it dişləməsi zamanı vətəndaşları son dərəcə diqqətli olmağa çağırırlar. Çünki cədvəl üzrə profilaktik iynələr vurulmasa, 40 gün sonra xəstəlik pik həddə çatır və bundan sonra xəstəni xilas etmək mümkün olmur.
 
 
 

Bölmənin digər xəbərləri

20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO

Dünyapress TV

Xəbər lenti