Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?..
Paytaxtın Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində bədbəxt hadisə baş verib.
Belə ki, martın 26-sı səhər saatlarında liftdə köməksiz qalan 44 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Mərhumun qonşusunun sözlərinə görə, qadın yuxarı qalxmaq istəyəndə qapı bağlanmamış lift hərəkət edib. Nəticədə o, liftlə binanın arasında qalıb:
“Bizim lift üç-dörd gündür bu vəziyyətdədir. Əvvəllər də bu cür hadisələr yaşanıb. Çağırırıq, gəlib düzəltmirlər”.
Mərhumun qohumu bildirib ki, anasını xilas etmək istəyəndə oğlu da xəsarət alıb. Onun vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Bakıda binadaxili mühəndis avadanlıqlarına aid lift qurğularının müntəzəm texniki xidmətinin və təmirinin təşkili ilə bağlı lift təsərrüfatının, xüsusi Bakı şəhərində daha çoxluq təşkil etdiyini nəzərə alaraq, “Lifttəmir”İstehsalat Birliyi yaradılmışdır. 19.06.2017-ci il tarixli 274 nömrəli Sərəncama əsasən Bakı Şəhər İcra Hakimiyyətinin struktur vahididir.
“Lifttəmir” İB Bakı şəhərinin 11 rayonunda yerləşən və Dövlət Mənzil Fondundakı Mənzil Kommunal Birliklərinin balansında olan binalarda quraşdırılmış beş mindən artıq lift qurğusuna xidmət göstərir. Bu xidmətlər isə, İB-nin tərkibinə daxil olan 6 idarə – “Bakılift-1”, “Bakılift-2”, “Bakılift-3”, “Bakmənzilavtomat”, “Funikulyor” və TEMP dövlət müəssisələri tərəfindən göstərilir.
“Lifttəmir” İB-nin sabiq rəisi Qüdrət Şükürovun gözqamaşdıran sərvəti, korruptiv əməlləri, ermənilərlə işbirliyi qurması yalnız övladına ikinci dəfə 400 minlik qalmaqallı toy mərasimi təşkil edəndən sonra araşdırılmağa başladı. Bəs görəsən, Qüdrət Şükürovu rəhbər vəzifədə Xalid Ələkbərov əvəzləyəndən sonra "Lifttəmir” İstehsalat Birliyində nə dəyişib? Göz qabağında olan Funikulyorun təmirini, lift işçilərinin boynuna qalstuk taxılmasını istisna etsək, demək olar ki, ümumilikdə götürəndə müsbət istiqamətdə əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Xüsusilə də köhnə binalarda lift sarıdan sakinlərin narazılıqları çoxalmaqdadır. Köhnə liftlərin yeniləri ilə əvəz olunması prosesi yubanır, yeni lifti quraşdıranlar səriştəsizlik göstərir. Mətbuat yazır ki, binalarda liftin qapısını söküb yerinə heç bir təhlükəsizlik nişanı, xəbərdarlıq lenti, təhlükəsizlik lenti, təhlükəsizlik məhəccəri quraşdırmırlar. Ona görə ki, işlər ixtisaslaşmış şirkətlərə deyil, qabaqcadan razılaşdırılmış şəkildə yetərincə bazası olmayan firmalara verilir. “Satınalmalar haqqında” AR Qanununa zidd olaraq, tenderlərdə təcrübəsiz, maliyyə imkanları məhdud, vergi borcları olan təsadüfi firmalar qalib çıxarılır.
Vətəndaşlar şikayətlənirlər ki, “Lifttəmir” İstehsalat Birliyinin səlahiyyət sahiblərinin günlərlə xidməti telefonlarına düşmək olmur, sınaqdan keçməmiş, qəbul aktı olmayan liftlər əhalinin istismarına verilir və s.
Maraqlıdır, görəsən, adı çəkilən idarəyə vaxtaşırı olaraq Bakı Şəhər İcra Hakimiyyətindən ayrılan vəsaitin, lift istifadəçilərinin özlərinin ödədikləri abunə haqqı hara gedir. Bakı ŞİH-nin başçısı hörmətli cənab Eldar Əzizov Xalid Ələkbərovun nöqsanlarına qiymət vermək üçün nəyi gözləyir? Allah Xalid bəyə övlad toyu görmək qismət eləsin, bəlkə cənab başçı o günü gözləyir ki, Ələkbərov da səsi-sorağı uzaqlara gedib çıxan, dilə-dişə düşən yarım milyonluq toy-büsat qursun, ondan sonra hərəkətə gəlib bir tədbir görsün?

Nyus.Az

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti