Sabunçuda SİRLİ-SEHİRLİ inşaat işləri...
Ötən gün "DogruXeber.az" informasiya portalında "Sabunçuda neft ərazisində aparılan qanunsuz işlər - FOTO" başlığı altında məlumat dərc etmişdik.

Hansı ki, həmin məlumatda söhbət Sabunçu rayonunun Sabunçu qəsəbəsində Qambay Vəzirov küçəsində aparılan qanunsuz tikintidən gedirdi. O, tikinti ki, "SOCAR" neft şirkətinin ərazisində aparılır.

Qeyd edək ki, sözügedən məlumat barəsində Sabunçu rayon İcra Hakimiyyəti də daxil olmaqla bütün aidiyyatı qurumlara rəsmi sorğular göndərdiyimizi qeyd etmişdik.

Bu gün isə ötən gün rəsmi sorğu göndərdiyimiz Sabunçu rayon İcra Hakimiyyəti məlum tikinti barəsində facebook sosial şəbəkəsində paylaşdığımız linkin şərh bölməsində belə bir mövqe bildirib:

"Məlumat üçün bildiririk ki, müraciətdə qeyd edilən faktı Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları 2023-cü ilin ilin dekabr ayında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsinə baxış keçirərkən aşkar etmiş və tikinti sahiblərinə aparılan işlərin dayandırılması barədə xəbərdarlıq olunmuşdur. Bundan sonra tərəfimizdən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən tikinti işlərinin dayandırılması məqsədilə müvafiq tədbirlər görülməsi üçün aşkar olunmuş pozuntu barədə 30.12.2023-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılmış, buna dair bütün məlumatlar isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir.
Xahiş edirik nəzərə alasınız."

Gördüyünüz kimi Sabunçu rayon İcra Hakimiyyəti ərazisində baş vermiş qanun pozuntusu barəsində məlumatlı olduğunu deyir və hətta özlərinin də aidiyyatı qurumlara bu barədə məlumat ünvanladığını qeyd edir.

Maraqlıdır ki, ötən gün elektron poçt vasitəsilə sorğu göndərdiyimiz icra hakimiyyəti sorğumuzu bu vaxta qədər cavablandırmadıği halda, sosial şəbəkədə şərh bölməsində artıq bu barədə özünü "sığortalayacaq" bir "açıqlama verib".

Hansı ki, o "açıqlama"da ölkə başçısının müvafiq fərmanına diqqət çəkərək, onların səlahiyyətləri xaricində olduğunu vurğulayıblar.

Halbuki, izləyicilərimiz də təsdiq edər ki, istənilən vətəndaş öz şəxsi həyətində belə "daşı daş üstünə qoyan kimi" birinci qapısını döyən aidiyyatı icra hakimiyyətinin əməkdaşları olur, ardından, sahə müvəkkili, Fövqəladə Hallar Nazirliyi əməkdaşları, Şəhərsalma və Arxitektura, Əmlak Məsələləri Dövlət Xidməti və sair...
O, ki, qaldı üç mərtəbəli iaşə obyekti inşa etdirəsən, özü də tikinti aparılması qanunla qadağan olunan neft ərazisində...

Sabunçuda SİRLİ-SEHİRLİ inşaat işləri...

Bəlli ki, onlar da gedib. Amma, nədənsə 2023-cü ilin dekabr ayından sonra, adıçəkilən digər qurumlar kimi o, da susub.

Yeri gəlmişkən, etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə tikintini aparan sahibkar bir neçə şəxslərin arasında "mən işimi yuxarılarla görürəm" deyə qürrələnirmiş. "Yuxarılar"ın bu qədər "təmkinli" münasibəti, daha doğrusu, ümumiyyətlə münasibətsizliyi isə o, şəxsin "haqlı olduğu"na qarşı bütün şübhələri aradan qaldırmış olur.

Elə bu kimi halların aşkar şəkildə baş verməsi buna şahid olan digər vətəndaşlar arasında dövlət qurumları və dövlət məmurlarına olan inamı, etimadı sıfıra (0) endirmiş olur.

"Qanunlar pulla işləyir", "bu ölkədə pulun varsa, sən haqlısan " və sair kimi ifadələr də məhz dövlət qurumlarının yol verdiyi bu kimi ciddi nöqsanlardan qaynaqlanır.

Daha bir məqam da bundan ibarətdir ki, İcra Hakimiyyəti "pis-yaxşı" cəmiyyət arasında bir mətn yazıb və bununla da ictimaiyyətin diqqətini üzərindən qaldırmağa, digər dövlət qurumlarının üzərinə atmağa çalışıb. Bəs görəsən, yuxarıda adları çəkilən digər qurumlar bu barədə nə düşünürlər?...

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti