Masallının şəhər üzrə nümayəndəsindən üçrəngli bayrağımıza hörmətsizlik –VİDEO/FAKT
Bu gün gundemxeber.az-ın əldə etdiyi məlumatlaradan, video-çəkilişdən aydın oldu ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəsi Muradov Nazim Abusət oğlu, həm üçrəngli Azərbaycan bayrağına hörmətsizlik edir, həm də media qurumlarının əməkdaşlarına qarşı sui-qəsd etmək planı düzüb qoşur. Baş verən olayla bağlı yayımlanan çəkilişi gördükcə, sanki özözlüyümüzdə dəhşətə gəldik. Yəni, həmin çəkilişdən görünür ki, şəhər üzrə nümayəndə Nazim Muradov üçrəngli Azərbaycan bayrağını rəhbərlik etdiyi inzibati binada yağış sularının axıdılması üçün nəzərdə tutulan su-boru xəttinə bağlatdırmış və belə bir səbəbdən də, bayrağımız olduqca yarasız görkəmə düşmüşdür. Sual oluna bilər ki, görəsən Masallı rayonunda strateji bir sahəyə rəhbərlik edən bu şəxsin, üçrəngli Azərbaycan bayrağına nifrət etməsinə səbəb nədir? Məgər, həmin bayrağı şəhər üzrə nümayəndəliyin giriş qapısının üst hissəsinə, yaxud da binanın daha görkəmli yerinə asmaq olmazmı? Yəqin ki, olar! Deməli, xalqımızın qanı-canı bahasına əldə etdiyi və bu gün də qoruyub yaşatdığımız üçrəngli Azərbaycan bayrağının, Nazim Muradovun rəhbərlik etdiyi şəhər üzrə nümayəndəliyin binasında çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su-boru xəttinə bağlanmasının hansısa səbəbi var. Bu haqda geniş ictimaiyyət məlumatlı olmasa da, yəqin ki, şəhər üzrə nümayəndə lazımınca məlumata malikdir ki, o, bayrağımıza qarşı belə bir hörmətsizliyin olmasına göz yumur.
Digər tərəfdən, Nazim Muradovun Azərbaycan bayrağına qarşı qol qoyulan hörmətsizliyi ictimailəşdirən media qurumunun Çinarə adlı xanım əməkdaş(lar)ına qarşı sui-qəsd edəcəyi ehtimalı da, məhz ortaya düşündürücü sualların çıxmasına səbəb olur. Yəni, həyata keçirilən çəkilişdən görünür ki, xanım əməkdaş danışığı zamanı dönə-dönə bildirir: “Biz Nazim Muradov tərəfindən həyatımıza ola biləcək zoraklıqların, sui-qəsdin qarşısının alınması üçün, ilk öncə DİN-nin 102 xidmətinə zəng etməyə, daha sonra isə polis əməkdaşlarının köməyindən istifadə etməyə məcbur olduq”. Bəli, çəkiliş xanım jurnalistin söylədiklərini tam şəkildə təsdiq edir. Deməli, polis əməkdaşlarının qətiyyətli addımları olmasaydı, o halda xanım jurnalistlərin həyatları hansısa acı sonluqla nəticələnərdi. Bütün bunlar onu söyləməyə əsas verir ki, Masallı RİH başçısının Masallı şəhər üzrə nümayəndəsi Nazim Muradovda nə vətən, nə xalq, nə də ki, üçrəngli bayrağımıza qarşı sevgi hissi formalaşmayıb. Belə olan halda, görəsən bu şəxsin strateji bir sahəyə rəhbərlik etməsinə nə dərəcədə mənəvi haqqı çatır? Yəqin ki, yox! Görünən dağa nə bələdçi?!
Daha ətraflı video görüntüdə izləyə bilərsiniz.

Gundemxeber.az
 
 
 

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti