Rəşid Bədəlovun satınalma müqaviləsi bağladığı MMC-lər iki-üç aydan sonra niyə ləğv edilib? - İLGİNC FAKTLAR
Məlum olduğu kimi, dövlət qurumlarının müxtəlif xidmətlərin və malların satınalmalarını tender və kotirovka sorğuları yolu ilə həyata keçirməsi qanunla mütləqdir. Bunun üçün qəbul olunmuş xüsusi qanunlar da mövcuddur. Lakin son illər dövrü mətbuatda satınalma prosedurları ətrafında dolaşan məlumatlar dövlət satınalmaları zamanı çoxsaylı qanun pozuntularına yol verildiyini deməyə əsas verir. Burada daha çox keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilir, podratçıların maddi-texniki bazası və ixtisas göstəriciləri bir çox hallarda nəzərə alınmır, bağlanmış müqavilələrdə qiymətlər süni şəkildə şişirdilir, bir-iki aydan sonra isə şirkətlər ləğv edilir.
Səhiyyə Nazirliyinin tabeliyində olan Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası tərəfindən 2023-cü ildə tibb ocağının gündəlik tələbatının ödənilməsi məqsədi ilə 13 satınalma müqaviləsi bağlanılıb. Onların hamısına toxunmayacıq. Amma Vərəm Sanatoriyası tərəfindən bağlanılmış bir neçə satınalma müqaviləsi var ki, burada saxtakarlıqlara yol verildiyi açıq aydın görsənir.
Sanatoriyanın digər malların satınalınması üzrə “AZNEX-CO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 21.042,5 manat məbləğində satınalma müqaviləsinin bağladığı 23.01.2024-cü il tarixdə açıqlamışdır. Amma şərtlərə görə kotirovka sorğusu müsabiqəsi 19.10.2023-cü ildə başlamalı 31.12.2023-cü il tarixdə bitməli olub. Maraqlıdır, Vərəm Sanatoriyası artıq başa çatmış kotirovka sorğusunun nəticələrini nə üçün bir ay sonra açıqlayıb? Qeyd edək ki, Vərəm Sanatoriyası “AZNEX-CO” MMC ilə daha bir satınalma müqaviləsi də mətbəə mallarının satınalınması üzrə bağlayıb. Bu kotirovka üzrə isə 17.479,5 manat məbləğində müqavilənin bağlanıldığı 13.10.2023-cü ildə açıqlanıb.
Göründüyü kimi Vərəm Sanatoriyası MMC ilə ümumi olaraq 38 522 manat müqavilə bağlayıb. Amma Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarda “AZNEX-CO” MMC-nin artıq ləğv edildiyi göstərilir. 05.11.2022-ci ildə dövlət qeydiyyatına alınmış MMC-nin qısa zaman içində nədən ləğv olunduğu bir çox şübhələrə yol açmırmı?
O cümlədən Vərəm Sanatoriyasının mətbəə mallarının satınalınması üzrə “FASTON QRUP” MMC-nin də Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarda artıq ləğv edildiyi göstərilir. Sanatoriya bu MMC ilə santexnika, elektrik və digər texniki vasitələrin və xidmətlərin satınalınması üzrə 34.022,6 manat məbləğində satınalma müqaviləsinin bağladığını 13.09.2023-cü il tarixdə açıqlayıb. 14.12.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də qısa zaman içində nədən ləğv olunduğu suallar doğurmurmu?
Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası dekorativ bitkilərin, uşaqlar üçün idman və əyləncə inventarlarının alınması və quraşdırılması işlərinin satınalınması üzrə müqavilə bağladığı “TRİTON-22” MMC də ləğv edilib. Sanatoriya bu MMC ilə dekorativ bitkilərin, uşaqlar üçün idman və əyləncə inventarlarının alınması və quraşdırılması işlərinin satınalınması üzrə 39.239,4 manat məbləğində satınalma müqaviləsi bağladığını 30.08.2023-cü il tarixdə açıqlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarda 13.05.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də vergi ödəyicisi kimi ləğv edildiyi göstərilir.
Vərəm Sanatoriyasının şüşələrin yuyulmasının satınalınması üzrə müqavilə bağladığı “EVSEN-CO” MMC də ləğv edilib. Bu kotirovka sorğusu üzrə isə 18.767 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.08.2023-cü il tarixdə açıqlanıb. 14.12.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də vergi ödəyicisi kimi ləğv edildiyi göstərilir.
Sanatoriya müalicə və tədris alan həssas təbəqəyə aid uşaqlar, həmçinin inzibati işçiləri üçün bioloji təmiz və keyfiyyətli standartlara uyğun yuyucu, təmizlik və idarədə istifadə olunan digər vasitələrin (malların) satınalınması üzrə 46.284,64 manat məbləğində satınalma müqaviləsinin “EVOLUTION CONSTRUCTION AND SUPPLY” MMC ilə bağladığını 06.05.2023-cü il tarixdə açıqlayıb. Dövlət Vergi Xidmətinin məlumatlarında 30.08.2022-ci ildə dövlət qeydiyyatına alınmış bu MMC-nin də vergi ödəyicisi kimi ləğv edildiyi göstərilir.
Vərəm Sanatoriyası texniki suyun daşınması üzrə kotirovka müsabiqəsinə 20.02.2023-cü ildə başlayıb. “OPPONENT-2019” MMC ilə 39.601 manat məbləğində satınalma müqaviləsi bağladığını 15.04.2023-cü il tarixdə açıqlayıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi isə MMC-ni 18.05.2023-cü ildə riskli vergi ödəyicisi olması barədə qərar qəbul edib.
Göründüyü kimi Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası tərəfindən 2023-cü ildə keçirilmiş satınalmaların bir çoxunun qalibi olan MMC-lər qısa bir müddətdən sonra ləğv edilib. Bu da bu MMC-lərin dövlət vəsaitlərini silmək, mənimsəmək üçün yaradıldığını deməyə əsas verir. Bir şübhəl məqam da bu MMC-lərin qanuni təmsilçiləri ilə bağlıdır. Onlar vətəndaşlıq almış xaricilərdir. “AZNEX-CO” MMC -nin qanuni təmsilçisi SULAIMANOV ARPIDIN AKHMATOVICH, “FASTON QRUP” MMC – NURLAN AKBAROV NURGAZIEVICH, “TRİTON-22” MMC – REJABALI OROLOV, “EVSEN-CO” MMC – ISMOIL ORTIQOV
Qeyd edək ki, Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyasının əsaslı təmiri və quraşdırılması bir neçə il öncə baş tutub. Bunun üçün hələ 2019-cu ildə Prezidentin sərəncamı ilə Səhiyyə Nazirliyinə 11 468 300 manat ayrılmışdır. Buna baxmayaraq hərtərəfli təmirdən yeni çıxmış Vərəm Sanatoriyası müxtəlif xidmətlərin satınalmasına hər il külli miqdarda dövlət vəsaiti ayırır. Rəsmi dövlət qurumlarının məlumatlarından da göründüyü kimi birdəfəlik, saxta MMC-lər vasitəsi ilə. Və bütün bu qanunsuzluqların başında isə Sanatoriyanın baş həkimi Rəşid Bədəlov durur.
Elektron medianın yaydığı məlumatlara görə baş həkim Rəşid Bədəlov əvvəllər Səhiyyə Nazirliyində çalışıb. Burada sabiq nazir Oqtay Şirəliyevin ən yaxın adamlarından biri kimi tanınıb. Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyasına isə 2019-cu ildə təmirə başlamazdan bir neçə ay əvvəl baş həkim təyin edilib. Bu isə o deməkdir ki, sabiq nazir təmirə ayrılmış 11 milyon manatı yaxın adamı, Rəşid Bədəlovun vasitəsi ilə xərclədiyi iddia edilir.

Əyalətmedia.az
 

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti