Rafael Mehralıyev-Ramazan Mirzəyev cütlüyü BÜDCƏNİ BELƏ QARƏT EDİR
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi fevral ayı ərzində 414.998 manatlıq tenderə yekun vurub.

"Arqument.az"ın araşdırmasına görə, Sanitariya və Texniki Təmizlik İdarəsi cari ilin fevral ayının 6-da ""Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satınalınması" lotu üzrə keçirdiyi tenderin məbləği 219.998 manat, fevral ayının 20-də "Xüsusi təyinatlı müxtəlif avtonəqiliyyat vasitələri və maşın-mexanizmlərinə ehtiyyat hissələrinin və həmçinin təmiri üçün mal materialların satın alınması” lotu üzrə keçirdiyi satınalmanın məbləği isə 195.000 maat olub.

Hər iki tenderdə "ORXAN EH" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2903063451) qalib elan edilib.

"ORXAN EH" MMC əvvəlki illərdə də Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində qalib edilib.

MMC 2022-ci ildə Sanitariya və Texniki Təmizlik İdarəsinin "Xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin və həmçinin sürtgü yağlarının satın alınması” və "İtlər üçün quru yemin satın alınması" lotu üzrə keçirilən satınalmalarda qalib olub.

Bu satınalmaların ümumi məbləği 89.950 manatdır.

"ORXAN EH" MMC 2014-cü ilin aprel ayında təsis edilib.

Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri 4 mkr, ev 80, mənzil 61 ünvanı, qanuni təmsilçisi isə Hüseynov Ələsgər Calal oğludur.

Bəs Hüseynov Ələsgər Calal oğlu kimdir?

Hüseynov Ələsgər Calal oğlu əslən Masallı rayonundandır. Hüsenyov Ələsgər Calal oğlunun qanuni təmsilçi olduğu daha bir şirkət var: "Fidan-TN" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000678621).

"Fidan-TN" MMC 2006-cı ildə təsis edilib.

Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mir Cəlal ev 137A, mənzil 3 ünvanıdır.

"Fidan-TN" MMC-nin fəaliyyət profili barədə açıq internet resurslarında məlumat olmasa da, şirkət uzun illərdir ki, Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində qalib edilir.

Məsələn, "Fidan-TN" MMC Sanitariya və Texniki Təmizlik İdarəsinin 2023-cü ilin avqust ayının 29-da yekun vurduğu "Texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması” (məbləğ - 262.199), 2023-cü ilin mart ayının 1-də "Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satınalınması (məbləğ: 298.998), 2021-ci ilin sentyabr ayının 9-da "Texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması” (məbləğ: 599.971), 2021-ci ilin mart ayının 17-də "Təsərrüfat mallarının satın alınması" (məbləğ: 190.085), 2019-cu ilin noyabrında "texniki duzun satınalınması" (Məbləğ: 144.000) lotları üzrə satınalmalarda qalib edilib.

Mediada zaman-zaman dərc edilən məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin və eləcə də BŞİH-nin tabeliyində olan digər qurumların tenderlərini əsasən "tender kralı" kimi adlandırılan Ramazan Mirzəyevə məxsus şirkətlər udur.

Ramazan Mirzəyevin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehralıyevlə dost və bir çox biznesdə şərik olduğu bildirilir.

Ramazan Mirzəyev əslən Masallı rayonunun Həsənli kəndindəndir.

Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində növbəli formada qalib edilən bu MMC-lərin qanuni təmsilçisi Hüseynov Ələsgər Calal oğlu da Masallı rayonunun Həsənli kəndindəndir və Ramazan Mirzəyevin qohumudur.

Məlumata görə, 1952-ci il təvəllüdlü Hüseynov Ələsgər Calal oğlu "Fidan-TN" və "ORXAN EH" MMC-lərin qanuni təmsilçisi olsa da bu şirkətlər Ramazan Mirzəyevə məxsusdur.

Araşdırma zamanı məlum oldu ki, hər iki şirkətin uzun illər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderlərində qalib olmasının arxasında da Ramazan Mirzəyevin Rafael Mehralıyevlə olan xüsusi münasibətləri dayanır.

Bakı Şəhər İcra Hakimiyyəti "Arqument.az"ın tenderlərin eyni şəxsə verilməsi ilə bağlı sorğusuna cavab verməyib.

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti