Saleh Məmmədovun işçoso də oliqarxdır -
54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov Yevlax şəhər Heydər Əliyev prospekti 52 ünvanında yerləşən 2 mərtəbəli ticarət mərkəzi tikdirir…

Əslində bu Azərbaycan reallığı üçün sıradan bir xəbərdir. Çünki Bakıdakı yüksək ranqlı məmurların ölkə daxilində və xaricində çoxlu bizneslərinin olduğu kimi, rayonlardakı orta və kiçik çinli məmurların da yerlərdə və Bakıda çox saylı mülk və biznes obyektlərinin olması heç kimə sirr deyil. Hətta bəzi xırda məmurların belə xaricdə mülkləri və biznes obyektlərinin olması da məlumdur. Onların bu mülklər və biznes obyektləri üçün pullarını hardan qazandıqları da heç kimə sirr deyil. Bu pulların hamısı dövlət büdcəsindən korrupsiya yolu ilə mənimsənilib. Halbuki o pullar sosial layihələrə sərf edilməli və həmin layihələr daha keyfiyyətli şəkildə həyata keçirilməliydi.

Açığı desək bu məsələ bizim, yəni bütün Azərbaycanın yaralı yeridir. Ona görə də 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimov Yevlaxda Ticarət Mərkəzi tikdirməsi də sıradan bir xəbərdir və bununla bağlı Məzahir Səlimovla korrupsiyaya qarşı mübarizə aparan qurumların maraqlanmayacağını hamı bilir. Lakin Məzahir Səlimovun məsələsində diqqət çəkən bir neçə məqam var. Onlardan birincisi 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisinin Yevlaxda tikdirdiyi Ticarət Mərkəzinin öz adına sənədləşdirməsidir. Çoxları öz biznes strukturlarını yaxın qohumlarının, mülklərini isə ailə üzvlərinin adına sənədləşdirirlər. Amma Məzahir Səlimov belə davranmayıb.

Diqqət çəkən başqa bir məqam isə odur ki. dünənə qədər işğal altında olan Xocalının Yol İstismar İdarəsinin rəisi bu qədər pulu hardan qazanıb. Xocalının Yol İdarəsinin rəisi haralarda yol çəkib ki, bu qədər varlana bilib? Məlumata görə son 3 ildə Məzahir Səlimov işğaldan azad olunan ərazilərdə yol çəkir. Demək ki, Məzahir müəllim “müqəddəs tikəyə” əl uzadıb…

Bu arada görəsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu barədə nə düşünür? İşğaldan azad olunan ərazilərin bərpası üçün ayrılan pullarla Yevlaxda Ticarət Mərkəzinin tikilməsi cənab Məmmədova necə təsir göstərir? Saleh Məmmədovun bu barədə xəbəri olmaya bilərdi. Halbuki bu az inandırıcı görünür. Çünki hələ Cavid Qurbanovun vaxtından bütün rayonların yol idarələrinin müdirləri “şah balası” kimi yaşayırlar və onların hamısı hardasa milyonçulardı.

Yəni uzun illərdir ki, bu sistemdə çalışan Saleh Məmmədovun bu Agentlikdə baş verən korrupsiyalardan xəbərsiz olması imkansızdır. Digər tərəfdən isə yerli mətbuatda gedən yazılardan çıxış edərsək, uzun illər boyu Azərbaycanda yol çəkməklə məşğul olan Saleh Məmmədov özü də “süddən çıxmış ağ qaşıq deyil” və yazılanlara inanarsaq cənab Məmmədovun oğlunun adına xarici ölkələrdə dəyəri on milyonlarla ölçülən mülklər və biznes obyektləri var. O üzdən də Saleh Məmmədovun Məzahir Səlimovun korrupsiyasından bixəbər olması az inandırıcı görünür…

Belə çıxır ki, Saleh Məmmədov işğaldan azad olunan ərazilərə ayrılan vəsaitlərin mənimsənilməsinə göz yumur. Ya da bu vəsaitlərin mənimsənilməsində iştirakçı olur. Biz arzu edərdik ki. bu ehtimalalrın heç biri doğru olmasın. Lakin məsələ ondadır ki, Saleh Məmmədovun yol idarələrində baş alıb gedən korrupsiyadan bixəbər olmasını qəbul etsək belə, onun bundan sonrakı davranışları çox şeydən xəbər verəcək. Çünki cənab Məmmədov artıq Məzahir Səlimovun korrupsiyasından xəbərdardır.

Şekspirin təbiri ilə desək, indi bütün məsələ “olum, ya da ölüm” məsləsidir. Yəni Saleh Məmmədov məsuliyyətini dərk edərək “müqəddəs tikəyə” uzanan haram əli kəsəcəkmi, yoxsa yox?..

Poliqon.info

Bölmənin digər xəbərləri

22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON

Dünyapress TV

Xəbər lenti