\
BDU-nun milyon yarımlıq invertar aldığı sirli şirkət - İTTİHAM VAR...
Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tenderlərlə bağlı araşdırmalarımız davam edir.

Reportyor.info ötən yazıda BDU-nun “A.E.S Trading” MMC ilə bağladığı satınalma müqaviləsindən bəhs etmişdik.

Maliyyə dəyəri 2 498 018,7 AZN təşkil edən bu müqavilə BDU-nun ərazisində tikiləcək yeni qazanxana üçün avadanlıqların satın alınması ilə bağlıdır.

Yazıda qeyd etmişdik ki, tikiləcək yeni qazanxananın təkcə avadanlıqlarına 3 milyon manata yaxın vəsait xərclənməsi bu satınalma müsabiqəsinin şəffaflığı barədə müəyyən şübhələrə yol açır.

Bu dəfəki araşdırmamız isə BDU-nun inventar, avadanlıq və müxtəlif malların satın alınması ilə bağlı keçirdiyi tenderdir.

Tenderin qalibi “Everest-2022” MMC seçilib. Şirkətin təklifi 1 402 369,66 AZN-dir.

BDU bu məbləğə təkərli kreslo, yazı lövhəsi, yağ radiatoru, kağız doğrayıcı, müxtəlif ölçülü borular, künclük və bu kimi mal-materiallar almağı planlaşdırır.

Bəs bu iri məbləğli tenderin qalibi seçilən “Everest-2022” MMC-yə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkət 11 aprel 2022-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 31A, mənzil 2-də yelrəşir.

MMC-nin qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.

Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumata rast gəlinmir. Fuad Babayev barəsində də bilgi yoxdur.

“Dövlət satınalmaları haqqında” Qanuna görə təchizatçılara dair xüsusi tələblər mövcuddur.

Bu tələblər aşağıdakılardır:

-satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;

-satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması;

-texniki imkanlarının və maddi-texniki bazasının olması;

-müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması.

Bu tələblər Qanunun 23.4.1, 23.4.2, 23.4.3 və 23.4.4-cü maddələrində əks olunub.

“Everest-2022” MMC BDU-nun tenderinin qalibi seçilməsi ötən ilin avqust ayına təsadüf edir. Həmin vaxt şirkətin yaranmasından bir ildən artıq vaxt ötüb. Yəni, şirkətin fəaliyyəti uzun müddəti əhatə etməyib. Bir ilin, haqqında heç bir məlumat olmayan, hətta adicə veb-səhifəsi olmayan bir şirkətin “Dövlət satınalmaları haqqında” Qanunun təchizatçıya dair tələblərinə cavab verdiyi inandırıcı görünmür.

Biz hələ onu demirik ki, “Everest-2022” MMC həmin vaxt təkcə BDU-nun tenderinin qalibi seçiməyib. Yeni yaranmış, maddi-texniki bazasının hansı səviyyədə oolduğu barədə hər hansı məlumata rast gəlinməyən bir şirkəti eyni anda bir neçə işi icra layiqincə icra etməsi inandırıcı görünmür.

“Everest-2022” MMC vergi borcu olduğu halda tenderlərdə qalib seçilib. Bu barədə mediada kifayət qədər yazılıb.

Beləliklə, BDU-nun bu tenderi də müəyyən şübhələrə açır. Ən azı universitetin hansı zərurətdən tanınmayan, peşəkarlığına dair heç bir bilgi olmayan şirkətə milyon yarımlıq sifariş verməsi sualı açıq qalır.
 

Bölmənin digər xəbərləri

22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON

Dünyapress TV

Xəbər lenti