“Sərhədçi” İdman Olimpiya Mərkəzinin “AZTTT” MMC ilə bağladığı müqavilələr nələrdən xəbər verir
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət satınalmalarında yol verilən qanun pozuntuları barədə elektron mediada son dövrlər kifayət qədər geniş məlumalatlar yayılmaqdadır. Bu məlumatlarda Dövlət Xidmətinin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyətinin fəaliyyəti şübhəli məqamlarla doludur.

Aktualinfo.org elə Dövlət Sərhəd Xidmətinin nəzdində olan “Sərhədçi” İdman Olimpiya Mərkəzi tərəfindən keçirilmiş satınalmalarda yol verilən bəzi belə şübhəli məqamları araşdırıb.

Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Olimpiya Mərkəzi Xovlu dəsmalların satınalınması üzrə 03.10.2023-cü il tarixdə başladığı kotirovka sorğusu müsabiqəsinə yekun vurub və “ME.GA.AN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.01.2024-cü il tarixində 20.119 manat məbləğində satınalma müqaviləsi bağladığını elan edib.

Kotirovka sorğusunun şərtlər toplusuna görə “ME.GA.AN” MMC müqavilə bağlanıldıqdan sonra 15 bank günü müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzi xovlu dəsmallarla təmin etməlidir. Satınalmaların vahid internet portalına yerləşdirilmiş məlumatlarda müqavilənin başlanma tarixi 25.11.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə göstərilib. Sual yaranır. “Sərhədçi” İdman Olimpiya Mərkəzi nədən kotirovka sorğusu yekunlaşdıqdan dərhal sonra deyil, mallar alındıqdan sonra elan edir.

Eyni əməllərə İdman Olimpiya Mərkəzi maşın və avadanlıqların (kompyuter, printer və digər avadanlıqların) satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda da yol verib. Mərkəz 24.10.2023-cü il tarixdə başladığı kotirovka sorğusu müsabiqəsinə yekun vurması və “TECHNO GROUP AZERBAIJAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.272,69 manat məbləğində satınalma müqaviləsi bağladığını 12.01.2024-cü il tarixdə açıqlayıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə müqavilənin başlanma tarixi 26.12.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə göstərilib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzi tikinti və avadanlıqların cari təmir ilə bağlı mal-materiallarının satınalınması üzrə keçirdiyi kotirovka sorğusuna 04.07.2023-cü il tarixdə başlayıb. Kotirovkanın nəticələrini isə 25.12.2023-cü il tarixdə elan edib ki, “AZTTT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 48.997,85 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Müqavilənin başlanma tarixi 25.11.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə göstərilib.

Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinin məlumat bazasında isə “AZTTT” MMC (VÖEN 3300767501) -nin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 17.11.2023-cü il tarixdən riskli vergi ödəyicilərinin siyahısına salınıb. MMC-nin VÖEN-i isə ləğv edildiyini göstərir.

Maraqlıdır “Sərhədçi” İdman Olimpiya Mərkəzi ləğv edilmiş bir MMC ilə satınalma müqaviləsini nə vaxt bağlayıb? Bununla bağlı İdman Olimpiya Mərkəzinin mühasibatlağından bizə bildirdilər ki, sözügedən müqavilə bağlanılmayıb. Buradan sual yaranır. Müqavilə bağlanılmayıbsa dövlət satınalmalarının vahid internet portalına niyə yerləşdirilib?

Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzi satınalma müqaviləsinin bağlanıldığını göstərdiyi tarixdə MMC artıq riskli vergi ödəyicilərinin siyahısında olub. Belə qısa bir zaman ərzində MMC-nin ləğv edilməsi əsaslı şübhələrə yol açmırmı? MMC satınalmalardan əvvəl ləğv edilibsə, müqavilələr necə bağlanıb? Müqavilə bağlanıldıqdan sonra ləğv edilibsə İdman Olimpiya Mərkəzinin göstərilən lotlar üzrə əvvəllər də verdiyi sifarişlər necə yerinə yetiriləcək? Mərkəzin Satınalma Kommissiyası bununla bağlı nə üçün heç bir bildiriş verməyib?

Bu “Sərhədçi” İdman Olimpiya Mərkəzi ilə “AZTTT” MMC arasında bağlanan tək müqavilə deyil. Mərkəz bina və tikililərin şüşələrinin yuyulması və təmizlənməsi, xalçaların, jalüzların kimyəvi maddələrlə yerində yuyulması və qurudulması xidməti üzrə 24.990,6 manat, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 48.997,99 manat məbləğində iki satınalma müqaviləsi bağladığını da 26.09.2023-cü ildə açıqlayıb.

“Sərhədçi” İdman Olimpiya Mərkəzi ilə “AZTTT” MMC arasında olan işbirliyi bunlarla da bitmir. Mərkəz xalçaların kimyəvi maddələrlə yerində yuyulması və qurudulması xidməti üzrə 04.11.2022-ci ildə başladığı kotirovka sorğusunun nəticəsini 07.08.2023-cü il tarixdə açıqlayıb, 9 ay sonra.

Satınalmaların vahid internet portalına yerləşdirilmiş məlumatlarda tərəflər arasında 2022-ci ildə də 3 satınalma müqaviləsinin bağlanıldığı görsənir. Dezinfeksiya edici maddələrin satın alınması üzrə 19.995 manat məbləğində 21.11.2022-ci ildə, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 36.992,7 manat məbləğində 04.11.2022-ci ildə, tikinti və avadanlıqların cari təmir ilə bağlı mal-materiallarının alınması üzrə 36.585,3 manat məbləğində 04.11.2022-ci ildə tarixdə satınalma müqavilələrinin bağlanıldığı açıqlanıb.

Maraqlıdır, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin yeganə tərəfdaşı “AZTTT” MMC 2023-cü ildə niyə riskli vergi ödəyicilərinin siyahısına salınıb, MMC nədən ləğv olunub?

Ümumiyyətlə, “Sərhədçi” İdman Olimpiya Mərkəzi tərəfindən keçirilmiş şübhəli məqamlar çoxdur. Məsələn Mərkəz 2023-cü il üzrə alınacaq malların və xidmətlərin satınalma planlarına 9 kotirovka sorğusu daxil edib, onlardan yalnız 5 kotirovkanın nəticələrini açıqlayıb. 2022-ci ildə satınalma planlarına 5 kotirovka sorğusu daxil edib 3-nün nəticələrini açıqlayıb. Bu isə Mərkəzin Tender Komissiyası tərəfindən bir çox kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyindən xəbər verir. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyevdir. Onun bu vəzifəyə nə vaxt təyin olunması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO
21 May 2025 KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
21 May 2025 Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
21 May 2025 Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
21 May 2025 Hər dəfə yeyintidə ittiham olunur - hər dəfə də vəzifəyə çəkirlər
21 May 2025 İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
21 May 2025 “Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
21 May 2025 ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?

Dünyapress TV

Xəbər lenti