“Memarlıq Şəhərciyi 2021 MMC” sakinləri BOĞAZA YIĞIB...
DİA.AZ bildirir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi 12 ünvandakı ikimərtəbəli binanın 6-cı mənzilində yaşayan Mir Yəhya Yusifli Mir Baba oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Sizə bildirirəm ki, mən Mir Yəhya Yusifli Mir Baba oğlu 1990-cı ildən bəri Bakıxanov qəsəbəsinin Aşıq Alı küçəsi 12 ünvandakı ikimərtəbəli binanın 6-cı mənzilində yaşayıram.

Mən yaşadığım məhəllədə 5 ikimərtəbəli bina var. Bu binalar 1959-cu ildə neftçi ailələri üçün məhz elə neftçilərin özləri tərəfindən tikilmişdir. Elə buna görə də həmin binalar bu gün də öz möhkəmliyini və davamlılığını qoruyub saxlamışdır.

Nəzərinizə çatdırıram ki, 4-5 il bundan öncə bu binaları söküb, yerində çoxmənzilli binalar tikmək istəyən bir neçə şirkət gəlib mənzillərimizi ölçüb getmişlər. Sonuncudan başqa, qalan şirkətlər həyətdə olan yardımçı təsərrüfat tikilisini mənzilin ayrılmaz hissəsi kimi qeydə alaraq, buna da 50 % olmaqla mənzil sahəsi hesablanıb veriləcəyini bildirmişlər.

Bir il olar ki, “Memarlıq Şəhərciyi 2021 MMC” şirkətinin əməkdaşları gəlib yenidən sakinlərin mənzillərini ölçdülər. Lakin bu zaman həyətdəki yardımçı təsərrüfat tikilisini, eləcə də evin girişindəki yay eyvanını ölçmədilər və qeydə də almadılar. Bundan başqa, onlar mənə bildirdilər ki, mətbəxin, dəhlizin və sanitar qovşağının sahəsini 50 % olaraq hesablayacaqlar. Hansı ki, onlar mənzilin ayrılmaz hissəsi olmaqla daxili sxemə aiddir və mətbəxin qapısı mənzilin içərisindəki dəhlizə açılır və ümumi mənzil vahid bir tavan altındadır. Təbii ki, buna görə də mən onlarla razılaşmadım.

Qeyd edim ki, digər sakinlərin də mənzilləri ölçülərkən bir çox ədalətsiz yanaşmalara yol verilirdi. Bütün bunlar da sakinlərin böyük narazılığna səbəb olmuşdur.

Nəzərinizə çatdırım ki, 1993-cü ildə Ali Məclis tərəfindən qəbul olunmuş qanuna əsasən, mənzillərin küçəyə baxmayan artırmaları mənzilin ümumi tərkibiniə aid edilən sahə kimi hesablanır.

Nəhayət, bir neçə ay öncə həmin şirkət düz bizim binanın qabağında özünə ofis qurduqdan sonra sakinləri ora dəvət edərək, mənimlə də söhbət etdilər. Bu zaman onlar yenə də mənə bildirdilər ki, mətbəxin, dəhlizin və sanitar qovşağın sahəsini 50 % olaraq hesablayacaqlar, hansı ki, onlar mənzilin daxilində olmaqla, mətbəxin qapısı mənzilin içərisindəki dəhlizə açılır və o mənzillə birlikdə vahid bir tavan altındadır. Təbii ki, mən də onlarla razılaşa bilməzdim.

Bildirmək istəyirəm ki, mən bura köçəndən sonra mənzildə hər hansı əlavə tikinti aparmamışam və yalnız evimi rahatlığımıza və imkanıma uyğun əsaslı təmir etmişəm.

Bundan iki gün sonra həmin “Memarlıq Şəhərciyi 2021 MMC” şirkətindən mənə məktub gəldi (məktub yazıya əlavə edilir). Mən bir daha onların hüzuruna getdim. Orada çalışan qızlar bildirdilər ki, “20 dəqiqə gözləyin, şirkət rəhbərliyi gəlib sizinlə söhbət edərlər”. Gözlədim, lakin heç kim gəlmədi. Mən ofis işçilərinə bildirdim ki, mənə göndərdiyiniz məktubda yazılanlar əsassızdır, bizim bina heç də qəzalı vəziyyətdə deyil. Əgər belə olsaydı, Fövqəladə Hallar Nazirliyinin yoxlama qurumları bura gəmiş olardı, binada yoxlama aparardı, nəticələri barədə bizə də məlumat verərdi. Əgər qəzalı olmuş olsaydı, ya bizi buradan köçürər, ya da dövlət dərhal başqa təxirəsalımaz tədbirlər görərdi.

Bundan sonra mən onlara bildirdim ki, həqiqi qəzalı binalar bizim məhəllədən 50 metr aralıda olan taxtadan tikilmiş binalardır. Həmin binaların sakinləri də səbrsizliklə evlərinin sökülməsini ğözləyirlər. Yaxşı olar ki, əvvəlcə həmin binaları (2 mərtəbəli 3 taxta binanı) söküb, yerində yeni çoxmənzilli bina tiksinlər və sökülən binaların, eləcə də bizim binaların sakinlərinə də oradan mənzil verdikdən sonra bütün məhəlləni söksünlər.

Mənzil sahiblərinin əksəriyyəti ahıl yaşda olan insanlarıq. Mən də bu ahıl yaşımda öz evimdə rahat yaşamaq istəyirəm, kirayə evdə ölmək istəmirəm. Yeri gəlmişkən qeyd edim ki, yaxın dostum olan bir qohumum da tikinti şirkətindən mənzil gözləyərkən kirayə qaldığı evdə rəhmətə getdi.

Əlavə olaraq diqqətə çatdırmaq istəyirəm ki, mənzil tikinti şirkətləri bir çox hallarda İcra strukturları - BŞİH və s. dövlət qurumların adından çıxış edir, onlardan mandat aldıqlarını bildirərək qanunsuz və ədalətsiz davranışlarının üstünü ört-basdır etməyə çalışırlar ki, bu da vətəndaşların ciddi narazılığına səbəb olur. Son vaxtlar belə hallarla tez-tez rastlaşırıq. Vətəndaşla hakimiyyətin həmrəyliyinə daha çox zərurət olduğu indiki tarixi məqamda bu kimi halların qarşısını almağa təşəbbüs etməyən və ya bunu istəməyən qurumların yönəticilərinin davranışlarını başa düşmək çox çətindir. Onların əsas məqsədi bəlli deyil - şəhərimizi daha da müasirləşdirmək, abadlaşdırmaq, yoxsa vətəndaşların narazılığını artırmaq?

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, hazırda yaşadığımız mənzilin sahəsinə adekvat olan mənzil sahəsi ilə təmin oluna bilməyimiz üçün sakinlər adından bizə dəstək olmağınızı Sizdən xahiş edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
05 İyun 2025 “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
05 İyun 2025 Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR

Dünyapress TV

Xəbər lenti