“Meliorasiya Elmi-Tədqiqat İnstitutu” MMC büdcə vəsaitindən səmərəli, qənaətlə istifadə edir, yoxsa…
Vaxtı ilə biznesmen olmuş Zaur Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edildikdən sonra bu sahədə mövcud problemlərin aradan qaldırılması və aqrar sektorun inkişafı, xüsusən də kənd zəhmərkeşlərinin, fermerlərin işini stimullaşdırılması baxımından yeni dövrün başlandığını hesab etmək olardı. Sisteminin başına gətirilmiş gənc biznesmenin tezliklə bu sahədə mərhələli şəkildə daxili audit yoxlamalarının aparılmasını təşkil edəcəyi barədə məlumatlar yayılmışdı. Lakin sonradan belə yoxlamaların aparılmasından və nəticələrindən heç bir xəbər verilmədi. Məlum olduğu kimi, Zaur Mikayılovun artıq yeni yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. Yəni vəzifə və səlahiyyətləri ikiqat artıb.

Zaur Mikayılovun təyinatının ilk ilində özlərinin təbirincə desək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mərkəzi idarə etmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığının artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradıldı. Bu qurumlardan biri də “Meliorasiya Elmi-Tədqiqat İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurum 2022-ci ildə struktur dəyişikliyi çərçivəsində büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması, müasir tələblər səviyyəsində çevik addımların atılması nəzərə alınmaqla “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin vəzifə və funksiyaları “Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun bazasında yaradılıb. Cəmiyyətin başına da Zaur Mikayılovun əmri ilə “Tesla Azerbaıjan” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri olmuş, biznesmen Mir Mövsüm Dadaşev təyin edilib.

Qeyd etdiyimiz kimi adları cəkilən elmi tədqiqat institutu ilə istehsalat birliyi büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması məqsədi ilə birləşdirilib. Amma gəlin görək Cəmiyyətdə büdcə vəsaitlərindən səmərəli istifadə olunurmu?

“Meliorasiya Elmi-Tədqiqat İnstitutu” MMC-nin 03.10.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi məlumatlara diqqət yetirək.

“Kompüter və avadanlıqları”nın satınalınması üzrə keçirilm iş kotirovka sorğusunda 41.772 manat məbləğində müqavilə “UNİTECH” MMC ilə bağlanıb. Şərtlər toplusunda müsabiqənin başlama tarixi 11.04.2023-cü il, zərflərin açılış tarixi 28.04.2023-cü ilə müəyyən edilib. Yəni kotirovka sorğusu artıq aprel ayında yekunlaşdırılıb. Bəs bu məlumat dövlət satınalmalarının vahid internet portalına nə üçün 5 aydan sonra yerləşdirilib?

O cümlədən “Kondisionerlərin alınması və quraşdırılması” işlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusu. Burada da 12.165,8 manat məbləğində satınalma müqaviləsi “İNTEGRAL PLUS” MMC ilə bağlanıb. Bu kotirovkanın şərtlər toplusunda isə müsabiqənin başlama tarixi 07.07.2023-cü il, zərflərin açılış tarixi 26.07.2023 -cü ilə müəyyən edilib. Amma nədənsə iyul ayında bitmiş kotirovka sorğusunun nəticələri barədə məlumat oktyabr ayında portala yerləşdirilib.

Bu hallar həmçinin Cəmiyyətin dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçirilmiş olduğu kotirovka sorğusunda da təkrarlanır. Cəmiyyət kotirovkada “GLOBAL STATIONERY OFFICE” MMC-ni qalib seçib və 47.948,36 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Şərtlər toplusunda müsabiqənin başlama tarixi 06.04.2023-cü il, zərflərin açılış tarixi 26.04.2023-cü ilə müəyyən edilib. Göründüyü kimi burada da kotirovka sorğusu aprel ayında yekunlaşdırılıb, amma məlumat dövlət satınalmalarının vahid internet portalına 5 aydan sonra yerləşdirilib.

Amma “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5.3. maddəsi tələb edir ki, tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. Dövlət satınalmalarının şərtləri və nəticəsi qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.

Bəs görəsən “Meliorasiya Elmi-Tədqiqat İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətinin biznesmen direktoru Mir Mövsüm Dadaşev bunları bilirmi? Bilmir, nə özü, nə də işçiləri. Onlar bu məlumatları dövlət satınalmalarının vahid internet portalına redaksiyamızın kotirovkaların keçirilməsində qanunsuzluqlara yol verilməsi ilə bağlı sorğudan sonra yerləşdiriblər. Dolayısı yolla Cəmiyyətdə satınalmaların təşkili zamanı saxtakarlıqlara yol verdiklərini özləri də təsdiq etmiş olublar.

Bunlar hələ hamısı deyil. Cəmiyyətdə satınalmaların təşkili dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilmədən, satınalma planlarına uyğun olaraq, E-tenderdə elan olunmamış keçirilir. Keçirilmiş tender və kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə ictimaiyyətə açıqlanmır. Burada satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdildiyi də istisna edilmir. Məsələn Cəmiyyətin 3032-cü il ərzində satınalma planlarına daxil etdiyi mətbəə və çap məhsullarının satın alınması, yanacaq və sürtkü materiallarının satın alınması, yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması,sair torpaq, tikili və avadanlıqların cari təmir işlərinin satın alınması, nəqliyyat vasitələrinin satınalınması, laboratoriya cihazları və kimyəvi maddələrin satın alınması, nəqliyyat vastələrinin təmiri işlərinin satınalınması, qeyri maddi aktivlər, şəbəkə təhlükəsizliyi, digər texniki avadanlıqların və malların alınması və quraşdırılması işlərinin satın alınması üzrə təşkil etdiyi açıq trender və kotirovka sorğularının keçirilib, keçirilməməsi barədə hələ ki, heç bir məlumat yoxdu. Bu işlər hansı üsullarla həyata keçirilib, nə qədər vəsait xərclənib bəlli deyil.

İndi buradan suallar yaranır. Görəsən dövlət vəsaitləri “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin dövründə daha səmərəli və qənaətlə istifadə olunub, yoxsa “Meliorasiya Elmi-Tədqiqat İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti adı altında birləşdikdən sonra.

Aktualinfo.org

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti