“Diaqnoz” Tibb Mərkəzi QƏSSABXANAYA ÇEVRİLİB...
2 il 6 ay öncə atasını həkim səhlənkarlığı nəticəsində itirdiyini deyən Bəhruz Əliyev cəzasızlıqdan narazıdır. Deyir ki, əlində yetərincə sübut-dəlil olmasına baxmayaraq, prokurorluq günahkarı cəzalandırmır.

Bəhruz Əliyevin atası – 1955-ci il təvəllüdlü Şahmurad Əliyev 2021-ci ilin fevralında öd yolundakı daşın götürülməsi üçün əməliyyat olunub. Cərrahiyyə əməliyyatı “Diaqnoz” Tibb Mərkəzində həyata keçirilib. Onu həkim Rəfael Həsənov əməliyyat edib. Şahmurad Əliyev əməliyyatdan 1 ay sonra vəfat edib.

Oğlu iddia edir ki, həkim əməliyyat zamanı Şahmurad Əliyevin 12 barmaq bağırsağını deşib:

“Təlimata görə, cərrah 3 dəfə cəhd etməlidir, əgər keçə bilmirsə, dayandırmalıdır. Amma bu əməliyyatda həkim bəlkə 50 dəfə cəhd edib, axırda da bağırsağı deşib. Əməliyyatın görüntülərində də var”.

Bəhruz Əliyev atasının ölümündən sonra prokurorluğa şikayət edib. Onun sözlərinə görə, əməliyyatın videosu iş materiallarında da var. Oğlu bildirib ki, ekspertiza rəyi Şahmurad Əliyevin ölümünə həkim səhvinin səbəb olması barədə rəy verib:

“Videoda həkim səhvi açıq-aşkar görünür. Ekspertiza rəyində də göstərilib ki, bağırsaqda defektin tapılmasına baxmayaraq, həmin nahiyəyə axan ödün və mədə şirəsinin axıntısının qarşısının alınması üçün əlavə cərrahi tədbirlər görülməyib. Hətta ölüm şəhadətnaməsində də ölümün səbəbi kimi, əməliyyat zamanı bağırsaqda yaranan iltihablanma göstərilib. İltihablanmaya da bağırsağın əməliyyat zamanı deşilməsi səbəb olub”.

Xətai Rayon Prokurorluğu araşdırmalardan sonra belə qənaətə gəlib ki, bu məsələdə cinayət tərkibi yoxdur və cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarılıb. Bəhruz Əliyev bu qərardan narazı qalıb və Baş Prokurorluğa şikayət edib. O, qərarın ləğvini istəyib. Bəhruz Əliyev bildirib ki, atasının ölümü həkim səhlənkarlığının nəticəsidir və bu hadisədə cinayət tərkibi var. Onun fikrincə, Xətai Rayon Prokurorluğu cinayəti ört-basdır etmək istəyir. Deyir ki, şikayətindən sonra Baş Prokurorluq qərarı ləğv edib və iş yenidən araşdırılması üçün təkrar Xətai Rayon Prokurorluğuna qaytarılıb:

“Baş Prokurorluq həmin qərarı ləğv elədi. Bu işin yenidən araşdırılmasına qərar verildi. İki dəfə məhkəmə-tibb ekspertizası təyin olundu. Ekspertizanın rəyində atamın ölümünə həkim səhvinin səbəb olduğunu göstərən konkret faktlar var. Amma ümumi nəticəyə gələndə yazılıb ki, konkret olaraq ölümün səbəbi müəyyən edilmədi. Çünki meyit müayinə olunmadığına görə konkret səbəb demək olmur”.

Xətai Rayon Prokurorluğunda təkrar araşdırmadan sonra yenə də cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edilib.

Bəhruz Əliyev deyir ki, şikayətlərini davam etdirib. Elə həmin ərəfədə “Diaqnoz” Tibb Mərkəzində məhz həkim Rəfael Həsənovdan şikayətçi olan başqa bir vətəndaş da prokurorluğa şikayət edib. O, şikayətində göstərib ki, anasını bu həkim 2023-cü ilin fevralında düzgün əməliyyat etməyib və həmin tibb müəssisəsində də vəfat edib.

Hər iki şikayətlə əlaqədar avqustda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

“İndi meyitin eksqumasiyasına qərar veriblər. Lakin mən zərərçəkmişin hüquqi varisi olaraq, razı deyiləm. Üstündən iki il yarım keçib, meyit çürüyüb. Açacaqlar, deyəcəklər ki, ölümlə əlaqəsini müəyyənləşdirmək mümkün olmadı. Ekspertizadan bu rəyi alıb, cinayət işinə xitam verəcəklər. Əslində, eksqumasiyanı təyin etməkdə məqsəd də budur. Müstəntiq özü də yaxşı bilir bunu. Yoxsa təqsirkarın əməlinə qiymət vermək üçün ortada kifayət qədər sübutlar var – videogörüntü, ekspertiza rəyi…”.

“Diaqnoz” Tibb Mərkəzi isə Bəhruz Əliyevin iddialarını qəbul etmir. Mərkəzin açıqlamasında bildirilir ki, xəstəyə vaxtında müdaxilə edilib və lazımi müalicələr olunub. Şahmurad Əliyevin ölümündə həkim Rəfael Həsənovun heç bir günahı yoxdur.

Ölüm haqqında tibbi şəhadətnamədə Şahmurad Əliyevin ölümünün səbəbi kimi, “12 barmaq bağırsağın perforasiyası nəticəsində baş vermiş yayılmış peritonit” göstərilib. Amma yaxınları tərəfindən qəti etiraz edildiyinə görə mərhumun meyiti müayinə edilməyib. Bu üzdən onun ölümünün əsl səbəbi barədə fikir söyləmək mümkün olmayıb.
 //meydanTV//

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti