Körpünün ŞOK uçma səbəbi... -
“Körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı rəy vardı. Qüdyalçay illərdir ki, daş karxanaları tərəfindən istismar olunur. Körpünün sütunları gilin üzərində qalıb. Amma sütunları, özülü bərkitmək əvəzinə, üzərinə asfalt çəkməklə təmir görüntüsü yaratdılar”.

Bunu Meydan TV-yə adının mətbuatda açıqlanmasını istəməyən Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşlarından biri deyib.

Onun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bu barədə rəsmi məktubla müraciət ediblər.

Təxminən 2 il əvvəl körpünün yenilənməsi ilə bağlı agentlik tərəfindən layihə hazırlandığı bildirilib:

“Körpü 1974-cü ildə inşa olunub. Amma qəzalı vəziyyətə düşməsinin səbəbi sel suları deyil, çayın daş karxanaları tərəfindən mütəmadi istismar olunmasıdır. Həmin karxanalar yüksək rütbəli məmurlardan birinə məxsusdur. Çay o qədər istismar olunub ki, dərinləşib. Körpünün üstünə asfalt çəkilməsi də yanlış addım olub, sütunlar daha da yüklənib”.

İcra hakimiyyəti əməkdaşı deyib ki, hadisədən bir neçə gün əvvəl rayon rəhbərliyi həmin ərazidə baxış keçirib, amma körpüdən gediş-gəliş dayandırılmayıb:

“Hazırda həmin yol bağlıdır, alternativ yoldan istifadə edilir. Hansı ki həmin yol bərbad vəziyyətdədir, asfalt örtüyü yoxdur. Hətta vəziyyət elədir ki, tozdan-dumandan maşınların hərəkəti çətindir. Təmir bir neçə ay yubanarsa, yağışlı və qışlı havalarda avtomobillərin hərəkəti daha da çətinləşəcək”.

“Körpünün vəziyyətinə dair məlumatların hazırlanmasında iştirak edənlərin biriyəm. Agentlik bu məsələyə olduqca laqeyd yanaşdı. Həmin vaxtı ölüm və ya daha ağır nəticələr baş verə bilərdi. Biz bunu 2-3 il əvvəldən xəbərdarlıq etmişdik. Nə icra hakimiyyətinin tabe olduğumuz rəsmiləri, nə də agentlik vaxtında tədbir gördü. Əvəzinə təbiət günahlandırılır”, – deyə o qeyd edib.

Rəsmi məlumata görə, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sentyabrın 14-də respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhəd avtomobil yolunun 27-ci kilometrliyində, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş körpünü uçurub, xəsarət alanlar var.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, körpünün söküntüsünə başlanılıb. Yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Lakin inşa işlərinin nə zaman bitəcəyi ilə bağlı məlumat verilmir.

Agentlik sürücülərdən alternativ yoldan istifadə etməyi tövsiyə edib. //meydan.tv//
 

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti