“200 min xərclədiyim örüş sahəmi bələdiyyə sədri öz oğlunun adına rəsmiləşdirib”
“200 min xərclədiyim örüş sahəmi bələdiyyə sədri öz oğlunun adına rəsmiləşdirib”
Sabirabadın Məmişlər kəndində tövlə tikdirən Səxavət Əhməd oğlu Bədəlov 8 ildir ərazini sənədləşdirə bilmədiyini deyib.

Teref.az xəbər verir ki, o, bu barədə Meydan TV-yə müraciətində bildirib.

“2015-ci ildə bələdiyyəyə 35 min manat ödəyərək ərazi almışam və 3500 kvadrat ərazidə 900 baş heyvan üçün tövlə tikdirmişəm. Həmin vaxtdan indiyədək ərazinin sənədlərini ala bilmirəm. Nə vaxt sənəd tələb etsəm, tövlənin sökdürüləcəyi ilə hədələnirəm”, – kənd sakini deyib.

S.Bədəlovun sözlərinə görə, Məmişlər kəndində 70 iribuynuzlu heyvanı, 200 qoyunu var.

Ərazini keçmiş bələdiyyə sədri Nazirağa Quliyev işlədiyi dövrdə alıb, tövlənin tikintisinə 200 min manat xərləyib:

“Sonradan bildim ki, sənədləri öz oğlu Rövşən Quliyevin adına rəsmiləşdirib. İndi deyirlər ki, guya ərazini mənə icarəyə veriblər. Kim icarəyə götürdüyü yerə 200 min manat xərcləyər? Əlaqədar qurumlardan köməklik göstərilməsini istəyirəm”.

Şikayətçi söyləyib ki, sənədləşdirmə məqsədilə bir il ərzində 35 min manat ödəyib, bundan başqa, 7 min manat da əlavə xərclər üçün verib. Ərazidə tikinti işləri aparıb, amma sənədlər hazır olmadığından yarımçıq saxlayıb və heyvanları tövlədən çıxarıb.

“Ot doğrayan avadanlığım, traktorlarım, əkin üçün avadanlıqlarım vardı. Ukraynada işləyirdim, pandemiya başladı, get-gəl çətinləşdi. Kəndə geri dönəndə 40 min manatlıq avadanlığımn satıldığını bildim. Qoyunlarımı aparmışdılar, polisə şikayətdən sonra 3 qoyun əskik olmaqla qaytardılar”, – S.Bədəlov bildirib.

Şikayətçi deyib ki, hüquq-mühafizə orqanlarına müraciət edib:

“Kəndin stadionunu, köhnə tikililəri də satılıb. Şikayətimizə baxılmır, məhkəməyə də müraciət edəcəm”.

Digər kənd sakinləri də örüş torpaqlarının satıldığını deyiblər:

“Kanal qazıblar, amma mühasirəyə alıblar, kəndlilər istifadə edə bilmirlər. Kənd sakinləri adama 2-3 manatdan yığdıq, yol saldırdıq, onu da gəlib qazıblar ki, heyvanlar keçib gedə bilməsin. Örüş sahələrindən istifadə edə bilmirik”.

Kəndlilər deyiblər ki, məhkəməyə verərək həmin ərazilərin örüş sahələri olduğunu sübut ediblər:

“Mal-qaranı otlaq sahəsinə buraxmırlar, çətinliklə üzləşirik. 50 hektar örüş sahəsi zəbt olunub. 28 hektar ərazi birinə verilib, 13 hektar yer vardı, onun da 3 hektar yarımını götürüblər. Kənddəki örüş sahələri onsuz da kənd əhalisinin tələbatını ödəmir, üstəlik onu da tutub əlimizdən alıblar”.

Məmişlər Qaralar Kənd Bələdiyyəsinin inzibati ərazisinə daxildir.
Kənd bələdiyyəsinin sədri Niyaməddin Məmmədov deyib ki, Səxavət Bələdov həmin kəndin sakini deyil, ərazi üzrə mübahisə isə iki nəfər arasındadır, bunun bələdiyyəyə aidiyyəti yoxdur:

“Həmin ərazi bələdiyyənin mülkiyyətindədir, hərrac vasitəsilə 15 illik icarəyə verilib. Sənədlər R.Quliyevin adına illər əvvəl sənədləşdirilib. Tərəflərin mübahisəsinə bələdiyyə müdaxilə edə bilməz, bizə təqdim edilən sənəd əsasında danışa bilərik”.

Bələdiyyə sədri digər kənd sakinlərinin örüş yerləri ilə bağlı narazılıqları ilə razılaşmayıb.

Bildirib ki, örüş yerləri satılmayıb, yalnız həyətyanı sahələr satışa çıxarılır:

“Örüş yerləri satıla bilməz, deyilənlər yalandır”.

N.Quliyevə məxsus olduğu deyilən telefonlara isə zəng çatmayıb.
 

Bölmənin digər xəbərləri

20 May 2025 “Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
20 May 2025 Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
20 May 2025 Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
20 May 2025 Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq qrumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?
20 May 2025 Bu qurumları qanunsuz işlərə qarşı susduran səbəblər - "Hərənin öz payı"// VİDEO
20 May 2025 Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti